Bəzi şeyləri içinizdə saxlayıb kimsə ilə bölüşməmək yaxşıdır. Sizə aid olan hər şeyi başqaları ilə bölüşsəniz insanlar lazımsız düşüncələr yarada bilər; sirrinizi birinə açmaq sizin o şeyləri mühakimə etmənizə və lazımsız yerə gərilmənizə səbəb ola bilər. İnsanın hər zaman yalnız özünə ayırdığı bir tərəfinin olması sağlıqlıdır, şərtdir.
1. Həyatdakı ən böyük hədəfləriniz
Həyatdakı ən böyük hədəflərinizi kimsəylə bölüşməyin. Siz bu hədəflərə cəmlənmiş yolunuza əmin addımlarla irəliləyərkən ətrafdakı insanların sözləri sizin fikirlərinizi qarışdıra bilər. Kimsə bir-birinə bənzəməz və birinin verəcəyi tövsiyyədə bir-birinə uyğun olmaz. Hədərə kimsəni dinləyib cəsrətinizin qırılmasına yol açmayın. O hədəflərə əmin addımlarla irəliləyin.
2. Etdiyiniz yaxşılıqlar
Çətin vəziyyətdə olan insanlara etdiyiniz yaxşılıqlar, xeyir işləri, comərd hərəkətiniz qoy sizdə qalsın. Bilən bilir onsuz da, bunları hər yerdə danışmaq bəzi insanların üzülməsinə səbəb olacaqdır. Zatən etdiyiniz yaxşılığı hər yerdə lovğalanaraq söyləməniz üçün etmisinizsə, həqiqətən yaxşılıq etdimiş sayılırsınızmı? İşlər bir müddət sonra eqoistlik nöqtəsinə çata bilər; oturub düşünün, bu yaxşılıqları nə üçün edirsiniz …
3. Həyat tərziniz
Bax əfəndim belə pəhriz saxlayıram, belə qaçıram, belə yatıram kimi mövzuları insanlara demənin heç bir faydası yoxdur. Əgər həyatınızda müəyyən şeyləri nizamladınızsa və özünüzü xoşbəxt hiss edirsinizsə, bunlardan istifadə edib üstünlük göstərərək insanları qısqandırmaq ehtiyacınızda olmamalıdır. Həyatınızı başqalarına anlatmaq üçün yaşamayın; hər kəsin yolu və seçimləri başqa başqadır…
4. Etdiyiniz qəhrəmanlıqlar
Böyük cəsarət göstərdiyiniz mövzular haqqında danışmaq da sizi sevimsiz biri edər. Hamımız, hər gün həm daxili, həm xarici dünyamızda cürbəcür çətinliklərlə qarşılaşırıq və bir şəkildə bunların öhdəsindən gəlməyə çalışırıq. Özümüzü daha çox mühüm göstərməyək, hər kəs bir olqunluğa sahibdir.
5. Həyat fəlsəfəniz
Hər kəs həyatını sağlam bir şəkildə davam etdirmək üçün başqa-başqa şeylərə inanmağa ehtiyac duyar. Hər kəsin həyatını asanlaşdıran və durğunlaşdıran şeylər fərqlidir. Buna görə sizing həyatla əlaqəli söylədiyiniz fikirlər size maraqlandıran fərdi inanclardır. Gerçək deyildilər və sizing həyata baxdığınız kiçik pəncərədən görünə bilərlər. Xülasə bunları anlatmağa, başqa insanlara qəbul etdirməyə ehtiyac yoxdur.
6. Ailə həyatınızdakı problemlər və davalar
Ailə həyatındakı narazıçılıqlardan başqa insanlara nə qədər çox danışsanız bir o qədər həlli çətinləşər. Bəzi şeylər bir-biriylə sıx əlaqə olan insanlar arasında həll edilməli və digərlərinə bəlli etməməli. Həm də bu problemləri həll etməniz üçün sizə kimsənin köməyi toxunmaz. Səbrli olun, bir gərilər, bir həll olar; həyat bu …
7. Digər insanlar haqqında bildiyiniz yaxşı olmayan gerçəklər
Əsla belə insan olmayın. Başqaları haqqında eşitdiyiniz, gördüyünüz, dəqiqliyindən belə əmin olmadığınız şeyləri gedib başqa insanlara danışmayın. Bunu edərək həm özünüzü yorarsınız həm də, anlatdığınız insanların sizə olan etibarını zədələyərək sizlə bir şey bölüşməkdən çəkinmələrinə səbəb olarsınız.
8. Ən böyük qorxu və zəiflikləriniz
Hamımız bir şeydən qorxarıq. Qorxduğumuz bu şeylər gözümüzdə nə qədər böyük və təhdidedici görünsədə onları ram etməmiz mümkündür. Ancaq onları aşmaq üçün ətrafdan kömək istəmək heç bir fayda və rahatlıq bəxş etməz. Əksinə, qarşınızdakı insan nə qədər yaxınınız da olsa, insanlar başqalarının zəifliklərindən istifadə etməyi sevərlər. Bu mövzuda edəcəyiniz iş, qorxularınızı başqalarına anladaraq həll yolun tapmaq deyil, olnarın fərqində olub, üstlərinə gedəcək cəsarətə sahib ola bilməkdir.
9. Keçmişə dair inciklikləriniz
Keçmişdə yaşanmış və sona çatmış şeyləri təkrar-təkrar insanlara danımaq heç bir faydası olmayan davranışdır. Yaşandığı anda göz ardı edilmiş, içə atılmış şeylər insanın çiyinlərinə böyük bir yük yükləsə də, bunları sonradan açığa çıxarmaq heç bir rahatlıq verməyəcəkdir. Edilə biləcək ən yaxşı şey, hadisələr baş veridyi an duyğuları dilə gətirmək, daxildə olan bütün düşüncələri xaricə vurmaqdır. Bu fürsəti qaçırmısınızsa ediləcək heç bir şey yoxdur. İnsanları lazımsız yerə incitməyə ehtiyac yoxdur.
10. Sevgiliniz ilə bölüşdükləriniz
Bu əlbəttə toxunulmaz deyildir, ancaq bəziləri var ki, münasibətdə olduğu insanın özəlini heçə sayaraq ətrafdakılara söyləyir. Davam etməkdə olan münasibətlərdə bu cür davranışlar az olsa da, iş keçmiş sevgililərdən söz etməyə gəldiyində əksər insan içdən-içə xain bir zövqlə o insanı utandıracaq sirrləri ətrafa yayar, onların lağ obyekti olmasını istərlər. Onunla bir çox gözəl xatirələriniz də olub, belə etməyin…
11. Sahib olduğunuz bacarıqlar
Əslində bu sirr kimi saxlamanız lazım olan hallardan deyil, özünüzlə qurur duymanız və sərgiləməniz lazım olan haldır. Ancaq bu maddəyə yer verməyimizin səbəbi, küçədəki hər kəsin sahib olduğu bacarıqlar movsuzunda daha çox danışıb, təqdir gözləməsidir. Əgər xüsusi bir bacarığa sahibsinizsə bunun haqqında danışmayın; yalnız yeri və zamanı gəldiyində bunu ortaya qoyun, özünüzü göstərin.
XƏBƏR LENTİ
Qan içmək istəyi oyadan xəstəlik
Günün qoroskopu: sadə gün deyil
Boşanmanın uşaqlar üzərində təsirləri
Artıq çəkidən azad olmaq üçün 8 qızıl qayda(2)
Ermənilərə zəmanət verdik
Evliliyi bitirən səbəblər
Avropadakı anomal istilərin səbəbi məlum oldu
Zəngilan rayonunun işğalından 25 il ötür
Qeyri-adi təbiət hadisəsi: Su qaya boyunca tərsinə axdı - VİDEO
Qurban bayramında geomaqnit qasırğası olacaq - Xəbərdarlıq
Sosial şəbəkədə istifadəçilərinə müraciət edildi
Çin xristianlığın yayılmasına qarşı mübarizəni gücləndirəcək
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 262 yeni yoluxma - RƏSMİ
Qəbizliyə qarşı nə etməliyik?
Bədənimizdə vitamin çatışmadığını necə bilək? - ƏLAMƏTLƏR
Bir ildə 285 kitab oxudu!
İtaliya sahillərində faciə: 300 nəfər öldü
Market sifarişini gətirən kuryer qadını öldürdü
Ermənilərin Tərtəri yenidən atəşə tutması nəticəsində bir mülki şəxs yaralanıb
"Öləcək" dedilər, milyarder oldu - FOTO
Günün ulduz falı - 12.08.2013
Hava haqqında
Hava haqqında
Berkay AÇIQLAMA VERDİ
Hava haqqında
Yerli spirtli içkilərin və tütün məmulatlarının qiyməti qalxır
Əmlakımızı niyə sığortalamırıq?
Nigar Camal Ayselin “Eurovison”da finala keçə bilməməsinin SƏBƏBİNİ açıqladı
iOS7-yə uyğunlaşırlar
COVID-19-a qarşı dünyanın ilk kağız testi hazırlanır
Azərbaycan iqtisadiyyatında artım
Aktauda "Udi mədəniyyəti günü" keçirilib
Bekhemlərin evinə oğru girdi
Tırtıl və çiçək kurabiyə (foto resept)
XİN-dən erməni əsilli livanlıların işğal olunmuş ərazilərə köçürülməsi haqqında məlumatlarla bağlı AÇIQLAMA
Romantik evlilik
Tənhalıq
Robert Pattinson yeni İMİCDƏ-FOTO
Bəzi musiqilərin sözləri yeniyetmələri erkən nikaha təşviq edir
Neon dırnaqlar
Azərbaycanlıların Facebook sevgisi
Əliyev Davosda çıxış etdi
Hovuza girmək üçün koronavirus karantinindən qaçdı - VİDEO
2 milyon dollardan ibarət "YOLKA" qurdular-FOTO
Azərbaycanda 14 min nəfərdən çox tənha ahıl vətəndaşa və əlilə sosial-məişət xidməti göstərilir
Bir hərəkətlə piydən azad ol
Depressiya testi
Eldar Mansurov
Yeməkdən sonra nələri etməməliyik?
Adət, yoxsa qonşudan dala qalmamaq?
- ŞƏRHLƏR