Bakıda hava 18°
USD AZN
EUR AZN

Evelina Xromçenkodan stillə bağlı məsləhətlər (2)

Evelina Xromçenkodan stillə bağlı məsləhətlər (2)

 

Evelina Xromçenkodan stillə bağlı məsləhətlərin II hissəsini sizlərə paylaşıram.

1.Palto bədənin cizgilərini göstərməsə də olar.Bu , üst geyimidir, deməli geniş ola bilər. 

2.Dolu budlar üçün dizdən bir qədər aşağı olan ətəklər və donlar daha münasibdir.

3.Dərin kəsikli pencəkdə dekolteni göstərmək üçün qırmızı rəngli top geyinin.

4.Qaderobunuzda həyatınızda baş verə biləcək hadisələr üçün geyim əşyaları olmalıdır-ev, iş, alış-veriş və dəbdəbəli məclislər.

5.Kök qadınlar onların qüsurlarını gizlədən qara rəngli geyimdən istifadə edə bilərlər. Amma bir-iki açıq rəngli element əlavə etməklə məsələn , sinəni vurğulamaq olar.

 

6.Əgər üst geyim olduqca yüngüldürsə , alt geyimi də ona uyğunlaşdırın.

7.Kiçik boylu qadınlara boyun dekoltelərini açmağı, bütün düymələri bağlamamağı tövsiyə edirəm. 

8.İri cüssəli xanımların böyük çanta gəzdirməsinə ehtiyac yoxdur. Bu çantalar onları daha böyük göstərəcək.

9.Darıxdırıcı dəstlərdən və aksessuarların çoxluğundan çəkinin. 

10.Dəbdə olan saç rəngi -eyni bərabərlikdə olan təbii rəngli saçlardı.Saçların müxtəlif rənglərə boyanmasını yaddan çıxarın.

11.Ən yaxşı və zərif gündəlik dəst, çiyinləri dəqiq vurğulayan sadə palto ,karandaş ətək, qayıqvari tuflidir.

12.Bənövşəyi rənglə tünd yaşıl, soyuq çəhrayı, bej, boz, göy  və hətta qırmızı rənglər yaxşı uyğunlaşır.

 

13.Top və bluzlar kifayət qədər qalın olmalıdır.Onlarda dekolte hissə və ya qollar açıq olsa belə parça bədəninizi göstərməməlidir..

14.Əgər bədəninizin aşağı hissəsi iridirsə, bud hissələri qalın olan enli şalvar və karandaş ətək geyinin. 

15.Eyni dəstdə, məsələn ətəkdə  yaxud bluzda bir güllü naxışı dəfələrlə isdifadə etməyin.

16.Klassikaya üstünlük verirsinizsə, ideal ölçülü əşyaları seçin.Klassika mükəmməl olmalıdır. 

17.Yarımşəffaf geyimlər ədəbsiz görünür və bədən quruluşunu çirkin göstərir. Amma əgər yarım şəffaf bluzlardan imtina edə bilmirsinizsə , bədəni bir qədər örtmək üçün onun üstündən qeyri-adi jaket geyinin.

18.Xəz saçlara qarışmamalıdır, bu gülünc görünür.

19.Axşam geyimində ya don , ya da aksessuarlar parıldamalıdır.

20.Ayyaqqabıda yastı altlıq ev xanımlarının və oliqarxların seçimidir. Əgər özünüzü onların heç birinə aid etmirsinizsə, hündürdaban ayaqqabı geyinin.

 

Evelina Xromçenkodan stillə bağlı məsləhətlər (2)

 

 

21.Kök qızlar beli aşağı olan cins şalvarlar geyinməməlidirlər, bu onların  bədənlərini vizual olaraq kiçildəcək.Klassik cinslərə, müxtəlif ətək və donlara üstünlük verin.

22.Əgər yaraşıqlı görünmək istəyitsinizsə, böyük çanta götürməyin.Rəngi və forması sizə uyğun olsa belə.İstənilən ölçüdə klatç yaxud balaca səliqəli çanta daha münasibdir. 

23.Otuz yaşdan sonra bir çox qadınlar gənc qızların üslubuna həvəs göstərmələri acınacaqlı haldır. Sizin qarşınızda açılan yeni üfüqlər gənc qızlar üçün hələ əlçatmazdır. Məsələn, 17 yaşlı qızlardan fərqli olaraq , yetkin qadınlara midi ətəklər çox yaxşı yaraşır.

24.Cins şalvar bədənimizin gözəlliyini nəzərə çarpdırmaq üçün icad olunub. Odur ki, bu materialdan şalvar seçərkən onun sizi qəd-qamətli, ayaqlarınızı isə uzun göstərdiyinə əmin olun.

25.Əgər artıq çəki probleminiz varsa, yadda saxlayın ki hündürdaban ayaqqabı bəzi hallarda bədənin qüsurlarını örtməklə həlledici rol oynayır. 

