Bir qadın qapıdan çölə çıxdığı zaman ağ saqqallı üç qocanın öz evinin qarşısında oturduqlarını görür.
-Mən sizi heç tanımıram, - deyir. - Amma aç və susuz olmalısınız. Xahiş edirəm içəri gəlin, sizə yeməyə bir şey verim.
- Evin kişisi içəridədirmi? - deyə qocalar soruşdular.
- Xeyr, evin həyətindədir - qadın cavab verir.
- O evdə olmadığı müddətdə bizim bu evə girməyimiz mümkün deyil - deyə ağsaqqallar cavab verir.
Axşam əri evə qayıtdığı zaman qadın olanları ona danışır.
- Yaxşı, onlara söylə ki, mən artıq evdəyəm, gələ bilərlər.
Qadın çölə çıxıb kişiləri içəri dəvət edir.
Amma bu dəfə də:
- Hamımız eyni anda içəri girmərik - deyə yaşlı adamlar bildirirlər.
Qadın soruşur:
- Niyə girə bilməzsiniz?
Qocalardan biri açıqlayır:
- Yoldaşımın birinin adı Zənginlik, digəri Müvəffəqiyyətdir, mən isə Sevgiyəm.
Sonra isə əlavə edir:
- İndi içəri gir və ərinlə danış. Hansımızı evinizdə istəyərsiniz?
Qadın içəri girib deyilənləri ərinə izah edir. Əri eşitdiklərinə sevinərək:
- Nə gözəl, - deyir. - Madəm elədir, Zənginliyi içəri çağıraq. Qoy evimizi zənginliklə doldursun.
Arvadı etiraz edir:
- Canım, nə üçün Müvəffəqiyyəti çağırmırıq?
Bu anda evin digər küncündə olan gəlinləri onların danışdıqlarını eşidir. Qaçıb gələrək öz fikirini söyləyir:
-Sevgini çağırsaq daha yaxşı olmazmı? Evimiz sevgiylə dolar!
Gəlininin təklifini bəyənən kişi arvadına deyir:
- Çölə çıx və bizim qonağımız olması üçün Sevgini dəvət et.
Qadın çölə çıxır və yaşlı adamlardan soruşur:
- Hansınız Sevgi idi? Xahiş edirəm, içəri gəl və qonağımız ol.
Sevgi ayağa qalxır və evə doğru getməyə başlayır. Lakin digər iki yaşlı adam da onun dalınca gedir.
Qadın çaşqın halda Zənginlik və Müvəffəqiyyətdən soruşur:
- Mən yalnız Sevgini dəvət etdim, siz niyə gəlirsiniz?
Zənginlik və Müvəffəqiyyət bir ağızdan cavab verirlər:
- Əgər Zənginlik, ya da Müvəffəqiyyəti dəvət etsəydin, digər ikisi çöldə qalardı. Amma sən Sevgini dəvət etdin .O hara gedərsə, biz də ardınca oraya gedərik. Çünki harada Sevgi varsa, orada Müvəffəqiyyət və Zənginlik də vardır!..
Allah evlərimizi daima sevgi dolu etsin və bizləri öz sevgisinə layiq olanlardan etsin İnşAllah. Amin...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hava haqqında
Öskürəyə qarşı ballı qəhvə
Ədviyyatlar xərçəng yarada bilər
"Mançini "Yuventus"a öz gücünü göstərmək istəyəcək"
Magistraturaya qəbul qaydaları sadələşdirilib
Azərbaycana yaz gəldi
JLo Baham adalarında istirahət edir-FOTO
Müəllim yıxıldı, utandı və arıqladı - FOTO
Zod qızıl yatağı qarşısındakı qapı Azərbaycan bayrağının rənglərinə boyandı - VİDEO
Dəbli və zövqlü koftalar
Niyə evliliklərin çoxu ayrılıqla nəticələnir?
İnamı qalmayanlar üçün
Ayaqqabı modelləri
Azərbaycanda sərf edilən internet-trafikin həcmi rekord göstəriciyə çatdı
Azərbaycanlı futbolçu dünyanı şoka saldı-video
Güclü və sağlam dırnaqlara necə sahib olmalı?
Özcan Denizin keçmiş xanımından Gözlənilməz FOTO
Zəncəfilin faydası haqqında
Qidalarımıza həşərat öldürən maddə qatılır? - RƏSMİ CAVAB
BÜRCLƏR bizə nə vəd edir? -7 İyun
Monika Belluçi qala gecəsinə qatılıb-FOTO
Xınalıq sakininin unikal ev muzeyi
Rəsmi Bakıdan Pakistana TƏBRİK
Evinizin havasını bir anda dəyişəcək dekorasiya məsləhəti
Sabah hava necə olacaq?
Heyva şirniyyatı (foto resept)
Ermənistan İsrailin Azərbaycana silah satışını dayandırmasını tələb edib
Qızılgüllərdən gözəl kompazisiya
Saç boyamadan əvvəl...
Erməni deputat: "Azərbaycan ordusu əsas qüvvələrini döyüşə atmamışdı"
Azərbaycana 1972-ci ilin sərt qışı gəlir?
Yaponiya Şəmkirin 3 kəndini içməli su ilə təmin edəcək
Bakıda daha bir hind toyu-FOTO
20 il eyni rəqəmlərlə lotereya oynayan qadın cek-pot uddu
Azərbaycanda vergi ödəyicilərinə XƏBƏRDARLIQ
Bu il bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
Məsafədən işləməyin müsabət və mənfi tərəfləri(2)
Roma küçələrinə vəhşi heyvanlar gəlməyə başladı
Sünnət
Nazirlik: "Xəzərdən götürülmüş su içməli su kimi istifadə edilir"
Günün ulduz falı
Bakıda yeni avtomobil yolu və piyada keçidləri tikilir
Qəbələyə qar yağdı-5sm
Yeni müharibə xəbərdarlığı
Soyuq havalarda uşaqları necə geyindirməli?
Britni Spirsin evi yandı
Niyə müharibə edirik?
2012-ci ilin qol saatları
Nazirlik ağacların qanunsuz kəsilməsinə qarşı nə edir?
Levənt Yüksəl evləndi - FOTO
- ŞƏRHLƏR