Bakıda hava +22°
USD 0.7844 AZN
EUR 1.0159 AZN
17:15Dəniz84 KİMİ görürəm, Tutu xoş gəldin. 16:26tutu abbaszade salam gozel bacilarim. 14:25Zayka sohbet otagina gelində qizlar 10:04Fatma xanım AMİN Dəniz xanım 09:57Dəniz84 Günaydın Fatma xanım, Hər kəsin günü şən və uğurlu olsun. 09:47Fatma xanım günaydın hamıya 09:29 ♥♥S.N.♥♥ Sabahin xeyir.Seninle bahem,Aysun bacim.:) 09:09AYSUN MEMMEDOVA sabahiniz xeyrli uqurlu acilsin eziz qadin netin xanimlari
27842

Yataqda utancaq qadın

 

Etiraf edin ki, siz xronik bir "utancaq" sınız! Tərəf müqabilinizə seksual sözlər söyləmək bir tərəfə, sevgilinizin yataqda istəmədiyiniz şeyləri etməsinə belə etiraz edə bilmirsiniz. "Belə gəlmiş, belə getməz" deyirsinizsə, o zaman addım-addım utancaqlıqdan xilas olmağın yolları Qadın.net-də sizlər üçün! ...

Qoruyucudan istifadə eləməyini söyləməyə utanırsınız ... 

Ona qoruyucudan istifadə etməsi lazım olduğunu söyləmək üçün ən uyğun zaman hansıdır? Evdən içəri girər girməz? Sevişməzdən əvvəl? Ya da tam cinsi əlaqə başlandığı anda? Utancaq bir qadın üçün bu problemin cavabı hər zaman "heç bir zaman" olacaq.

Çünki o hələ büshalterinizi açmaqla məşğul olarkən, siz tumbanın gözündən bir qoruyucu çıxardığınızda, pis bir reaksiyayla qarşılaşmaqdan qorxursunuz. Amma unutmayın ki, cinsi yolla yoluxan xəstəliklərə tutulmaq və ya hamilə qalmaq istəmirsinizsə, "qoruyucudann istifadə et" deməkdən başqa çarə yoxdur.

Utancaq bir aşiq olsanız belə, o sizi öpüb oxşayarkən prezervativi paketindən çıxarmaq sizə düşür. Əgər etiraz edəcək olsa, utancaqlığı bir kənara qoyub bu mövzuda ciddi olduğunuzu bildirin. Hətta "qoruyucu yoxsa seks də yox" kimi bir cümlə qurun.

Yataqda nə istədiyinizi söyləmək ...

Utancaq bir qadın olaraq yataqda nə istədiyinizi söyləməyə diliniz gəlmirsə, sadə bir açar kimi  hər zaman istifadə olunan cümləmiz var sizin üçün: "danışma, göstər!"

Ona: "Məni möhkəmcə qucaqla, sonra da əlini bura qoy" demək yerinə möhkəmcə qucaqlayın və əlini oxşayaraq hara qoymasını istəyirsinizsə, ora sıxın. Yataqda cütlüklər hərəkətlərini  qarşısındakına  görə nizamlayır. Yəni siz cəld olsanız, qarşınızdakı da  sürətlənəcək. Siz yavaşlarsanız o da yavaşlayacaq!

Yataqda nə istəmədiyinizi söyləmək ...

Yataqda tərəf müqabilinin etdiklərindən razı qalmadığını ifadə edən qadınların sayı olduqca azdır. Halbuki bu fikirləşdiyinizdən də  asandır. "Ora toxunmağını istəmirəm" deyərək əlaqəni bərbad etmənizə ehtiyac yoxdur. Bilirsiniz ki, onun istəyi də sizi məmnun etməkdir. Bu vəziyyətdə yenə "göstərməniz" kafi olacaq. Ya da qulağına yüngülcə "Sevgilim bir az daha yavaş ol" deyə pıçıldaya bilərsiniz ...

  

Aybaşı olduğunu söyləmək ...

Yenə ayın o məlum günləri ... Öpüşməyə başlayırsınız, bir müddət sonra əli şalvarınızdan içəri sürüşür. Siz əlinizi sürətlə onun əlinin üzərinə qoyub dayandırırsınız. Çünki sevişəcək vəziyyətdə deyilsiniz.

Aybaşı zamanı sevişmək fərdi bir seçimdir. Bəzi qadınlar sevişir, bəzi qadınlar sevişmir. Əgər sevişmək istəmirsinizsə, bunu sevişmə nöqtəsinə gəlmədən söyləyin. Bunu söyləməyə utanırsınızsa, tualetdə onun görə biləcəyi bir  gündəlik bez qoyun ... Başqa edəcək bir şey yoxdur!

 


Redaktə etdi: webmaster - 13 yanvar 2011

Səslərin sayı: 90
126
24786
Şərhlər
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Qadin.TV
Son yazılar
Son şərhlər
Ən çox oxunulanlar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )