Oyun uşaqları tanımaq üçün ən yaxşı vasitələrdən biridir. Çünki onlar oynadıqları oyunlarda öz fikir, duyğu və düşüncələrini, ətrafdakı insanlara qarşı münasibətlərini, eyni zamanda baş verən hadisələri necə anladıqlarını büruzə verirlər. Həm dil, həm də hərəkətləri ilə nümayiş etdirdikləri davranışları onların əsl simalarının üzə çıxmasına xidmət edir. Doğrudur, uşaqlar bütün davranışlarında özlərini ifadə etmirlər. Yəni bir çox hallarda onlar kimləri isə təqlid edirlər. Ancaq bu təqlidçiliyə uşaqların duyğu və düşüncələrinin də əlavə olunduğu əsla unudulmamalıdır. Əslində uşaqların belə təqlidi davranışları onların "şəxsiyyətlərinin" üzə çıxmasına kömək edir. Uşaq oyun zamanı sözləri, reaksiyaları, səs tonu, mimikaları ilə duyğularını canlandırır. Yəni oyun bir növ uşaqların dilidir: o, oyunlarla danışır, özünü ifadə edir. Məsələn, uşaq anasının hər hansı bir davranışından əsəbləşmişdirsə, ondan qisas almaq istəyirsə, oyunda özü ata rolunu oynayacaq və ana rolunu oynayan uşaqdan acıq çıxmaq istəyəcək. Və ya qardaşına qısqanclıq edən uşaq əlindəki gəlinciyi qardaşına bənzədərək ona əziyyət verəcək.
Başqa bir məqam isə uşaqların ailə daxilində baş verən hadisələri təqlid etmələri ilə bağlıdır. Nümunə üçün qeyd edək ki, əgər uşaq oyunda tez-tez əmr cümlələrindən istifadə edisə, valideynlər öz davranışlarına bir daha nəzər yetirməlidirlər. Digər tərəfdən uşağın oyun daxilində oynamaq istədiyi rol onun arzu və xarakteristik xüsusiyyətlərindən xəbər verir. Məsələn, körpə rolunu oynamaq istəyən uşağın xüsusi diqqətə ehtiyacı olduğu başa düşülə bilər. Bu, həm də həmin uşağın qardaşını qısqandığını göstərə bilər. Oyunlarda uşaqların daim "ata", "müdir", "komandir" rolları oynamaq istəməsi onlarda liderlik qabiliyyətlərinin inkişaf etdiyinə işarədir.
Əgər bir uşaq oyunu özü təşkil edirsə və oyunun süjet xəttini qurursa, bu, onda təşkilatçılıq qabiliyyətinin olduğunu göstərir. Bütün bunları nəzərə alaraq, valideynlər uşaqlarının oyunlarını diqqətlə təhlil etməli və əldə etdiyi nəticələrə uyğun olaraq onlarla davranmalıdırlar.
XƏBƏR LENTİ
BMW yeni sedan buraxacaq
Duman açıqlaması
Əliyevlə Ərdoğan görüşəcək
Türkiyənin Milli Müdafiə naziri: “Azərbaycanda özümüzü həqiqətən vətənimizdə hiss edirik”
Kılıçdaroğlu Ərdoğanla razılaşdı - Türkiyədə tarixi hadisə
Yeniyetmələrin 71 faizi Facebookdan istifadə edir
Faydalı məsləhətlər
Buraxılış imtahanlarının nəticələri açıqlandı
Zəngilanın düşmənin darmadağın etdiyi daha bir kəndi... - VİDEO
Sıla ilk dəfə AÇIQLAMA verdi
Uşaq ensiklopediyası (6)
Xolesterinin yüksək olduğu göstərən hallar
Bu ölkədə internetə 2 milyon adam nəzarət edir
8 Mart tortu (foto resept)
Qocalmanı ləngidən və sürətləndirən qidalar
Bu şəxslər sizi koronavirusa YOLUXDURA BİLƏR
Saç qaynağı etdirməyin zərərlərini bilirsinizmi?
Benzinin qiyməti ilə bağlı rəsmi açıqlama
Kişinin yoldaşından gözlədikləri
Duzlu kələmlə dadlı şorba (foto-resept)
Yağış yağacaq, şimşək çaxacaq
Günün qoroskopu: ciddi sarsıntı gözlənilmir
Kral ailəsində qalmaqal böyüyür-SƏBƏB
Bürclər Emelenin qələmindən
Bu şəkillər dünyanı heyrətə salıb
Meyvələrin bəhsi
Çin istehsalı olan vaza rekord qiymətə satıldı
“Qara qızıl”ın qiyməti düşdü
Qatığın möhtəşəm faydaları
Zəncəfilin faydaları
Nazim Hikmətin şeirindən ilhamlanan kolleksiya
Soyuq havalarda gözləri necə qorumalı?
Azərbaycanda yollar sukeçirməyən örtüklə döşənə bilər
Qazaxıstanlı alimlər Azərbaycanda tədqiqat aparacaqlar
Uzun sürən həsrətin vüsalı: Şuşanın yeni görüntüləri - VİDEO
101 yaşlı kişi koronavirusa qalib gəldi – İtaliya möcüzəsi
Pensiya və maaşlar artacaq
Yataqda utancaq qadın
Putindən Qarabağla bağlı AÇIQLAMA
Varikozun müalicəsi
40 min tələbəyə ŞAD XƏBƏR: İyunun 10-dək... - VİDEO
Azərbaycanda daha 28 nəfər koronavirusdan öldü: 2735 yeni yoluxma
Bürcünüzə görə hansı fəaliyyətlə məşğul olmalısınız?
Baxışlar və gözlər
Artıq işçilər qalstuksuz işə gəlir-FOTO
Payızda ikinci dalğa gələcək, amma..-Açıqlama
Uruqvay prezidenti rəsmi tədbirə ayaqyalın gəldi
HAVA necə olacaq?
Magistratura və rezidenturaya qəbul imtahanlarının I mərhələsi keçirilir
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunur
- ŞƏRHLƏR