Qadin.NET / Evelina Xromçenkodan stillə bağlı məsləhətlər (2)

Evelina Xromçenkodan stillə bağlı məsləhətlər (2)

Evelina Xromçenkodan stillə bağlı məsləhətlər (2)

 

Evelina Xromçenkodan stillə bağlı məsləhətlərin II hissəsini sizlərə paylaşıram.

1.Palto bədənin cizgilərini göstərməsə də olar.Bu , üst geyimidir, deməli geniş ola bilər. 

2.Dolu budlar üçün dizdən bir qədər aşağı olan ətəklər və donlar daha münasibdir.

3.Dərin kəsikli pencəkdə dekolteni göstərmək üçün qırmızı rəngli top geyinin.

4.Qaderobunuzda həyatınızda baş verə biləcək hadisələr üçün geyim əşyaları olmalıdır-ev, iş, alış-veriş və dəbdəbəli məclislər.

5.Kök qadınlar onların qüsurlarını gizlədən qara rəngli geyimdən istifadə edə bilərlər. Amma bir-iki açıq rəngli element əlavə etməklə məsələn , sinəni vurğulamaq olar.

 

6.Əgər üst geyim olduqca yüngüldürsə , alt geyimi də ona uyğunlaşdırın.

7.Kiçik boylu qadınlara boyun dekoltelərini açmağı, bütün düymələri bağlamamağı tövsiyə edirəm. 

8.İri cüssəli xanımların böyük çanta gəzdirməsinə ehtiyac yoxdur. Bu çantalar onları daha böyük göstərəcək.

9.Darıxdırıcı dəstlərdən və aksessuarların çoxluğundan çəkinin. 

10.Dəbdə olan saç rəngi -eyni bərabərlikdə olan təbii rəngli saçlardı.Saçların müxtəlif rənglərə boyanmasını yaddan çıxarın.

11.Ən yaxşı və zərif gündəlik dəst, çiyinləri dəqiq vurğulayan sadə palto ,karandaş ətək, qayıqvari tuflidir.

12.Bənövşəyi rənglə tünd yaşıl, soyuq çəhrayı, bej, boz, göy  və hətta qırmızı rənglər yaxşı uyğunlaşır.

 

13.Top və bluzlar kifayət qədər qalın olmalıdır.Onlarda dekolte hissə və ya qollar açıq olsa belə parça bədəninizi göstərməməlidir..

14.Əgər bədəninizin aşağı hissəsi iridirsə, bud hissələri qalın olan enli şalvar və karandaş ətək geyinin. 

15.Eyni dəstdə, məsələn ətəkdə  yaxud bluzda bir güllü naxışı dəfələrlə isdifadə etməyin.

16.Klassikaya üstünlük verirsinizsə, ideal ölçülü əşyaları seçin.Klassika mükəmməl olmalıdır. 

17.Yarımşəffaf geyimlər ədəbsiz görünür və bədən quruluşunu çirkin göstərir. Amma əgər yarım şəffaf bluzlardan imtina edə bilmirsinizsə , bədəni bir qədər örtmək üçün onun üstündən qeyri-adi jaket geyinin.

18.Xəz saçlara qarışmamalıdır, bu gülünc görünür.

19.Axşam geyimində ya don , ya da aksessuarlar parıldamalıdır.

20.Ayyaqqabıda yastı altlıq ev xanımlarının və oliqarxların seçimidir. Əgər özünüzü onların heç birinə aid etmirsinizsə, hündürdaban ayaqqabı geyinin.

 

Evelina Xromçenkodan stillə bağlı məsləhətlər (2)

 

 

21.Kök qızlar beli aşağı olan cins şalvarlar geyinməməlidirlər, bu onların  bədənlərini vizual olaraq kiçildəcək.Klassik cinslərə, müxtəlif ətək və donlara üstünlük verin.

22.Əgər yaraşıqlı görünmək istəyitsinizsə, böyük çanta götürməyin.Rəngi və forması sizə uyğun olsa belə.İstənilən ölçüdə klatç yaxud balaca səliqəli çanta daha münasibdir. 

23.Otuz yaşdan sonra bir çox qadınlar gənc qızların üslubuna həvəs göstərmələri acınacaqlı haldır. Sizin qarşınızda açılan yeni üfüqlər gənc qızlar üçün hələ əlçatmazdır. Məsələn, 17 yaşlı qızlardan fərqli olaraq , yetkin qadınlara midi ətəklər çox yaxşı yaraşır.

24.Cins şalvar bədənimizin gözəlliyini nəzərə çarpdırmaq üçün icad olunub. Odur ki, bu materialdan şalvar seçərkən onun sizi qəd-qamətli, ayaqlarınızı isə uzun göstərdiyinə əmin olun.

25.Əgər artıq çəki probleminiz varsa, yadda saxlayın ki hündürdaban ayaqqabı bəzi hallarda bədənin qüsurlarını örtməklə həlledici rol oynayır. 

 

Evelina Xromçenko bu sözləri təkrarlamaqdan yorulmur :

"Dəb al-əlvan lələkıər və qiymətli suni daşlar deyil, ətəyin bədənə yaxşı oturması, şalvarın ayaqları vizual olaraq uzatmasıdır". 

" Dəb -yeni çantanın qadının həyatını dəyişməsidir". 

"Dəb-qadının "qara gün" üçün topladığı pulu ayaqqabıya xərcləməsi və bundan sonra onun həyatında həmin "qara  günün",  baş verməməsidir. Və bu koordinatlar sistemində yeni don ən yaxşı psixoanalitik və antidepressantdır."

20 mart 2013
GO BACK