Parkinson xəstəliyi gec proqressivləşən neyrodegenerativ (qabıqaltı nücələrdə hüceyrələrin məhv olunması ilə müşahidə edilən) beyin patologiyasıdır. Parkinson xəstələri diaqnoz qoyulduqdan sonra 20 il və ya daha uzun müddət bu xəstəliklə birlikdə həyatlarını davam etdirirlər. Lakin bu hal problemlə birlikdə həyat keyfiyyətində dəyişiklik olmayacağı mənasını ifadə etmir. Xəstəliyin tamamilə aradan qaldırılmasına və ya qarşısının alınmasına istiqamətlənən müalicə prosesi hələ də dəqiqləşdirilmədiyindən, xəstəlik simptomların nəzarət altına alınması üzərində fokuslanır.
Normal vəziyyətdə insan beynində müəyyən nahiyələrdə dopamin ifraz edən beyin hüceyrələri (neyronlar) mövcuddur. Bu hüceyrələr beynin substansiya nigra adlanan sahəsində yerləşir. Dopamin substansiya nigra ilə bədən hərəkətlərini nəzarətdə saxlayan beynin digər bölgələri arasında impulsları çatdıran vasitədir. Dopamin insanların axıcı və koordinasiya hərəkətlərini yerinə yetirməyi təmin edir. Dopamin ifraz edən hüceyrələrin 60-80 %-i məhv olduqda kifayət qədər dopamin istehsal olunmur və Parkinson xəstəliyinin motor simptomları ortaya çıxır. Bu müddəti neyrodegenerasiya olaraq adlandırmaq olar. Mövcud anlayışa əsasən Parkinson xəstəliyinin ən erkən simptomları enterik sinir sistemi, beyin kötüyü və qoxu yollarında ortaya çıxır. Bu qaydaya əsasən Parkinson xəstəliyi həmin nahiyələrdən beynin daha üst hissələrinə yəni substansiya nigra və beyin qabığına doğru yayılır. Nəticədə, qoxu hissiyatının itirilməsi və ya azalması, yuxu pozuntuları və qəbizlik simptomları, titrəmə və hərəkətlərdə yavaşlama kimi müşahidə edilən motor simptomlar daha əvvəl yaranmağa başlayır. Buna görə də son illərdə tədqiqatçılar xəstəliyin erkən mərhələsində müəyyənləşən qeyri-motor simptomları daha erkən diaqnozlaşdıraraq xəstəliyin proqressivləşməsini dayandırmağın yollarını axtarırlar.
Xəstəliyin müşahidə nisbəti:
Xəstəlik xüsusilə, orta yaşlarda meydana çıxır. 50 yaşından əvvəl başlaması çox nadir hallarda müşahidə edilir. Kişilərdə qadınlara nisbətdə iki dəfə artıq görülür. 60 yaşdan çox insanlarda görülmə sıxlığı 1 %-dir. Təxminən hər 100000 şəxsdən 300-də müşahidə edilir.
Parkinson xəstəliyini ortaya çıxaran faktorlar:
Genetik faktorların xüsusi əhəmiyyəti prosesin yaranmasında təsir göstərir. Xüsusilə son illərdə ortaya qoyulan bəzi genetik mutasiyalara sahib şəxslərdə (LRRK2, a-sinuklein, parkin genləri), bu mutasiyalara sahib olmayan insanlara nisbətdə daha çox müşahidə olunur. Anamnezi, əsasən gənc yaşda Parkinson xəstəliyi ortaya çıxan insanlarda daha qabarıqdır. Hər iki fərddə cüt yumurta əkizlərində müşahidə faizi tək yumurta əkizlərinə nisbətdə daha çoxdur.
Parkinson xəstəliyindən qorunmağın yolları:
Bu xəstəlikdən qorunmaq mümkün deyil. Lakin bəzi maddələri daha çox istifadə edən insanlarda Parkinson xəstəliyinin proqressivləşməsinin daha az olunduğu araşdırmalar nəticəsində ortaya çıxmışdır. İlk olaraq siqaret istifadəsini qeyd etmək mümkündür. Siqaret istifadəçilərində tutulma faizi 40 dəfə daha azdır. Bundan başqa kofein istifadə edən insanlarda da risk daha aşağıdır. Tədqiqatçılar kofeinin bu təsiri adenozin reseptorları vasitəsilə yaratdığını tədqiq ediblər.
Xəstəliyin simptomları:
Prosesdə müşahidə olunan əlamətlər parkinsionizm başlığı altında toplanır. Bu, dörd əsas mərhələdən ibarətdir:
1.İstirahət vəziyyətində titrəmə (tremor)
2.Hərəkətlərin yavaşlaması (bradikineziya)
3.Passiv oynaq hərəkətlərini çətinləşdirən əzələlərdə sərtləşmə (rigidlik)
4.Koordinasiyada disbalansın yaranması (postural instabilita)
Prosesin motor əlamətləri ortaya çıxmazdan əvvəl digər əlamətlər qeyd oluna bilər. Bunlar arasında ağrı, qoxu hissiyatında pozuntu, REM yuxu davranış pozuntusu (gecələr canlı yuxular görüb, ətrafdakılara zərər vermə kimi bəzi hərəkətlərlə ortaya çıxan yuxu pozuntusudur) və avtonom sistem (mədə-bağırsaq problemləri, qan təzyiqində yaranan dəyişikliklər kimi) pozuntular da müşahidə oluna bilər. Parkinson xəstəliyinin tipik əlamətləri ortaya çıxmağa başladıqda hərəkət edərkən qolları iki tərəfdə normal şəkildə sallaya bilməmə, əldə, ayaqlarda və ya çənədə istirahət müddətində titrəmə, mimikaların itməsi kimi maska üz ifadəsi, yazıların gedərək kiçilməsi, oxunması qeyri-mümkün xəttə sahib olma, göz qırpma sayında azalma, önə əyilmiş və yavaş şəkildə gəzmək, tez-tez yıxılmaların olması, kiçik addımlarla hərəkət etmə, donub qalmaq, hərəkətin və nitq sürətinin yavaşlaması, udma pozuntuları, qəbizlik, cinsi funksiya pozuntuları, depressiya, psixoz, xəyal görmə, hallüsinasiya, səhərlər yuxulama, impulsiv pozuntular, dəridə yağlanma (seboriya), qocalıq psixozu da müşahidə oluna bilər.
