"Ermənistan hakimiyyətinə müxalif "Sasna Tsrer" silahlı qruplaşmasının aprel hadisələri zamanı ermənilərin ölü olaraq 150-dən artıq itki, 200-dən çox yaralı verməsi həqiqətin bir qismidir. Göstərilən bu rəqəmlər yalnız Ermənistandan orduya çağırılanların sayını əks etdirir. Düşmən tərəf Silahlı Qüvvələrimizin məhv etdiyi Dağlıq Qarabağ ərazisindən çağırılanları və muzdluları yenə də qəsdən gizlədir".
Milli.Az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ermənistanın müxalif "Sasna Tsrer" qüvvələrinin Ermənistanın aprel döyüşlərində 150-dən artıq əsgərinin ölməsi, 200-dən çoxunun isə yaralanması barədə açıqlamasını şərh edərkən bildiriblər.
Mətbuat xidmətindən qeyd ediblər ki, bunlar da nəzərə alınsa, aprel hadisələrində qarşı tərəfin itkisi 300-dən çox ölü və 700-dən artıq yaralıdır: "Yaralıların bir çoxunun vəziyyəti hələ də ağır olaraq qalır ki, bu da itkilərin sayının artacağını istisna etmir".
Bildirilib ki, Azərbaycan Ordusunun zərbəsindən bir neçə ay sonra özünə gələn Ermənistandakı bəzi siyasətbazlar və hərbi cinayətkarlar aprel döyüşlərini şərh edərkən, guya güclü müqavimət göstərdiklərindən Azərbaycan tərəfinin hərbi əməliyyatları dayandırmağa məcbur olması barədə absurd fikirlər də səsləndirirlər:
"Azərbaycan əsgərinin silahının gücünün bir qismini üzərində hiss edən erməni tərəfi yaxşı bilir ki, bu addım erməni təxribatının qarşısının alınmasının nəticəsi idi. Bir daha bildiririk ki, əgər erməni tərəfi işğal olunmuş Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməzsə, bu, Ermənistandakı hərbi-kriminal rejimin məhvinə, onların şəxsi faciəsinə və erməni xalqının mənasız itkilərinə səbəb olacaq".
Milli.Az
XƏBƏR LENTİ
Bir rəssamın çay paketlərindən tutduğu gündəlik
Kosmosa birə göndərilir
Merkelin görüntüləri sosial mediada böyük maraqla qarşılandı - VİDEO
III dünya savaşı siqnalı
Çox istəyirəm…
Damla şokoladlı keks (foto resept)
Azərbaycanda imtahan zamanı kütləvi zəhərlənmə baş verib
Susmayan Bülbül
HAVA necə olacaq?-2 Mart
Dəbli ziyafət geyimləri
Badımcan ikrası (foto resept)
Papalar ilk dəfə təbrikləşdilər
Kəndə köçənlərə MÜJDƏ: Hər ailəyə 70 min verəcəklər
Azərbaycanda yağış yağacaq
Qəlb hüzuru üçün namaz
Avropanın ən ucuz qış xizək kurortu məlum oldu - FOTO
Nə gözəl idi uşaqlıq
Azərbaycanda rus dilində olan məktəblərdə 187 müəllimə ehtiyac va
Ərdoğan Putindən qisas aldı
Düşmən texnikalarının məhv edilməsinin yeni görüntüsü - VİDEO
Bakıda fantastik qiymətə it
Müharibələrin insanlara psixoloji təsirləri
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Gündəmi silkələyən TQDK-nın statistikası
Beren Saat Bodrum çimərliyinin zibillərini təmizlədi-FOTO
Altıağaca gedən yol daha rahat olacaq - FOTO
"Tanınmaz halda idi, ailəsi nişan üzüyündən tanıdı..."
Azərbaycan ombudsmanı mükafat aldı
Koronavirus insan sağlamlığını necə dəyişir? - Sonsuzluq və...
"Uşaqlıqdan gimnastika ilə məşğul olmuşam"
"Küləklə sovrulan"ın əfsanəvi kostyumu satıldı
Millimiz İndoneziyada 9-cu medalını qazandı
Məşhur türk aktyoru "Emmy"də aparıcı oldu
"Mövludun ruhundan əl çəkin!" - həyat yoldaşı
Yeni İllə bağlı bir həftəlik qeyri-iş günü?
Serdar Ortaç və Demet Akalın qalmaqalı böyüdü
Sıla kökəldi-FOTO
Bibər tamatı (foto resept)
Alim Qasımovun səhhətində problem yarandı
Türkiyə prezidentinin Qarabağ arzusu
DİQQƏT: Bu telefonlarda "WhatsApp" işləməyəcək
Dəhşətli xəbərdarlıq: Yer kürəsi hər an məhv ola bilər
XANIMLAR ÜÇÜN GEYİMLƏR
Ya ümidsizsiniz, ya ümid sizsiniz...
Rəsmlərə bənzəyən insanlar
Hava haqqında - 21.11.2013
Sofi Terner ana oldu
Sabahın HAVAsı
Chanel-in 2014-2015-ci il Yeni il kolleksiyası
Azərbaycan filmləri qardaş ölkədə