Bakıda hava 12°
USD AZN
EUR AZN
10:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,əziz Qadin.Netlilər!
41230

Azərbaycan tarixindən yüz şəxsiyyət-60

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-60

 

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

Əli bəy Hüseynzadə

(1864-1940)

Əli bəy Hüseynzadə 1864-cü ildə Salyan şəhərində anadan olmuşdur. Mədrəsədə dərs deyən atası Hüseyn bəy oğlunu da müəllim görmək istəyir və qohumları axund Əhməd Hüseynzadədən məsləhət istəyir. Qafqazın şeyxülislamı vəzifəsini tutan axund Əhməd oğlanı Tiflisə gətizdirir və burada Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdində ali sinifli məktəbə qəbul etdirir. Məktəbi bitirən Əli bəy 1875- ci ildə Tiflisdəki 1-ci şəhər gimnaziyasına daxil olur və 1885-ci ildə buranı müvəffəqiyyətlə bitirir.

Ruhani olmaq istəməyən Əli bəy Hüseynzadə 1885-ci ildə Peterburqa yollanır və Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olur. Burada o, 1889-cu ilədək təhsilini davam etdirir və universiteti müvəffəqiyyətlə bitirir. Lakin Əli bəyin texniki sahəyə bir elə həvəsi olmamışdır. Dərs proqramına aid olan ədəbiyyatdan daha çox o, türkdilli xalqların tarixi və ədəbiyyatına aid kitablar oxuyurmuş, islam tarixi və dəyərlərinə maraq göstərirmiş. Tələbə siyasi dərnəklərinin fəal üzvü olan Əli bəy çarizmin türk-müsəlman xalqlarına qarşı apardığı siyasətə qarşı çıxmışdır. Nəticədə onun adı bir çox polis protokollarında hallanmış, faktik olaraq potensial inqilabçıların "qara siyahı”-sına salınmışdır. Bu zaman Ə.Hüseynzadə həm də ədəbi fəaliyyətlə məşğul olmağa başlamış, əsasən lirik şeirlər yazmışdır.

Rusiyanın onunçün cansıxıcı mühitində yaşaya bilməyən Əli bəy Hüseynzadə gözlənilmədən İstanbula yollanır.

Türk dünyasının nicatını Osmanlı dövlətində görən Əli bəy burada ali təhsil almaq qərarına gəlir. 1890-1895-ci illərdə Ə.Hüseynzadə İstanbul Universitetinin hərbi tibb fakültəsində ali təhsil alır. Universiteti bitirdikdən sonra o, 1895-1897-ci illərdə İstanbulda Heydərpaşa hərbi hospitalında dermatoloq ixtisası üzrə həkim işləyir.

Əli bəy 1897-ci ildə yüzbaşı rütbəsində Türkiyənin Balkanlarda apardığı müharibənin Tesaliya cəbhəsinə göndərilir və 3 il döyüş bölgəsində olur. Burada o, müharibənin törətdikləri fəlakətləri öz gözləri ilə görür.

1900-cü ildə Əli bəy cəbhədən qayıdır, İstanbul Universitetinin dəri-zöhrəvi xəstəlikləri üzrə kafedrasında professor köməkçisi vəzifəsində çalışır. Bu illərdə onun çap etdirdiyi əsərlər Türkiyə tibb elminin inkişafına müəyyən töhfə vermişdir. "Sifilis", "Vəba və mikrobu", "Ensiklopedik türk lüğəti" kimi əsərləri osmanlı ictimaiyyəti və peşəkar həkimlər tərəfindən müsbət qarşılanmışdır.

Hərbi həkim kimi çalışdığı dövrdə Əli bəy vaxtaşırı əbədi fəaliyyətlə də məşğul olur; o, alman alimi F.Bodenştedtin Ömər Xəyyam haqqında yazdığı əsəri, şairin bir neçə rübaisini, Hötenin "Faust" əsərini türk dilinə çevirərək nəşr etdirir. Bu dövrdə Əli bəy Hüseynzadə öz əsərlərini "Ə.H" və "Səlyani" təxəllüsləri ilə imzalamışdır.

Türkiyəyə böyük məhəbbət hissi ilə yanaşan Əli bəy Osmanlı sultanlarının özbaşınalıqlarını, onların konservatizmini ölkənin inkişafına  mane olan səbəblər hesab etmişdir. O, ölkədə köklü islahatların tərəfdarı olmuşdur. Əli bəy siyasi dərnəklərdə fəal iştirak etməyə başlamış və burada bir çox tərəqqipərvər ziyalı ilə tanış olmuşdur. Türkiyə ziyalıları Abdulla Cövdət, İsak Sükuti və İbrahim Temo ilə dostluq edən Əli bəy İstanbulda "İttihad və tərəqqi" partiyasının əsasını qoyur və sultan Əbdülhəmid rejiminə qarşı çıxır. Buna görə təqib olunan Əli bəy 1903-cü ildə Türkiyəni tərk edir və Bakıya gəlir; o burada həkim kimi fəaliyyət göstərmək istəyirdi.