Parkinsionizm başqa xəstəliklərlə də birlikdə müşahidə oluna bilər?
Prosesin ən çox qeyd olunan səbəbi Parkinson xəstəliyi ilə yanaşı digər xəstəliklərdə də parkinsionizmin yaranmasıdır. Bunlar arasında hidrosefaliya, multisistem atrofiya, bəzi medikamentozlar, beyin-damar tutulması, xroniki beyin travmaları və bəzi beyin infeksiyaları. Bu xəstəliklərin diaqnozunda müşahidə edilən strategiya və terapiyalar Parkinson xəstəliyindən fərqlənir.
Problemin terapiyası:
Terapiya üç əsas başlıq altında toplanır. İlk əvvəl farmakoterapiya aparılır. Bu terapiyadan kifayət qədər fayda görməyən xəstələrdə cərrahi müdaxilə tətbiq edilir. Xəstəliyin diaqnpzu qoyulmuş xəstənin narahatlıqlarına əsasən psixoterapiya da tətbiq edilir.
Psixoterapiya:
Bu terapiya üsulu xəstəliyin ən əsas reabilitasiya proqramıdır. Xəstələrə nizamlı şəkildə məşqlər təklif edilir. Həmçinin ağrı, səhər saatlarında yuxululuq vəziyyəti, mədə-bağırsaq fəaliyyətində yavaşlama, REM yuxu davranış pozuntusu, qəbizlik, depressiya və digər Parkinson xəstəliyinin qeyri-motor simptomlarının reabilitasiyasına yönəlik terapiyalar tətbiq olunmalıdır.
Nərmin Quliyeva
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Koronavirusla bağlı yaponların yeni kəşfi – Əlac tapılır?..
Ispanaq piroqu(foto-resept)
Daxili orqanları görən "rentgen qız": Yüzlərlə insanı ölümdən qurtaran MÜƏMMA
Beren Saatın “Netflix”dəki serialı
Üz və bədən üçün maskalar
Azərbaycanda daha 12 nəfərdə koronavirus aşkarlandı
Rusiyada koronavirusa qarşı preparatlar apteklərə veriləcək
Ekspess avtobuslarda sıxlıq yaşanır - VİDEO
Bağlı əməliyyatın 6 faydası
Bir qab makaron və… ölüm
Bu ilin ilk günündə...-RƏSMİ AÇIQLAMA
Hande Yener izləyicilərini məyus etdi-SƏBƏB/FOTO
Ərdoğan Bakıya gəlir
Bu cür hallar milyonda bir baş verir
Sabahın HAVAsı
Mobil telefonla danışanlar cərimələnə bilərlər
"Eurovision" da bir ilk
Hər qadına lazım olan 15 məsləhət
Sabahın HAVAsı
BÜRCLƏR bizə nə vəd edir?-20 Sentyabr
Qaratərə salatı (foto-resept)
"Facebook" və "İnstagram"da problem yarandı
BAFTA: Britaniya ən yaxşıları seçdi -SİYAHI
Nişan üzüyünü taxmaq lazımdırmı? - MÜZAKİRƏ
"Ərazi bütövlüyümüzü güzəştə getməyəcəyik" - Elmar Məmmədyarov
ABŞ-a "Florens" qasırğası yaxınlaşır
Pendirli-şokoladlı tort (foto resept)
Keçmiş sevgilinizlə qarşılaşdıqda nə etməlisiniz?
Hava haqqında - 05.10.2013
Makiyajla yatmağın zərərləri
"Simpsonlar 2" gəlir - 12 illik fasilədən sonra
Sərnişin maska taxmasa, avtobus hərəkət etməyəcək - BNA
Kirayə pulu verməkdən bezən qız çarəni bunda tapdı-FOTO
Məşhur astroloqdan 2019- PROQNOZU
Kate Middletonun tərzi
Günün ulduz falı
"Dördbucaq" piroqu(foto resept)
Yatın, amma fil qulağında yox...
Mənzil satışı ilə bağlı yeni mexanizmlər
Hamilələrin nəzərinə: çox kökəlməyin, yoxsa...
Azərbaycan Müstəqillik Gününü qeyd edir
Düşbərə (foto-resept)
"Muska" börəyi (foto resept)
Yaponiyada qasırğa: ölənlər var
Koronavirus bu şəxsləri öldürmür - ARAŞDIRMA/VİDEO
Azərbaycan tarixindən yüz şəxsiyyət-15
Paris Hilton itlərinə villa tikdirdi-FOTO
Payız pəhrizi necə edilər?
Bürcə görə kişilərin eşqdə tərzləri
QASIRДћA ABŞ-a yaxınlaşdı
- ŞƏRHLƏR