Elmi təcrübələr ölümün astanasından dönən bütün halların nevro-psixoloji ya da psixoloji əsaslarını ortaya qoyur.
Mütəxəssislərin fikrincə, insan ruhunun bədəndən çıxması, ölmüş yaxınlarla qarşılaşması kimi halların ölümdən sonrakı həyatın qapısının aralanması deyil, beyinin “şıltaqlığının” nəticəsidir.
İstanbulun bir qrup elm adamı insanların ölümün astanasından döndüyü anlarda yaşadıqlarının beyin fəaliyyətinin yoğunlaşmasından qaynaqlandığını bildirirlər. Edinburg Universiteti və Kembric Tibbi Tədqiqatlar Birliyinin mütəxəssisləri bu mövzuda indiyədək aparılan araşdırmaları bir daha nəzərdən keçirtdi.
BBC-nin Türkcə xəbərlərə görə tədqiqatçılardan olan Dr. Caroline Watt, “Beynimiz bizimlə oyunlar oynamaqda çox ustadır” deyir. Ölümün astanasında hiss edildiyini təsdiqləyən təcrübələr göstərir ki, travma anında olan beyin insan bədəninin məruz qaldığı tibbi vəziyyətdəki can yandırma kimidir.Edinburg Universitetinin işçisi olan Dr. Caroline Watt, “Ölümün astanasından döndüyünü deyən insanların sənədlərini incələdiyimiz zaman çoxunun əslində ölüm riski ilə qarşı-qarşıya gəlmədiyini gördük. Lakin öldüklərini fikirləşirdilər. ” deyir. Elmin sübut etdiyi ölümə yaxınlaşma hallarının bütün tərəflərinin bioloji bir təməl olduğu bildirilir. Ölümün astanasından qayıtdıqlarını deyənlərin tez-tez işlətdikləri ifadə “öldüklərini bilmələri”dir. Lakin bu hissin digər vəziyyətlərdə də özünü biruzə verməsi qeyd edilir.
Cotard sindromu və ya “Gəzən cəsəd sindromu” kimi tanınan xəstəlik insanların özlərinin öldüklərini fikirləşmələrinə yol açır. Bunun kimi hallar ağır zədə sonrası ya da tifo və multipl skleroz xəstəliklərinin sonrakı mərhələlərində də ortaya çıxa bilər.
Bir çox adam “o biri tərəfə gedib-gəldikdə”, özünü bədəni xaricində“havada süzülən” kimi hiss etdiklərini deyir.
“Eyni hisslər yarada bilir”.İsveçrəli mütəxəssislər isə belə təcrübələrin beynin məsuliyət daşıyan, qəbul və şüur hissəsinin xəbərdar edilməsi ilə yarana biləcəyini deyirlər.
Hələ, “ucunda işıq olan tunelin” də beynin məqsədli şəkildə xəbərdarlığı ilə yarana bilər. Yerin cazibə qüvvəsindən təsirlənən G-qüvvəsində uçan pilotların bəziləri qan təzyiqinin həddindən artıq qalxması ilə ürəkkeçmələr yaşamaqla, tuneldən keçmə hissinə dala bilirlər ya da gözün görmə qabiliyyəti bir neçə saniyə itə bilər.Hətta ABŞ-da aparılan bir araşdırmada tunelin ucundakı işığı gözə yetərli qədər qan və oksigen getməməsinin səbəbi kimi də açıqlayırlar.
Xoşbəxtlik, fərahlıq, coşqu kimi hisslər isə ketamin və amfetamin kimi dərmanların təsirindən yarana bilər.