Lakin Rusiya məmurları ona həkimlik fəaliyyəti ilə məşğul olmağa icazə vermirlər və Əli bəy "Kaspi" və "Baku" qəzetləri ilə əməkdaşlıq etməyə başlayır. İşgüzarlığı və jurnalist intuisiyası ilə seçilən Əli bəy çox keçmir ki, Hacı Zeynalabdin Tağıyevin maliyyələşdirdiyi "Həyat" qəzeti və "Füyuzat" jurnalından dəvət alır və 1905-1907-ci illərdə bu orqanlarda çalışır.

Azərbaycanda Əli bəyin siyasi-ictimai fikirləri xalq tərəfindən rəğbətlə qarşılanırdı və odur ki 1905-ci ildə o, bir nüfuzlu şəxs kimi "Ümumrusiya müsəlmanlarının ehtiyaclarına dair" adlı müraciəti təqdim etmək üçün Peterburqa gedən 11 nəfərlik heyətə üzv seçilir. O həmçinin Rusiya Müsəlman İttifaqının gizli qurultaylarında iştirak edir. Türk-müsəlman xalqlarının birliyini arzulayan, bunun uğrunda çalışan Əli bəyin "Türklər kimdir və kimlərdən ibarətdir?", "Türk dilinin vəzifeyi-mədəniyyəsi", "Məcnun və Leylayi-islam", "Yazımız, dilimiz" məqalələri Azərbaycandan kənarlarda belə böyük maraqla oxunurdu. İlk dəfə olaraq məhz o, "Məcnun və  Leylayi-islam"  məqaləsində Turan imperiyasının qurulmasının və onun tərkibində bütün türkdilli xalqların birləşməsinin vacibliyini vurğulamışdır.

Əli bəy Hüseynzadənin idealı "türk  qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafəli fədai"dir. Onun fikrincə, məhz belə insanlar türk xalqlarını zülmətdən qurtara bilər. Əli bəyin fikirləri "türkləşmək, islamlaşmaq, müasirləşmək" şəklində cəmiyyət arasında yayılır və tədricən siyasi məsləkə çevrilirdi.

Onun bu ideyaları təkcə Rusiya hakim dairələri deyil, Osmanlı sultanı tərəfindən də mənfi qarşılanmış və nəticədə "Füyuzat" jurnalı bağlanmışdır.

Bundan sonra Əli bəy Hüseynzadə pedaqoji fəaliyyətlə məşğul olmağa başlamış, Bakıda "Səadət" məktəbinin müdiri olmuş və burada müasir tələblərə cavab verən tədris prosesi qurmuşdur. Eyni zamanda o, "Tərəqqi" və "Həqiqət" qəzetləri ilə əməkdaşlıq etmiş, Azərbaycanın siyasi həyatında baş verən vacib proseslərə öz münasibətini bildirmişdir. Onun məqalələrində fəlsəfə, tarix, siyasət, sosiologiya, ədəbiyyatşünaslıq, musiqişünaslıq problemləri də öz əksini tapmışdır.

Əli bəy Hüseynzadə çoxşaxəli fəaliyyəti ilə Azərbaycan ədəbi-elmi fikri tarixində M.F.Axundzadənin ardınca yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Məhz onun sayəsində Azərbaycanda "füyuzatçılar" adlı ədəbi-fəlsəfi məktəb yaranmışdır.

Əli bəy Hüseynzadənin "Siyasəti-fürusət" əsərində türkçülük ideyası formalaşmış, türkçülüyün elmi-nəzəri əsasları işlənmişdir. Bu əsər turançılığın məfkurə hərəkatına çevrilməsinə gətirib çıxarmışdır.

1908-ci ildə Türkiyədə sultan Əbdülhəmidin rejimi devrilir və inqilabçı dostlarının dəvəti ilə 1910-cu ildə Əli bəy Türkiyəyə qayıdır. İstanbul Universitetində tibb kafedralarının birində pofessor vəzifəsində çalışan Hüseynzadə Türkiyənin siyasi, ictimai və mədəni həyatında yaxından iştirak etmiş, Əhməd Ağaoğlu, Yusif Akçura, Ziya Gökalp, Məhəmməd Əmin Rəsulzadə ilə “Türk dərnəyi”ndə fəaliyyət göstərmişdir. I Dünya müharibəsi illərində o, Qərbi Avropa ölkələrində keçirilən tədbirlərdə fəal iştirak etmiş və var qüvvəsi ilə türkçülük ideyalarını yaymağa çalışmışdır.

1918-ci ildə Türkiyə hökumətinin qərarı ilə Azərbaycana kömək məqsədi ilə göndərilmiş heyətin tərkibində Əli bəy də Gəncəyə gəlmişdir.

