Hər bir uşaq bizim gələcəyimizdir. Aylar və illər keçdikcə onlar bizə, biz onlara nələr-nələr öyrədirik, öyrənirik. İlk addım atmaqdan tutmuş, xəstəliklərlə mübarizə aparmağa kimi məsuliyyətli işlərin öhdəsindən gəlməyi öyrənirik. Onların baxışlarında öz əksimizi tapırıq. Bir valideyn kimi həyatımızı planlaşdırmağı qurmağı öyrənirik. Bir sözlə uşaqlar biz valideynlərin həyata baxış istiqamətini könüllü şəkildə dəyişə biləcək varlıqlardır. Onlar bizlərə Allahın əmanətidir.
Əminəm ki, çoxunuz nədən yazacağımın fərqində deyilsiz. Çünki xəbərin adı ilə ilk cümlələrimdə heç bir bənzəyiş yoxdur.
Amma sözümün canını deməzdən əvvəl hər birinizə uşaqlarınızı göz önünə gətirərək oxumanızı istədim. Bəli, valideyn kimi oxumağınızı istədim. İçimizdəki analıq- atalıq hissləri ilə oxumağınızı istədim. Belə isə başlayaq.
Oğlumu Tbilisinin dövlət xəstəxanalarından birinə müayinə üçün apardım. Allergiyası o qədər artmışdı ki, boğulmaq üzrə idi.
Həkim bizi əvvəlcədən gözlədiyindən növbəsiz içəri keçdik. Müayinə baş tutdu və həkim Muradın soyadını soruşdu. Cavab verməyə cəhd etmişdim ki, qapı döyüldü. Bir qarabəniz gəlin əkiz qız uşağı ilə içəri daxil oldu. Uşqların təxminən 2 yaşı olardı. Qara mirvari kimi kiçik kədərli gözləri vardı. Hər ikisinin kiçik əllərinin üstündə bir-başa venalarına sistem iynəsi taxılmışdı. Xəstə olduqları ilk baxışdan hiss edilirdi. Gəlinin nə dediyini eşitməz oldum. İki körpənin kənara qısılıb necə məsum və ağrı dolu baxdıqlarına üzüldüm. Çox güman ki, həkim onlara sistem yazmışdı və ikisi də xəstəxanada yatırdı. Çox çəkməyən dialoq ardınca qarabəniz gəlin kənara çəkilib uşaqların əynini düzəltməyə başladı. Mən də təkrarlanan suala cavab verdim. Cavabımı gəlin eşidər eşitməz iki uşağı da qucağına alıb həkimə nəsə demədən kabineti tərk etdi. Həkim arxasınca çağırdı və nəsə tapşırıq verdi. Kabineti heç uşaqların birini geyindirmədən tərk etməsi mənə qaranlıq gəldi. Sözün düzü şübhə hissi bütün qəlbimi bürürdü.
Kabinetə dönərkən həkim çox əsəbi idi. Bir balaca oturub məsələni aydınlaşdırmağa başladı. Mən hər iki uşağın necə şirin olduğunu dedim. O isə əvəzində bu cavabı verdi: "Şirin uşaqlardır, bəli. Lakin bir Azərbaycanlıdan bunu erməni balası haqqında eşitmək çox qəribədir." Bəli, əziz dostlar, kabinetdə olan o iki körpə məsum baxışlı uşaqlar bir ermənin balaları idi. O qarabəniz gəlin əsl erməni idi. Mənim real olaraq qarşı qarşıya durduğum ilk erməni. Bu qansız insanların əlləri ilə minlərlə şəhid itirmiş Azərbaycan dövlətinin vətandaşı üçün nə deməkdir bir Allah bilir. Nələr nələr deyərdim o erməni tayfasına. Bəli, tayfa. Çünki onlar heç bir zaman xalq olmayıblar. Onlara xalq demək də yaraşmaz. Lakin o iki körpə göz önümdən bir an çəkilmədi. Yol boyu tək düşündüyüm bu idi: Biz o qədər sevgi dolu insanlarıq ki, düşmənimizin balasına belə acıya bilərik. Bu zəyiflikdən irəli gəlmir sadəcə qanımızda insanlıq var, şərəf və layaqət var. Nə qədər amansız düşmənlə qarşı- qarşıya oslaq da düşmənimizin balasını beşikdə öldürəcək namərdliyə sahib deyilik. Lakin onlar bizlərə acımadılar. Nə beşikdə yatan körpələrimizə, nə ana bətnində hələ dünyaya göz açmayan kiçik varlıqlarımıza nə də yeriməyə yeni başlamış yeni dil açmış balalarımıza acımadılar. Onları insan ağlına gəlməyəcək vəhşiliklərlə işgəncələrlə öldürdülər.
