Oyun uşaqları tanımaq üçün ən yaxşı vasitələrdən biridir. Çünki onlar oynadıqları oyunlarda öz fikir, duyğu və düşüncələrini, ətrafdakı insanlara qarşı münasibətlərini, eyni zamanda baş verən hadisələri necə anladıqlarını büruzə verirlər. Həm dil, həm də hərəkətləri ilə nümayiş etdirdikləri davranışları onların əsl simalarının üzə çıxmasına xidmət edir. Doğrudur, uşaqlar bütün davranışlarında özlərini ifadə etmirlər. Yəni bir çox hallarda onlar kimləri isə təqlid edirlər. Ancaq bu təqlidçiliyə uşaqların duyğu və düşüncələrinin də əlavə olunduğu əsla unudulmamalıdır. Əslində uşaqların belə təqlidi davranışları onların "şəxsiyyətlərinin" üzə çıxmasına kömək edir. Uşaq oyun zamanı sözləri, reaksiyaları, səs tonu, mimikaları ilə duyğularını canlandırır. Yəni oyun bir növ uşaqların dilidir: o, oyunlarla danışır, özünü ifadə edir. Məsələn, uşaq anasının hər hansı bir davranışından əsəbləşmişdirsə, ondan qisas almaq istəyirsə, oyunda özü ata rolunu oynayacaq və ana rolunu oynayan uşaqdan acıq çıxmaq istəyəcək. Və ya qardaşına qısqanclıq edən uşaq əlindəki gəlinciyi qardaşına bənzədərək ona əziyyət verəcək.
Başqa bir məqam isə uşaqların ailə daxilində baş verən hadisələri təqlid etmələri ilə bağlıdır. Nümunə üçün qeyd edək ki, əgər uşaq oyunda tez-tez əmr cümlələrindən istifadə edisə, valideynlər öz davranışlarına bir daha nəzər yetirməlidirlər. Digər tərəfdən uşağın oyun daxilində oynamaq istədiyi rol onun arzu və xarakteristik xüsusiyyətlərindən xəbər verir. Məsələn, körpə rolunu oynamaq istəyən uşağın xüsusi diqqətə ehtiyacı olduğu başa düşülə bilər. Bu, həm də həmin uşağın qardaşını qısqandığını göstərə bilər. Oyunlarda uşaqların daim "ata", "müdir", "komandir" rolları oynamaq istəməsi onlarda liderlik qabiliyyətlərinin inkişaf etdiyinə işarədir.
Əgər bir uşaq oyunu özü təşkil edirsə və oyunun süjet xəttini qurursa, bu, onda təşkilatçılıq qabiliyyətinin olduğunu göstərir. Bütün bunları nəzərə alaraq, valideynlər uşaqlarının oyunlarını diqqətlə təhlil etməli və əldə etdiyi nəticələrə uyğun olaraq onlarla davranmalıdırlar.
XƏBƏR LENTİ
Torpaqların qanunsuz istifadəsinə qarşı monitorinqlər intensivləşib
Bakıda bu zəng kimin üçün çalınır?
Bakıda bu ərazilərdə pulsuz Wi-Fi-dan istifadə edə bilərsiniz
Qadın öz yas mərasiminə qatıldı
Belə videoların toylarda nümayişi düzgündürmü?
Tarixçi erməniləri ifşa etdi
Ürəyə faydası olan ərzaqlar
Kösəm sultan
Qeyri-adi içki reseptləri
Əfsanəvi avtomobil satıldı
Riyazi məntiq (10)
Güldürən heyvanlar
Azərbaycanın bəzi ərazilərində yağış yağacaq
"Messi ilə müqavilə imzalayardıq, ancaq PSJ-də, onsuz da, yaxşı futbolçular var"
Günün ulduz falı
Hamiləliyin ağır fəsadını əvvəlcədən bilmək olar
Gülşənin 2,5 milyon dollarlıq möhtəşəm evindən görüntülər - FOTO
Çox yeyildikdə öldürən qidalar
Fərqli köynək düymələri
Van Qoq əslində elm sahəsində də bir dahi idimi?
Məktəb bufetlərində bu ərzaqların satışı qadağan olundu - SİYAHI
Qarğıdalı salatı (foto-resept)
Moskva və Bakı yeni yola çıxır
Xoşbəxt olmaq üçün düyü yeyin!
2 sualla 17 min cütlüyü ayırdı
Quranda işlənən adlar
Moskvada qələbə paradı – CANLI YAYIM
Prezident onlara fəxri adlar verdi - SƏRƏNCAM
Azərbaycanda ayılar kəndlilərə meydan oxuyur
Koronavirusa yoluxanların çoxu bu şəxslərdir - AÇIQLAMA
Aktrisa qırmızı xalçaya taxt üstündə gəldi-FOTO
5 saniyədə sakitləşməyin yolu
Şeir əzbərləmək üçün üsullar
Azərbaycanda 15 yaşlı oğlanı zorla nişanladılar
Pensiyaçılara şad xəbər
Ronaldodan yeni rekord
Gəlinciklər təbii makiyajla necə görünər?
Qan azlığının qarşısını alan 5 faktor
"Hörümçək adam" 75 mərtəbəli binanı fəth etdi
Prezident xanımı ilə parkın açılışında - FOTO
Qarabağın Azərbaycana məxsusluğu bir daha sübuta yetirildi
Azərbaycandan Avropaya etiraz
Atəşkəs bərpa olunur - hərbçilərin meyitlərinin götürülməsi başlayır
Ömrü azaldan daha bir səbəb bəlli oldu
Türiyəli məşhur aktyor həbs olundu-SƏBƏB
Hava haqqında
Azərbaycanda evlənənlərin və boşananların sayı azalıb
Atalar və oğullar savaşına yeni baxış
Sabah yaz havası olacaq
Kiçik vanna otağı dekorasiyası
- ŞƏRHLƏR