Bu gündən 2015-2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçimi başlayıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, mayın 12-dək aparılacaq ixtisaslaşma seçiminə 2015-ci ildə magistraturaya keçirilən qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən bakalavrlar buraxılırlar.
Bakalavrlar "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə imtahan verdiyi qəbul proqramına aid dövlət sifarişi əsasında və ödənişli əsaslarla olan 20-yə qədər ixtisaslaşma kodunu göstərə bilərlər.
Bakalavr seçdiyi ixtisaslaşmaları istədiyi ardıcıllıqla TQDK-nın internet saytında öz elektron ərizə formasına daxil edir, hər bir ixtisaslaşma üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir və öz ixtisaslaşma seçimini təsdiqləyir.
Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.
Magistraturada dövlət hesabına təhsil almış magistrlər yalnız ixtisaslaşmaların təhsili ödənişli əsaslarla olan yerlərinin kodlarını seçə bilərlər.
Xarici dil imtahanını ərəb və ya fars dili üzrə verən bakalavrlar "İxtisaslaşma seçimi cədvəli"nə əsasən, yalnız 38 saylı proqrama aid olan ixtisaslaşmaları və ya 46 saylı proqrama aid olan ixtisaslaşmaları seçə bilərlər.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Menecment (təhsilin təşkili və idarə olunması)" ixtisaslaşmasını yalnız Təhsil ixtisasları qrupunun ixtisaslarından birini bitirib 27 saylı proqram üzrə imtahan vermiş bakalavrlar seçə bilərlər.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbul yalnız dövlət sifarişi əsasında aparılır. AMEA-nın magistraturasının ixtisaslaşmalarını müsabiqə şərtini ödəməklə bərabər, 2015 ci il mayın 4-dən 8 dək AMEA-da müsahibədən keçərək “məqbul” qiymət almış bakalavrlar seçə bilərlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, yalnız ixtisaslaşmaların təhsili ödənişli əsaslarla olan yerlərinin kodlarını seçə bilərlər.
Müsabiqə qəbul imtahanının birinci və ikinci mərhələsində toplanılan balların cəminə (ümumi bala) əsasən aparılır.
Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar. Ərizə təsdiq edildikdən sonra onda heç bir dəyişiklik etmək mümkün olmayacaq.
Mənbə: ANS PRESS
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qan içmək istəyi oyadan xəstəlik
Günün qoroskopu: sadə gün deyil
Boşanmanın uşaqlar üzərində təsirləri
Artıq çəkidən azad olmaq üçün 8 qızıl qayda(2)
Ermənilərə zəmanət verdik
Evliliyi bitirən səbəblər
Avropadakı anomal istilərin səbəbi məlum oldu
Zəngilan rayonunun işğalından 25 il ötür
Qeyri-adi təbiət hadisəsi: Su qaya boyunca tərsinə axdı - VİDEO
Qurban bayramında geomaqnit qasırğası olacaq - Xəbərdarlıq
Sosial şəbəkədə istifadəçilərinə müraciət edildi
Çin xristianlığın yayılmasına qarşı mübarizəni gücləndirəcək
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 262 yeni yoluxma - RƏSMİ
Qəbizliyə qarşı nə etməliyik?
Bədənimizdə vitamin çatışmadığını necə bilək? - ƏLAMƏTLƏR
Bir ildə 285 kitab oxudu!
İtaliya sahillərində faciə: 300 nəfər öldü
Market sifarişini gətirən kuryer qadını öldürdü
Ermənilərin Tərtəri yenidən atəşə tutması nəticəsində bir mülki şəxs yaralanıb
"Öləcək" dedilər, milyarder oldu - FOTO
Günün ulduz falı - 12.08.2013
Hava haqqında
Hava haqqında
Berkay AÇIQLAMA VERDİ
Hava haqqında
Yerli spirtli içkilərin və tütün məmulatlarının qiyməti qalxır
Əmlakımızı niyə sığortalamırıq?
Nigar Camal Ayselin “Eurovison”da finala keçə bilməməsinin SƏBƏBİNİ açıqladı
iOS7-yə uyğunlaşırlar
COVID-19-a qarşı dünyanın ilk kağız testi hazırlanır
Azərbaycan iqtisadiyyatında artım
Aktauda "Udi mədəniyyəti günü" keçirilib
Bekhemlərin evinə oğru girdi
Tırtıl və çiçək kurabiyə (foto resept)
XİN-dən erməni əsilli livanlıların işğal olunmuş ərazilərə köçürülməsi haqqında məlumatlarla bağlı AÇIQLAMA
Romantik evlilik
Tənhalıq
Robert Pattinson yeni İMİCDƏ-FOTO
Bəzi musiqilərin sözləri yeniyetmələri erkən nikaha təşviq edir
Neon dırnaqlar
Azərbaycanlıların Facebook sevgisi
Əliyev Davosda çıxış etdi
Hovuza girmək üçün koronavirus karantinindən qaçdı - VİDEO
2 milyon dollardan ibarət "YOLKA" qurdular-FOTO
Azərbaycanda 14 min nəfərdən çox tənha ahıl vətəndaşa və əlilə sosial-məişət xidməti göstərilir
Bir hərəkətlə piydən azad ol
Depressiya testi
Eldar Mansurov
Yeməkdən sonra nələri etməməliyik?
Adət, yoxsa qonşudan dala qalmamaq?
- ŞƏRHLƏR