O qədər körpəmiz didərgin qalıb, illərlə qatar, çadır altında gecələyib soyuqdan şaxtadan donub ki...
Bu rastlaşmanın təsəlli verən tərəfi budur ki, o bir Azərbaycanlı soyadı eşitdiyi üçün kabineti heç xəstə uşağını geyindirmədən təkr etdi. Demək ki, onlar bizlərdən qorxurlar. Demək ki, Azərbaycan qanından və o qanın qaynayıb daşmaq üzrə olduğunu bildikləri üçün qorxurlar. Bir Azərbaycanlının ayaq basdığı torpaqdan dərisi soyulmuş dövşan kimi qaçmağa cəhd edən erməni sabah Qarabağdan geri baxmağa cəsarət etmədən qaçacaq. Çünki o torpaqlara yenidən Azərbaycanlı ayağı dəyəcək. Çünki biz vətənimiz üçün var olan Azərbaycanlıyıq.
Nə hiss etdiyimi dilə gətirəcək gücə sahib deyiləm. Lakin bir onu bilirəm ki, deyiləcək minlərlə söz içindən birini sizlərə sual olaraq verirəm: Siz bir erməni balasına acıyardızmı?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Rus dili - Цц
Acı bibərli isti şokolad
Allahın qəzəbinə düçar olanlar kimlərdir?
“Ağıllı” zibil qabı təqdim edildi
Ömrünüzü uzadın
Bir sözlə 7 min dollar qazanan ulduzlar
Sokratın 3 süzgəc testi
Bananlı desert (foto-resept)
İspaniya "Kral"ın futbolçusunu əfv etdi
Fahriye Evcenin gəlinliyini tikən məşhur modelyer aktrisanın YALANININ üstünü açdı - FOTO
İmmunitet sistemini gücləndirən içkilər
Görən, dadbilən bitkilər(1)
Bu yay necə geyinək?
Putinin sirli kababı - Prezidentin aşpazlıq qabiliyyəti-FOTO
Azərbaycanda nə qədər avtomobil var?
Maşınlar Bakının mərkəzində saxlanılarsa
Doğuşdan Ərdoğana hədiyyə
300 illik mumiya 1 saata çürüdü
Ağrıkəsici dərmanlar qan təzyiqini artırır
Məşhur cütlük ayrı-ayrı tətilə çıxdı-FOTO
Qadın Şamdanla Evləndi-FOTO
Arıqladan ananas detoksu
Məşhur müğənni koronavirusdan öldü - FOTO
Azərbaycanda yaşayan əcnəbilər koronavirusa yoluxdu - RƏSMİ
Toyuq salatı (foto resept)
İşgüzarlığı artıran qidalar
"Ramo"da yeni aktyor-VİDEO
Murad Dadaşov Oksananı filmə çəkir
Qəzəbli sürücüləri necə dayandırmalı? - MÜZAKİRƏ
Ramazanın 7-ci günün duası
Burak gəlirini maşına xərclədi-FOTO
Həyatımı Ona borcluyam...
Eser Yenenler 15 kq arıqladı
Kəlbəcərdəki termal sular Karlovı Varıdakılardan heç də geri qalmır - MÜSAHİBƏ
Rus Dili dərs-17
Şəkidə fənn olimpiadasının zona turu keçirilib
Özgü Namal 6 ildən sonra ekranlara qayıdır
Nə düşünürsünüz?
Şumaxerdən şad xəbər
Yeni silahlar Qarabağa yerləşdirilir
"Lirikada fizika və dünyəvilik"(3)
Sevgilisi Hadisənin evinə köçdü
"Bu, Qarabağ üçün intihardır"
Rəngarəng plov (foto resept)
Leyla Əliyeva anasının bişirdiyi yeməklərin FOTOLARINI paylaşdı
Sodanın fantastik xüsusiyyətləri
Komitə sədri: “Azərbaycanla Türkiyə arasındakı viza rejimi tam aradan qalxa bilər”
5 dəqiqəyə daha arıq görünün
“Ermənistanın bu ağır duruma düşməsinin səbəbkarı Azərbaycandır”
“Taxt oyunları”nın aktrisasına TƏMİZ SAÇ QADAДћASI-FOTO
- ŞƏRHLƏR