 

Evelina Xromçenko bu sözləri təkrarlamaqdan yorulmur :

"Dəb al-əlvan lələkıər və qiymətli suni daşlar deyil, ətəyin bədənə yaxşı oturması, şalvarın ayaqları vizual olaraq uzatmasıdır". 

" Dəb -yeni çantanın qadının həyatını dəyişməsidir". 

"Dəb-qadının "qara gün" üçün topladığı pulu ayaqqabıya xərcləməsi və bundan sonra onun həyatında həmin "qara  günün",  baş verməməsidir. Və bu koordinatlar sistemində yeni don ən yaxşı psixoanalitik və antidepressantdır."

Səslərin sayı: 3
36
8522
loading...
Şərhlər
Offline
H.M
Deyerli meslehetler ucun tewekkurler
30 dekabr 2014 02:33
Offline
♥NiLuFeR♥
BEYENDIM,TESEKKURLER
3 yanvar 2014 14:53
Offline
MAYA EL
dəyərli məsləhətlərdi dəb olduğu üçün geyinmirəm mənə nə yaraşırsa onuda geyinirəm
10 aprel 2013 15:40
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
♥ TƏRİŞ .H. ♥
ŞERH YAZAN HƏR BİRİNİZƏ AYRI AYRILIQDA TƏŞƏKKÜR EDIRƏM.

ஜUnique Womanஜ,
Yox canım bu son idi.

Aqata,

Bəzən moda ilədə maraqlanmaq yaxşıdı.Daha sonra sizə yaraşıb yaraşmayacağınıza özumuz qərar veresiniz.
DENIZ GOZLU,
23 mart 2013 17:33
Offline
Flowers
cox sag ol gozel meslehetleri bizimle boluwduyun ucun. give_ros
22 mart 2013 18:28
Offline
ayan qedirli
DUZGUN MESLEHETLER IDI
22 mart 2013 18:15
Offline
ReVuŞ
Endless Love-Gulare ,100faiz eledi biggrin
21 mart 2013 02:24
Offline
♥A.Ravana♥
Çox sağ olun ,hər bir qadın üçün dəyərli məsləhətlərdir.Axrıncı şəkildəki donu çox bəyəndim
20 mart 2013 20:07
imza: "Bir insana başqaları yanında verilən öyüd-nəsihət, öyüd-nəsihət deyil, təhqirdir ..." Hz.Ali
Offline
SWEET GIRL
maraqlidir tesekkurler
20 mart 2013 19:31
Offline
Eliyeva Medis
cox gozeldir girl_ten
20 mart 2013 18:39
Offline
mira-kerim
həm bu qadinin özünü bəyənirəm həmdə məsləhətlərini.. laughing
20 mart 2013 18:37
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
GulenaY
Bes hundurn ince qizlar ne geyinsin?Bu nie yoxdur?Kusdum blum
20 mart 2013 17:29
Offline
DENIZ
mələhətlər üçün çox saqolun
20 mart 2013 16:49
Offline
xanim cabarova
MARAQLIDIR TESEKKURLER.CALISIRAM HEM DEBNE HEM DE MENE YARASANI GEYINEM give_ros
20 mart 2013 16:36
Offline
♥●๑۩۩๑●•٠·DENIZ GOZLU♥●๑۩۩๑●•
Cox gozel meslehetlerdi amma men yaraşani geyinmeye onem verirem teşekkurler
20 mart 2013 15:47
Offline
PƏRVANƏ ƏLİYEVA......
gozel meslehetlerdi..ama menim alemimde mene ne yarashirsa debde odu,,debde olan bir geyim mene yarawmirsa onu geyine bilmerem..sade geyim ve ona uyqun ayaqqabi canta ve saire..cox saqolin. give_ros
20 mart 2013 15:38
Offline
MİRiyeva

Afət
Bu xanımın özündən nəsə heç xoşum gəlmir. Amma stilini bəyənirəm, məsləhətləri də hamının bilməsi vacib olan məsləhətlərdir.

elə məndə o qadından xoşlanmıram nea
düzdü məsləhətləri faydalıdır yes
♥ Təranə ♡ H ♥ təşəkkürlər bacım, ardı gələcəy?
20 mart 2013 15:33
imza:
Нет большего счастья на всем белом свете, чем любящий муж и здоровые дети!»
Offline
Agat_Kris
Dəbə o qədər də fikir vermirəm. Nə yaraşırsa onu da geyirəm. Əsas odur ki sadə olsun.
20 mart 2013 15:32
imza: Pozitiv olun!
Offline
Nəzrin
meslehetler ucun tesekkurler maraqlidi
20 mart 2013 15:32
Offline
♥♥♥AZƏRBAYCAN GÖZƏLİ.♥♥♥
geyimlerni beyendim sade..
20 mart 2013 15:26
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!