Türkiyədə cümhuriyyət yaradılanda Əli bəy onu ürəkdən alqışlamış, Mustafa Kamal paşa Atatürkü dəstəkləmişdir.

1916-1917-ci illərdə Berlin və Stokholm konfranslarında iştirak edən Əli bəy Hüseynzadə yenə də turançılıq ideyasını bəyan etmiş, onu yaymağa çalışmışdr.

1926-cı ildə Bakıda keçirilən türkoloji qurultayda Əli bəyin iştirakı sovet hakim dairələri üçün nə qədər arzuolunmaz idisə, Azərbaycan ictimaiyyəti üçün bir o qədər xoş idi. Azərbaycan müstəqilliyinin sovet süngüləri ilə məhv edilməsini ürək ağrısı ilə qarşılayan Əli bəy vətəninin yenidən müstəqil olacağına ümidini itirmirdi.

Əli bəy Hüseynzadənin azərbaycanlılar haqqında söylədiyi fikirlər indi də aktualdır: "Biz insanız. Məzlum olan sinifləri zalım siniflərin təcavüzündən azad etməyə çalışacayız. Biz Qafqazlıyız. Qafqaz əhlinə və ümumidarəsinə özü baxa bilmək üçün lazım gələn muxtariyyət tələb ediriz. Biz müsəlmanız. Binaən-əleyh öz əqaidi-diniyyəmizə, hürriyyəti-vicdanəmizə hər nə lazımsa, onu istəyiriz. Biz türküz. Dilimizin, lisanımızın tərəqqisinə mane olan hər növ sədlərin, divarların yıxılmasına, rəf olunmasına qeyrət ediriz".

Əli bəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat etmişdir.

Səslərin sayı: 1
3
1564
loading...
Şərhlər
Offline
Azadə Həbibzadə
Tesekkurler Agat_Kris
8 oktyabr 2015 19:43
Offline
Fatma xanım
1916-1917-ci illərdə Berlin və Stokholm konfranslarında iştirak edən Əli bəy Hüseynzadə yenə də turançılıq ideyasını bəyan etmiş, onu yaymağa çalışmışdr.
8 oktyabr 2015 18:22
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Aysel İ.
Hərbi həkim kimi çalışdığı dövrdə Əli bəy vaxtaşırı əbədi fəaliyyətlə də məşğul olur; o, alman alimi F.Bodenştedtin Ömər Xəyyam haqqında yazdığı əsəri, şairin bir neçə rübaisini, Hötenin "Faust" əsərini türk dilinə çevirərək nəşr etdirir. Bu dövrdə Əli bəy Hüseynzadə öz əsərlərini "Ə.H" və "Səlyani" təxəllüsləri ilə imzalamışdır. give_ros
8 oktyabr 2015 11:56
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Məşhur aktyor BOŞANIR-SƏBƏB

    Bu günlərdə məhkəməyə müraciət edən cütlük münasibətlərini dost kimi davam etdirəcəklərini söyləyiblər.
  • Sevgili olduqlarını niyə gizlədirlər?

    Yaraşırlar amma gizdətməyin adı yoxdu
  • Toyuq dönərinə görə məhkəməyə verdilər

    Türkiyənin daxili xəstəliklər üzrə mütəxəssisi Canan Karatay məhkəməyə verilib.
  • Məşhur aktyor BOŞANIR-SƏBƏB

    Gül kimi ərinə xəyanət eliyib?
  • Təzə zəncəfil çayı (video-resept)

    Zəncəfili də həmişə içməy olmur
  • Yeni il bəzəyinin içindən ilan çıxdı - FOTO

    Karl Qaskell tapıntı ilə bağlı şikayət etdikdən sonra şirkət bunun onlar üçün də sürpriz olduğunu deyərək, üzrxahlıq edib.
  • Məşhur aktyor 65 kq arıqladı-FOTO

    "Möhtəşəm yüz il" serialında Şeker ağa obrazını canlandıran aktyor Yüksel Ünalı görənlər tanımır.
  • Sevgili olduqlarını niyə gizlədirlər?

    Türkiyə mediası Bekir Saçar, Berk Suyabatmaz və Berrak Tüzünataç ilə bağlı qalmaqallı xəbər yayılayıb.
  • Piylənməyə səbəb olan 3 hal

    Piylənmədə genetik faktorların vacibdir. Normal çəkidə olan ana və atanın uşağında piylənmə riski 10%-dir. Artıq çəkili ana və atanın övladında bu risk 80%-dir.
  • Uşaqları imtahan stressindən qorumağın yolları

    Всем добрый вечер. Боялась заказывать за за частичную оплату. Но все прекрасно. До Твери шла ровно 8 дней шведская стенка как и обещали. Все оперативно. ?нструкция понятная, собрали быстро. Правда одна конструкция была без отверстий для крепления к стене, пришлось делать самим, но это ничего по сравнению с эмоциями получаемых от данной стенки. Дети и взрослые в восторге. Анастасия, спасибо большое.
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )