Oyun uşaqları tanımaq üçün ən yaxşı vasitələrdən biridir. Çünki onlar oynadıqları oyunlarda öz fikir, duyğu və düşüncələrini, ətrafdakı insanlara qarşı münasibətlərini, eyni zamanda baş verən hadisələri necə anladıqlarını büruzə verirlər. Həm dil, həm də hərəkətləri ilə nümayiş etdirdikləri davranışları onların əsl simalarının üzə çıxmasına xidmət edir. Doğrudur, uşaqlar bütün davranışlarında özlərini ifadə etmirlər. Yəni bir çox hallarda onlar kimləri isə təqlid edirlər. Ancaq bu təqlidçiliyə uşaqların duyğu və düşüncələrinin də əlavə olunduğu əsla unudulmamalıdır. Əslində uşaqların belə təqlidi davranışları onların "şəxsiyyətlərinin" üzə çıxmasına kömək edir. Uşaq oyun zamanı sözləri, reaksiyaları, səs tonu, mimikaları ilə duyğularını canlandırır. Yəni oyun bir növ uşaqların dilidir: o, oyunlarla danışır, özünü ifadə edir. Məsələn, uşaq anasının hər hansı bir davranışından əsəbləşmişdirsə, ondan qisas almaq istəyirsə, oyunda özü ata rolunu oynayacaq və ana rolunu oynayan uşaqdan acıq çıxmaq istəyəcək. Və ya qardaşına qısqanclıq edən uşaq əlindəki gəlinciyi qardaşına bənzədərək ona əziyyət verəcək.
Başqa bir məqam isə uşaqların ailə daxilində baş verən hadisələri təqlid etmələri ilə bağlıdır. Nümunə üçün qeyd edək ki, əgər uşaq oyunda tez-tez əmr cümlələrindən istifadə edisə, valideynlər öz davranışlarına bir daha nəzər yetirməlidirlər. Digər tərəfdən uşağın oyun daxilində oynamaq istədiyi rol onun arzu və xarakteristik xüsusiyyətlərindən xəbər verir. Məsələn, körpə rolunu oynamaq istəyən uşağın xüsusi diqqətə ehtiyacı olduğu başa düşülə bilər. Bu, həm də həmin uşağın qardaşını qısqandığını göstərə bilər. Oyunlarda uşaqların daim "ata", "müdir", "komandir" rolları oynamaq istəməsi onlarda liderlik qabiliyyətlərinin inkişaf etdiyinə işarədir.
Əgər bir uşaq oyunu özü təşkil edirsə və oyunun süjet xəttini qurursa, bu, onda təşkilatçılıq qabiliyyətinin olduğunu göstərir. Bütün bunları nəzərə alaraq, valideynlər uşaqlarının oyunlarını diqqətlə təhlil etməli və əldə etdiyi nəticələrə uyğun olaraq onlarla davranmalıdırlar.
XƏBƏR LENTİ
Portağallı islak keks (video-resept)
Uzunburunlu ayaqqabılarınızla vidalaşın
Ərdoğan Nazirlər Kabinetini topladı: Azərbaycanla bağlı müzakirələr - VİDEO
Yaralı hərbçimiz həkimlərin səyinə baxmayaraq, həlak oldu - RƏSMİ
Xoşbəxt olmağın 7 sirri
Meyvələrin gülməli şəkilləri
Səbirli ana?Bu mümkündür!
Bakıda cənub küləyi əsəcək
Rusiya sülhməramlılarından ibarət daha bir karvan Qarabağa gəldi - VİDEO
Məşhur müğənnin səhnə geyimi müzakirə olunur - FOTO
BÜRCLƏR bizə nə vəd edir?- 9 fevral
"Hercai"nin Reyyanı sirrini açıqladı-FOTO
Plastik arakəsmə sevgilərinə mane ola bilmədi - FOTO
DJ sevgilisi Şeyma Subaşıya xəyanət etdi
Sosyopat və psixopat arasındakı fərqlər nədir?
Şərf modelləri
Moruqlu piroq (foto resept)
Geyimlərin tarixi haqqında (1)
Özümüz olmadıq...
Uşaqlara çeynəməyi necə öyrədək?
İngiltərə Premyer Liqası: "Everton" avtoqolla sevindi
Zövqlü çanta modelləri
2018-in yay aksesuarları
Bu gün milli mətbuatın 143-cü ildönümüdür
Koronavirusun yayılmasının qarşısını alan ƏN EFFEKTLİ ÜSUL açıqlandı
Bu xanım 10 ildir eynidir - FOTO
Ət kətəsi (foto-resept )
Paşinyan Ermənistanın sərhədlərini Rusiya sərhədçilərinin qoruduğunu etiraf etdi
Galaxy S5-in əsl dəyəri nə qədərdir?
17 yaşlı azərbaycanlının heyrətamiz uğuru – ABŞ-da 6 UNİVERSİTET!
Məryəm Üzerli 2 milyonluq müqavilə imzaladı
Azərbaycanda dollar bahalaşdı
Ahıllar Günü Şəkidə qeyd olunub
Hörüklü saç modelləri
Azərbaycanda magistral yollarda son vəziyyət necədir?
La Franchais-Dərs 16
Ermənilərin Azərbaycana yeni torpaq iddiası
ABŞ Azərbaycanı azad və ədalətli seçkilərin keçirilməsinə çağırıb
“Fənərbağça”nın futbolçusunda koronavirus aşkarlandı
Təhsilimizdə böyük dəyişiklik
HAVA necə olacaq? 25 Mart
Aclıq hissini öldürməklə arıqlamağın yolları
Bu il fərqlənmə attestatı ilə bitirən şagirdlərin sayı açıqlandı
Cemli peçenye (foto resept)
Alimlər: Koronavirus şizofreniyaya yol aça bilir
15 yaşlı Azər Rusiyanı heyrətləndirdi
Sərnişin avtobusunda İlan təlaşı-FOTO
NeSpoonun küçə sənəti
Tükçıxarmanın yeni metodu
Nazir: Bu şəxslərin də ödəniş üçün müraciət hüququ var
- ŞƏRHLƏR