Kompaslar Yerin maqnit sahəsindən istifadə edərək istiqaməti göstərirlər. Bu xüsusiyyətlərinə görə də hava və dəniz səyahətlərində həyati əhəmiyyət daşıyırlar. Ən son aparılan tədqiqatlar isə bununla bağlı təəccüblü bəzi həqiqətləri üzə çıxarmışdır. Kompasın icadı və insanlar tərəfindən istifadəsi müəyyən bilik və elm nəticəsində ortaya çıxmışdır. Bununla belə bəzi canlı növləri uzun səyahətlərdə “öz kompaslarından” istifadə edirlər.
Təbiətdəki bir çox canlı növü yuvalarının, ovlarının və köç etdikləri bölgələrin yerlərini heç çətinlik çəkmədən tapa bilir. Bu canlılar heç bilikləri yok ikən və bununla bağlı heç nə öyrənmədiklərinə baxmayaraq bunu bacarırlar.
Əlbəttə, bu canlıların bədənlərində istiqamət və məsafə təyin etmələrini təmin edən dedektorlar, GPS sistemləri və ya kompaslar yoxdur. Hamısında ətdən, sümükdən və sinirlərdən ibarət orqanlar var. Biraz sonra verəcəyimiz misallardan açıq şəkildə göründüyü kimi canlılardakı bu üstün sistemlər bizlərə onların dizayn edilmiş yaradılış möcüzəsi olduğunu sübut edir.
Maqnetik xəritədən istifadə edən kərtənkələlər
Tədqiqat nəticələrinə əsasən, yaşadığı yerdən uzaqlaşdırılan bir kərtənkələ evinə qayıtmaq üçün maqnetik xəritədən istifadə edir. Dünyanın maqnit sahəsindəki sıxlıq və kiçik fərqləri hiss etməsi kərtənkələnin kompasdan belə daha yaxşı istiqamət müəyyən edən olduğunu sübut edir. Əvvəllər quşlar və meyvə milçəklərinin daxili maqnetik kompasa malik olduğu məlum idi. Ancaq İndiana Universitetindən Prof. Dr. Filips kərtənkələnin xəritələmə qabiliyyətinin digər növlərdən fərqli olduğunu üzə çıxardı. Məsələn, qırmızı çilli şərq kərtənkələsi (Notophthalmus viridescens) olduğu ərazidə əldə etdiyi xəritə məlumatı ilə bənzəri olmayan hissi fəaliyyət göstərir. Hər keçdiyi yerdə bu xəritə böyüyür. Maqnetik altıncı hissin ardındakı bu mexanizm tədqiqatçıları maraqlandırır. Maqnit sahəsi kimyəvi reaksiyaları hərəkətə gətirə bilir və bu bəzi növlərdə müəyyən edilən biokimyəvi kompasın əsasını təşkil edir. Bu fəaliyyət görmə sistemilə də birbaşa əlaqədardır. Elm adamları bu heyvanların maqnit sahəsini gördüyünü düşünürlər. 1
Şübhəsiz, kərtənkələnin yolunu azıb daha sonra yolu tapmaq üçün maqnetik hesablamalar aparmalı olduğunu düşünməsi mümkün deyil. Uca Allah kərtənkələyə istiqamətini asanlıqla tapması üçün maqnetik xəritə vermiş və onu necə istifadə etməli olduğunu da ilham etmişdir.
Tısbağalar və maqnit sahəsi xəritələri
Dünyanın müxtəlif yerlərində torpaqdakı maqnetik elementlərin sıxlığı və bu sıxlığın yaratdığı dünya səthi ilə kəsişən cəhətlər fərqlənir. Əgər bir canlı bu dəyişiklikləri hiss edirsə, bu o deməkdir ki, o xəritə üzərindəki meridian və paralelləri də tapa bilər. Maqnit sahəsini müəyyən etmə xüsusilə cavan “Loggerhead tısbağaları” (Caretta Caretta) üçün çox böyük əhəmiyyət kəsb edir. Bu tısbağalar ancaq Sarqossa dənizini əhatə edən dairəvi sistem olan Şimali Atlantika tropikində yaşaya bilirlər. Şimali Karolina universitetindən Kennet və Ketrin Louman adlı tədqiqatçılar keçirdikləri təcrübə ilə tısbağaların bu tropikdə qalmaq üçün öz maqnetik ölçülərindən istifadə etdiklərini üzə çıxarmışlar.