Söz gəlişi tədqiqatlarda beynin ifraz etdiyi noradrenalin adlı hormonun da müsbət hisslər, qarabasmalar və o biri dünyaya gedib-gəlmə ilə əlaqəli duyğuları da yarada biləcəyi təsdiq olundu. Təfəkkür Elmləri Jurnalında (Trends in Cognitive Science) dərc olunan məqalədə mütəxəssislərin fikrincə, “Bütün bu elmi təcrübələr ölümün astanasından qayıtma hallarının Nevro-psixoloji və ya psixoloji təməllərinin olduğunu düşündürür”.Nyu-York əyalət Universitetindən Dr.Sam Parnia isə yalnız ölüb-dirilmə hissinin deyil, xoşbəxtlikdən depressiyaya qədər bütün duyğuların beyin süzgəcindən keçdiyini yazır.
“Beyində bunlardan məsul olan sahələri tapmaq, ya da eyni hissi yarada bilmək təcrübənin həqiqi olmadığı mənasını vermir. Əks halda eşq, xoşbəxtlik və depressiya da gerçək deyil, demək lazım idi” deyir. Parniyaya görə “bir çox adam da beynin işləmədiyi (ürək böhranı kimi) anlarda bir şey gördüyünü izah edir. Bunları sırf beyin ilə açıqlamaq mümkün deyil.” Parnia, “yaşayanlar baxımından gerçək görünən bu cür ölümün astanasından dönmə halları bizlər üçün də ölümün necə bir şey olduğuna dair ipucu verir ”deyir.
XƏBƏR LENTİ
Deniz Akkaya bu dəfə "qəssab" oldu-FOTO
Payızda ikinci dalğa gələcək, amma..-Açıqlama
Virtual dərs keçməyən müəllimləri cəza gözləyirmi?
Bakıda bankomatlarda problem yaranıb?
Bütün ölkədə 1-ci sinfə qəbul elektron olacaq
26 ölkədə küçə sənəti
Ateist alim o dünyanın olduğunu təsdiqlədi - MARAQLI SƏBƏB
Ingilis Dili-XVIII Dərs
Tornado Amerikanı qəfil yaxaladı
Məşhur müğənni ərə gedir
Ana südü haqqında bilinməyənlər
"Mehriban Əliyeva dünyanın ən gözəl xanımıdır"
Bu geyim sonsuzluq yaradır
Ömrü uzadan səbəblər
Ulduz falı saxtakarlığı haqqında
Sevgi dolu anlar-3
Sənədsiz ev probleminə son
Çilli insanların bilməli olduqları
Aforizmlər
Qızıl dəqiqədə arzu tut
Dünya çempionatında Qurani-Kərim paylanılır
Just for girls (2-ci hissə)
Yeriyən zülallar
Azərbaycanda internet məhdudiyyəti ləğv olunub? - RƏSMİ AÇIQLAMA
Fırıldaqçı saytları həqiqi saytlardan ayırd etmək çətinləşib
Meyvələrin faydaları
Bakının bu hissəsində su olmayacaq
Dünyada internet nə vəziyyətdədir?
İran zibildən "qazanacaq"
Pulu qənaətlə necə xərcləməli?
Ata Demirer 150 minə tablo aldı-FOTO
Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır - RƏSMİ
HAVA xəbərdarlığı
Burcu Esmersoyun bahalı saatı diqqət çəkdi
Dondurmanın 14 faydası
Hava haqqında - 03.10.2013
Azərbaycanda 5 gün iş olmayacaq
Leyla Əliyeva internat məktəbində
Ermənilərin Xankəndidən qaçmasının görüntüləri yayıldı - VİDEO
Castin Biber İzləyicilərinə Görə Bunu Da Etdi-FOTO
Nəqliyyat Nazirliyinin uğursuz layihəsi
Komitə sədri boşanmaların səbəblərini açıqlayıb
Pulla izləyici sayı artıran məşhurlar
Dünyanın ən gözəl qadını Cennifer olsu-FOTO
Bir rəssamın çay paketlərindən tutduğu gündəlik
Laçında Azərbaycanın Dövlət Himni oxundu - VİDEO
Yayda sağlam arıqlamağın yolları
Flavia Desgranges van der Linden
Meksikada təhlükəli bakteriyalar tapılıb
Qar dənəcikləri düzəldək
- ŞƏRHLƏR