Bol meyvə, C vitamini, bitki çayları... Havaların kəskin soyuması əhali, xüsusilə də azyaşlı uşaqlar arasında bir çox infeksion xəstəliklərin artmasına səbəb olur. Bəs qripə yaxalanmamaq və yoluxucu viruslardan qorunmaq üçün nə etməli? Akademik Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun qrip laboratoriyasının müdiri Almaz Əsədova Ailəm.az-a bununla bağlı öz tövsiyələrini verib. O bildirib ki, ilin bu fəslində orqanizm nisbətən zəifləyir və immunitet aşağı düşür. A.Əsədovanın sözlərinə görə, bu dövrdə ilk növbədə uşaq və yaşlıların immunitetini gücləndirmək lazımdır: “İnsanların bu xəstəliklərdən qorunması üçün əsas şərt immunitetin qaldırılmasıdır. İndi meyvə-tərəvəzin və göyərtinin bol vaxtıdır. Onlardan səmərəli istifadə etməklə immuniteti gücləndirmək, vitamin çatışmazlığını aradan qaldırmaq olar. İnsanlar çoxlu miqdarda sitrus meyvələri yeməli, rasionlarında nar, alma, xurma, göyərti, göy soğan, kahıdan bol-bol istifadə etməlidirlər. Bundan başqa tez-tez bitki çayları, moruqlu, itburunlu, ballı isti çaylar və meyvə şərbəti içilməlidir. Bu baxımdan limonlu çay da əvəzsizdir”. Laboratoriya müdiri deyib ki, uşaqlara vaxtaşırı olaraq ev şəraitində hazırlanmış meyvə kompotları içirtmək lazımdır: “Heyva kompotu daha faydalıdır. Bundan başqa immuniteti qaldırmaq üçün apteklərdə satılan meyvəli siroplardan da istifadə etmək olar. Bir də yaxşı olardı ki, evdən bayıra çıxanda xüsusi mazlardan, məsələn “Oksalin” mazından istifadə edilsin. Mazı buruna çəkmək viruslara yoluxmanın qarşısını almağa kömək edir”. Uşaqlarda immunitet daha zəif olduğundan onlar xəstə insanlardan uzaq tutulmalıdır: “Viruslara yoluxmamaq üçün uşaqlarla bağlı sanitar-gigiyenik qaydalara riayət edilməlidir. İctimai nəqliyyatda, metroda olan zaman çalışmaq lazımdır ki, uşaq oradakı əl tutacaqlarından tutmasın. Evə çatan zaman onların əlləri sabunla yuyulmalıdır. Çünki infeksion xəstəliklər mikroblar vasitəsilə yayılır”. Almaz Əsədova analara onu da tövsiyə edib ki, uşaqları küçəyə çıxaran zaman onların geyimlərinə diqqət yetirsinlər: “Hökmən uşağın ağız və burnu şərf vasitəsilə qorunmalıdır. Çünki soyuq hava onların tənəffüs yollarına daxil ola və uşaq xəstələnə bilər. Əgər artıq xəstəlik baş veribsə, uşaqlara bəlğəmgətirici siroplar, tərkibində C vitaminin bol olan qidalar verilməlidir. Xəstəliyin kəskinləşməməsi üçün isə mütləq həkimə müraciət etmək lazımdır”. A.Əsədova onu da qeyd edib ki, hazırda əhali arasında müşahidə edilən xəstəlik qrip deyil, zökəm, soyuqdəymədir: “Soyuqdəyməni qriplə qarışdırmaq olmaz. Burundan selik gəlməsi, baş ağrısı və qripə oxşar digər əlamətlər soyuqdəymədə də müşahidə olunduğundan əhali bu xəstəlikləri qarışdırır. Hazırda Azərbaycanda qrip virusu yoxdur”.
XƏBƏR LENTİ
“Instagram”da yeni fırıldaqçılıq
Yaponlar Lexus-u dəyişdilər
Hava haqqında
Cemli rulet (foto resept)
Həqiqət acı olsa da...
Azərbaycan tarixindən yüz şəxsiyyət-57
Ermənilər Xankəndidən niyə əl çəkmir? - VİDEO
Gözəl gözlərə sahib olan hindistanlılar
Bred Pittlə Anjelina Coli razılığa gəldi-FOTO
Monika Belluçi ETİRAF etdi-FOTO
Soyuducunun necə yarandığını bildirsinizmi?
Həkimlər xəbərdarlıq edir
Coca-Cola-da təhqir çıxdı
Rəngli gəlinlik modelləri
Toy rəqsi
Tartolet (foto-resept)
Gilaslı, limon souslu keks (foto-resept)
Həftənin ilk iş gününün HAVAsı açıqlandı
Sağlam beyin üçün tövsiyələr
Koronavirus peyvəndinə əks göstərişlər açıqlanıb
Hər şey öz əlimizdədir
160-dan çox ölkə bu qidaları QADAĞAN EDİB: alma, çörək, ət...
Kartofun dəriyə faydası
21 yaşlı qız hər kəsi şoka saldı!
Quş qripinə görə monitorinqə start verildi
Gül kələmli pizza (foto resept)
Xalq təbiblərinin bəzi məsləhətləri
Bank kreditləri: bizdə də ABŞ-dakı kimi olsun?
Azərbaycanlılara ailə təhsili lazımdırmı?
Körpəni ana südündən necə ayırmalı?
Vaksin hazırlanana qədər koronavirusa qalib gəlməyin yolu açıqlandı
11-ci sinif şagirdlərinə bəd xəbər
Günün qoroskopu: şəxsi münasibətlərlə işgüzar əlaqələri qarışdırmayın
Britaniya jurnalında səfirimizin məqaləsi dərc edildi
Əvvəlki illərin məzunları üçün imtahandır
Hayde Bruneder: "Azərbaycan gimnastları böyük irəliləyişlərə nail olublar"
Bakı bulvarı ancaq varlılar üçündür?
Məşhur aktyor 1 milyonluq yardım etdi
Uşaqlar kifayət qədər hərəkət etmir
Şəki kəndlərinin içməli su təchizatı yaxşılaşdırılır
Günün qoroskopu:Uğurlu gündür!
Bu müəllimlərin maaşı artırılacaq
Fərqli Audi Q3 TDI S təqdim olundu - FOTO
Ən gözəl bilərzik kombinasiyaları
Bakıya 12 milyon doza gətirildi
Tramp daha iki hind quşunu xilas etdi
Qar uçqunu 216 adamı öldürüb
Qadın.Net-li dostum
Əmgək problemi
Mirvari sırğalar
- ŞƏRHLƏR