Müasir dövrdə xanımların müxtəlif üsullarla mübarizə apardıqları problemlərdən biri lazımsız tüklərdir. Maraqlıdır görəsən, ilk dəfə qadınlar nə zaman bədənlərindəki lazımsız tüklərdən azad olmağa başlayıblar? Məqsədim sizlərə epilyasiyanın tarixi haqqında məlumat verməkdir.
Lap qədim zamanlarda bir sıra xalqlar qadınların bədəndəki tüklərə toxunmağını doğru hesab etmirdilər. Bu özünü həmin xalqların dini etiqadlarında da biruzə verirdi. Şumerlərə görə bədənindəki tükləri təmizləyən qadın 7 il müddətinə xoşbəxtlikdən məhrum olmuş olurdu.
İlk dəfə epilyasiyadan istifadə edənlər Misir xanımları, daha dəqiq desək, şahzadə Kleopatra və Nefertiti olmuşdur. Onlar hamar və təmiz dərini gözəllik simvolu hesab edirdilər. İti ucluqlu daş və balıqqulaqlarından istifadə edərək tükləri kökündən çıxarırdılar. Bu prosedura hədsiz dərəcədə ağrılı hesab olunurdu.
Daha sonra şahzadələr bal və müxtəlif ot bitkilərinin qarışığından məhlullar hazırlayıb dərilərinə sürtür və müasir vosk metoduna oxşar üsulla tüklərdən azad olmağa başladılar.
Qədim Yunanıstanda da qadınlar misirlilərdən geri qalmamağa çalışırdılar. Onlar alnında tük olan qadınları " natəmiz " adlandırırdılar. İntim nahiyələrdə isə tüklərin təmizlənməsini bəzi qadınlar doğru saymırdılar.
Qədim romalılar da tüklərə qarşı etinasız yanaşmırdılar. Hətta romalı xanımların epilyasiya prosedurunu həyata keçirtmək üçün xüsusi qulluqçuları da olurdu. Onlar tükləri sap vasitəsilə təmizləyirdilər. Romalıların bu üsulundan indi də bir çox xalqlar ev şəraitində depilyasiya üçün istifadə edirlər.
Orta əsrlərdə epilyasiya daha fərqli şəkildə vüsət almışdı. Belə ki, İngiltərədə qadınlar nəinki bədənlərindəki tükləri, eləcə də qaş və başlarındakı tükləri də təmizləyirdilər. Sonra da təmizlənmiş nahiyəyə tüklərin gec çıxmasını təmin etmək üçün məhlullar çəkirdilər.
Bu məhlulların tərkibi isə yarasa və qurbağa qanı ilə külün qarışığından olurdu. Bu qarışıqların qadınların dərisində necə iz buraxması ilə bağlı isə tarixdə məlumat yoxdur.
Kraliça Yekaterina Mediçi alındakı tükləri təmizləməyi yasaqladı. Kraliça Viktoriya isə təbiiliyin tərəfdarı olaraq ümumiyyətlə epilyasiyanı qadağan etdi.
Epilyasiyanın ən geniş yayılması 20-ci əsrin 60-cı illərinə təsadüf edir. Öz xarici görkəminə etinasız yanaşmayan xanımlar epilyasiyanın müxtəlif növlərindən istifadə edərək lazımsız tüklərdən azad olmağa çalışırlar.
XƏBƏR LENTİ
Jurnalistikaya qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirildi
Gündəlik həyat tərzimiz necədir?
Əhali bu vergilərdən azad edilir - SİYAHI
Tək barmaqla göyə qalxan daşın sirri-FOTO
Ayaqqabı təmizliyi üçün praktik üsullar
“Twitter” satışda - Kim alacaq?
Bu ölkənin qadınlarının 1/3-ü qarımış qızlardır
Düşmənin canlı qüvvəsini və avtomobil texnikasını məhv edən Azərbaycan əsgərini siz də tanıyın - VİDEO
Azərbaycanda zəlzələ olub
Azərbaycan ilk dəfə Çikaqo Səyahət və Sərgüzəştlər sərgisində təmsil olunacaq
Britni Spirs 25-ci ətrini təqdim etdi-FOTO
Ağciyər xərçəngi müalicəsində EBUS üsulu
Klassik gəlinlik geyinməyən gəlinlər
Azərbaycanda zəlzələ baş verib
Soyuq da gözəllik yaradır
Permdə doğulan Ömər Xəyyam
İrem Derici keçmiş əri ilə olan münasibətlərindən danışdı
Bu gün Aşura günüdür
Azərbaycan iqtisadiyyatı il ərzində 5 faiz artıb
Bakıda 37 metrlik yolka
Mumiyalarla bağlı yeni kəşf
Malyariya
İllər sonra etiraf etdi: Mən uşaqkən anam məni 80 yaşlı ... - FOTO
Bülənt Ərsoy koronavirusa yoluxub?
Azərbaycan teatrının 140 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcək
Bəyəndim (Like)
"Real"ın ulduzuna 7 milyon qiymət qoyulub
TƏBİB sədri: “Əgər koronavirusa qarşı peyvənd hazırlanarsa…”
Qarındakı yağları əridən detoks
Şamaxıda yollar buz bağladı
Hər kəsi təəccübləndirən cütlüklər
''İlan'' salatı
İş axtaranların nəzirənə
Uşaqların uğuruna mane olan 3 valideyn xətası
İlham Əliyev xalqı əmin etdi
Türkiyədə yeni dərs ili onlayn başlayacaq
Tokyonun ən qəribə 5 restoranı
Əliyev: Əgər bir də belə olacaqsa...
Bu şəhərdə internet pulsuz olacaq
Məktəblilərin yaz tətili günlərinə dəyişiklik edildi
Hava xəbərdarlığı
Virtual autizm yayılır
Qiyməli pide (foto resept)
İlin ən yaxşı serialı seçildi - FOTO
Kitab"sevər"lər
Avropa su altında qaldı
Azərbaycan dili - III dərs
40 otaqlı mağara satışa çıxarıldı - FOTO
Kedlərini təmizləyib sosial şəbəkə ulduzu oldu - FOTO
Günün ən xoşbəxt anı
- ŞƏRHLƏR