Tədqiqatçılar xüsusilə tısbağaları kompyuter nəzarəti altında maqnit sahəsi ehtiva edən çənin içinə qoyublar. Sahənin maqnetik dərəcəsi tropikin sərhədindəkilə eyni olduqda tısbağalar tropikin içinə doğru üzməyə başlamışlar.
Fərqli tədqiqatlarda çənin içindəki maqnit sahəsinin gücü də dəyişdirilmişdir. Sahənin gücü tropikin sərhədi ilə eyni olduqda tısbağalar tropikin içi zənn etdikləri bölgəyə doğru üzmüşlər və təhlükəli sərhəddən uzaqlaşmışlar.
Nəticədə, tısbağalar üzərində aparılan bu təcrübə bizə bəzi canlıların maqnit sahəsi xəritələrini müəyyən edə bildiyini və canlıların malik olduqları bu qeyri-adi hiss mexanizmlərinin tam mənada bir dizayn möcüzəsi olduğunu sübut edir. Şübhəsiz, tısbağalardakı bu mürəkkəb quruluşun təkamülçülərin iddia etdikləri kimi təsadüfən əmələ gəldiyini söyləməyin gəmilərdəki maqnetik kompasların dalğaların təsadüfən gəmiylə toqquşduğu ilə əmələ gəldiyini iddia etməkdən fərqi yoxdur. Heç bir təsadüfün bu qədər mürəkkəb mexanizmləri əmələ gətirməsi mümkün deyil.
Kazımov İzhar
XƏBƏR LENTİ
Xəstəliyə qarşı mürəbbələr (1)
Bəhram Bağırzadədən daha bir FOTO
Fahriye oğluna lay-lay oxudu - VİDEO
Azərbaycanda 50 yaşdan sonra ana olanların sayı artır
İntim gellə qaşınmaya son
Dilan Çiçeyin arıqlamasının səbəbi bəlli oldu-FOTO
Cavanlığın sirri ondadır
Ucadan kitab oxumaq yaddaşı möhkəmlədir
Ev işləri kalori yandırmağa kömək edirmi?
Psixi sağlamlıq üçün 8 qayda
Lady Gaga Olimpiya Stadionunda!
Tibbi hədislər
“ASAN” dünya mükafatı aldı
Bananlı desert (foto resept)
"Gucci"-nin tarixi(1)
Tac Mahalda namaz qılmaq qadağan edildi
Əli Əsədovdən peşə təhsili ilə bağlı VACİB QƏRAR
Sabahın hava proqnozu
Şəkildə ilk gördüyünüz detal zehin yaşınızı göstərir
Əroğanın qızının toyundan FOTOlar
“Azəriqaz”dan LİMİT AÇIQLAMASI
Dünyada ən minimalist telefon təqdim olundu
Ronaldo kilsəyə tez-tez getməsinin səbəbini dedi
8 saat yatmaq vacibdirmi?
Ermənistanın Rusiyadan asılılığı artdı
Bakı bulvarında bayram sürprizi
Agentlik oturacaq yerlərindən istifadəyə qadağa qoydu
Düşməndən daha bir təxribat: Xocavənd istiqamətinə fosfor tərkibli yük gətiriblər - RƏSMİ
Özümüz də bacararıq!
Ərik mürəbbəsi
Güləşçimiz ikiqat dünya çempionu oldu
Dəbli xanımlar üçün gündəlik geyimlər
Rayonlara qar yağacaq
Baş Nazir tədris ili ilə bağlı qərar imzaladı
Azərbaycanda camaata qida əvəzinə zəhər satırdılar
Mehmet Ali Erbilən xəbər var
Saakaşvili azərbaycanlı məmura: "Mənim vaxtımda sənin kimilər həbsdə otururdu"
Dünyanın ən qəribə, bahalı, maraqlı universitetləri
Tarkandan "Atalar günü"nə özəl paylaşım-FOTO
Burak Özçivit şəxsi həyatından danışdı: "Evlilik təklif edəndə..."
Sağlam dişlərə sahib olmaq üçün nə etməli?
Emin övladları ilə FOTOsunu paylaşdı
Ukrayna prezidentindən çağırış
Tolga xanımına 50 minlik hədiyyə bağışladı-FOTO
Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - RƏSMİ
Özün tap
Əliyev-Sarkisyan görüşünün vaxtı bilindi
Qorxunc silahlar İŞİD-in əlində
Ancelina Coli hər kəsi heyrətləndirdi-FOTO
Bakıda küçə ticarəti, qəzet və jurnalların səyyar satışı qadağan olundu
- ŞƏRHLƏR