Bakıda hava
USD 1.7001 AZN
EUR 2.0865 AZN
10:12Xəyalə Murad SabahInız xeyirli, gününüz uğurlu olsun))
38085

Cəfəri haqqında bilmədiklərimiz

Bu gün  də sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən cəfərinin çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyəm. Ümid edirəm ki, faydalanacaqsınız.  

Cəfəri haqqında bilmədiklərimiz

Qədim yunanlar cəfərini uzun müddət müqəddəs bitki kimi qoruyub saxlamış və uzun müddət ondan tərəvəz və ədviyyat kimi istifadə olunmasına icazə verməmişlər. Cəfəri zəngin kimyəvi tərkibinə görə digər tərəvəz və meyvələrdən fərqlənir. Onun yaşıl kütləsinin tərkibindən çoxlu miqdarda vitamin, makro və mikroelementlər aşkar olunduqdan sonra dietoloqlar cəfərini kökdən sonra ikinci yerə yerləşdirmişlər. Qədim Roma və yunan xalqları hələ bizim eradan  qabaq cəfəridən müalicə və ədviyyat bitkisi kimi geniş istifadə

etmişlər. Dərman bitkisi kimi də qədimdən məlumdur. Cəfəri bağırsaqları yumşaldır, təri qovur, ağrıları sakitləşdirir, yeni əmələ gələn xərçəng, şişlərinin sorulub sağaldılmasına kömək edir, öskürək zamanı nəfəs almanı asanlaşdırır, qara ciyər və selikli toxumanın fəaliyyətini normallaşdırır və s. Onun cavan yarpaqlarından ət, balıq, şorba, borş bişirilməsində və tərəvəzdən hazırlanmış müxtəlif xörəklərin dadını və tamını yaxşılaşdırmaq üçün istifadə edirlər. Təzə cəfəri yarpaqlarında 37% zulal, 58-290% mq C vitamini, 1,7

mq% /9-kurotin, 8,1% karbohidrat maddələri, 1,5% sellüloza, 1,1% mineral maddələr, 0,1% üzvi turşular, 150-300 mq % karotin A provitamini, az miqdarda B1, B2, PP vitaminləri aşkar edilmişdir.  

Cəfəri haqqında bilmədiklərimiz

Cəfərinin tərkibində efir yağının olması onun istifadə olunma sahələrini ildən-ilə genişləndirir. Belə ki, toxumlarının tərkibində 2-7%, yaşıl yarpaqlarında 0,02-0,3%, qurudulmuş kök hissəsində 0,08%-ə qədər efir yağı müəyyən edilmişdir. Tərkibindəki efir yağının əsas komponentləri apiol-C12H1404, pinen, miristisin CMH1203, fenol, stearin və palmitin, apiol turşuları, berqapten və kumarin aşkar olunmuşdur. Toxumlarının tərkibindən daha bir neçə maddə– 22% piyli yağ, alfapinin-C26H28N14, diosmin- C28H32015 flavonoidleri, yarpaqlarından 0,08% efir yağı, karotin, askorbin turşusu, çiçəklərindən kversetin və kempferol, kökündən isə apigenin flavonoidləri, berkarton, 1,5% zülalı maddə, 11% sulu karbohidrat, 1,3% sellüloza, 0,1 % üzvi turşu, l,l%o mineral maddələr, 35-68 mq% C vitamini, 1,00 mq% PP, B,, B2, K, karotin vitaminləri tapılmışdır.Yaşıl hissəsindən 9,3% kul, mq/q%-lə K-51,50, 19,90- Ca, 4,90-Mg, 0,40-Fe makroelementləri, mq%>-lə 0,13-Mn, 1,95-Ci, 1,03-Zn, 0,18-Co, 0,15-Cr, 0,18-A1, 0,50-Ba, 0,03-  V, 3,25-Se, 0,35-Ni, 0,28-Sr, 0,08-Pb, 0,48-1 və s. mikroelementləri aşkar edilmişdir. Cəfəridən tərəvəz və ədviyyat məqsədləri üçün onun iki illik xammalından istifadə edilir. Bitkinin əsasən kök və yerüstü yaşıl hissəsi yeyinti məqsədləri üçün tətbiq olunur. Cəfərinin tərkibində çoxlu miqdarda K, Ca, Fe və P makro-elementləri aşkar edilmişdir. 100 q cəfəri yarpağından orta hesabla 7 mq karotin, 160 mq C vitamini, B vitamini qrupu, 1000 mq K, 41 mq Ca, 120 mq P aşkar edilmişdir. l00 q kükündən 41 mq C vitamini, 0,03 mq karotin, B vitamini qrupu və 56 mq P elementi tapılmışdır. 

Cəfəri haqqında bilmədiklərimiz

Cəfəri qatqı kimi şorbanın, müxtəlif salatların, qiymənin, piroqun, şorbanın, mayonezin, ən çox isə yumurta və tərəvəzdən hazırlanmış xorəklərin tərkibinə qatılır. Cəfəridən ən cox pendirin tərkibinə tam, xoş iy, kartof xörəklərinə ətirli iy və xoş tam vermək üçün istifadə edilir. Cəfəridən alınan ekstraktlar orqanizmin müdafiə qabiliyyətini artırır, əhval-ruhiyyəni yaxşılaşdırır. Cəfəri yarpaqlarının tərkibindəki C vitamininin miqdarı limondakından 2 dəfə çoxdur. Orqanizmi A vitamini və dəmirlə təmin edir. 

Cəfəri haqqında bilmədiklərimiz

Cəfərinin kök və toxumlarından hazırlanan cövhər və dəmləmələr sidik yollarına yaxşı təsir edir, dərinin vəziyyətini və həzm sistemini yaxşılaşdırır, sidiyin orqanizmdən kənar edilməsini sürətləndirir, qan damarlarının divarlarını möhkəmləndirir, mədə və bağırsaq əzələlərini gərginlikdən azad edir. Ürəyi zəif olanlara maddələr mübadiləsi pozuntularında və eləcə də döş və qarın boşluğunda yığılıb qalmış artıq suların kənar edilməsində cəfəri dəmləmə və cövhərlərindən qəbul etməyi məsləhət görürlər. Böyrəyin xroniki xəstəliklərində sidiyin kənar edilməsi üçün aşağıdakı reseptdən istifadə etməyi məsləhət görürlər: 1 çay qaşığı cəfərinin toxumlarından götürüb 1 stəkan qaynar suda dəmləyib gündə 3 dəfə stəkanın 1/4 hissəsi qədər qəbul edin. 

Cəfəri haqqında bilmədiklərimiz

Cəfəri şirəsi orqanizmdə baş verən zəhərli maddələri zərərsizləşdirir. Bitkinin bütün hissələri müalicəvi xüsusiyyətlərə malikdir. Cəfəridən hazırlanan preparatlardan uşaqlığın müalicəsində, sidik kisəsi və böyrəkdə olan daşların orqanizmdən kənar edilməsində istifadə edilir. Sidik kisəsi yollarının, qan damarlarının möhkəmləndirilməsində, qızdırmada cəfəridən alınmış şirəni 1:3 nisbətində kök şirəsi ilə qarışdırıb hər gün səhər və gunorta yeməyi zamanı qəbul edin. Cəfəri kökündən kulinariyada, toxum və yarpaqlarından alınmış efir yağından ətriyyat, kosmetika və sabunbişirmə sənayesində istifadə edilir. Cəfəri ədviyyə xassəli, şirintəhər, xoş iyə və kəskin tama malik bitki hesab edilir. 

Səslərin sayı: 11
58
29614
loading...
Şərhlər
Offline
Pərvanə
Əvvəllər heç sevmirdim amma axır vaxtlar çox istifadə edirəm.
29 aprel 2016 18:44
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Fatma xanım
Əvvəllər çox istifadə edirdim gərək yenə başlıyım
28 aprel 2016 19:39
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Emma Svon
Ceferi yemeklere cox dad qatir maskasi da uz derisine xeyirlidir

Elədi. Mən də qatığa ya da smetana qatıb üzümə çəkirəm. Nəticə suppperr
28 aprel 2016 13:23
Offline
Iceberg
Ceferi yemeklere cox dad qatir maskasi da uz derisine xeyirlidir
28 aprel 2016 12:18
imza: shafaabdulla.blogspot.com
Offline
Nermin_Guler
Allahın yaratdığı bütün nemətlər kimi bu da çox faydalıdır. Bacardıım qədər istifadə etməyə çalışıram.
28 aprel 2016 11:29
Offline
Xəyalə Murad
Son günlər dəstə-dəstə yeyirəm. Göyərtilərin tam yeyilmək zamanıdır. Hər birinizə tövsiyə edirəm
28 aprel 2016 10:46
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Ceylan Mumoğlu
Həqiqətən olduqca faydalı bitkidir. Vətəndə yaşayanda bizdə cəfəri ancaq borş yeməyində, bir də turşularda istifadə olunurdu. Ancaq İstanbula gəldiyimdən bu bitkiyə qarşı fərqli münasibət gördüm. Demək olar, hər yeməkdə istifadə edilir.
Cəfərinin əsasən təmizləyici xüsusiyyətini sevirəm.
28 aprel 2016 10:21
Offline
Qəribə
Təşəkkürlər Xəyalə xanım faydalı məlumat üçün.....
24 iyun 2015 21:49
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Azadə Həbibzadə
Evveller yemirdim,indi xoslayiram ama dadli imis sen deme
4 aprel 2015 20:34
Offline
Mələksima
Cəfərini borşa qatıb yeməyi xoşlayıram dadlı olur.
30 yanvar 2015 16:34
Offline
Xanim_Xatun
Cəfəri çox işlədirəm.
8 yanvar 2015 11:55
Offline
♥♥S.Nur♥♥
Ceferini cox istifade edirem.Borsha xususi dad verir.Daha da lezzetli edir.Teshekkurler.
1 noyabr 2014 18:33
Offline
°ღ Zayka •.°ღ
Ceferinin xeyrinin cox oldugunu esitmisem amma iyi xosuma gelmir
27 oktyabr 2014 01:52
Offline
nezrin
Qastrite ziyani yoxdu bilmirsiz men her gun yeyirem amma bilmirem ziyandi yoxsa yox bilen var yazsin
23 aprel 2014 21:47
Offline
Minira Aslanzade
Təşəkkürlər bildiymə görə duza qarşıda istifadə edilir
22 mart 2014 14:20
Offline
mammadova madina
Çoox tesekkurler girl_smi
23 yanvar 2014 03:15
Offline
MELEK
Men heyete toumunu sepmisem gesen bitib,cox xosum gelir,
3 yanvar 2014 22:37
Offline
GUNKA
Men bu goyertini sevmesemde amma faydalarin bilenen sonra sevmeye basladim
3 yanvar 2014 14:47
Offline
Aysun Memmedova
Bezi faydalarini bilirdim,bilmediklerimide oyrendim tesekkur give_ros
27 dekabr 2013 14:57
Offline
Medine11
Tesekkurler maraqli xebere gore.Ceferini xeyirli olmasini bilirdim ama bu qederini yox good
27 dekabr 2013 09:55
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır