Oyun uşaqları tanımaq üçün ən yaxşı vasitələrdən biridir. Çünki onlar oynadıqları oyunlarda öz fikir, duyğu və düşüncələrini, ətrafdakı insanlara qarşı münasibətlərini, eyni zamanda baş verən hadisələri necə anladıqlarını büruzə verirlər. Həm dil, həm də hərəkətləri ilə nümayiş etdirdikləri davranışları onların əsl simalarının üzə çıxmasına xidmət edir. Doğrudur, uşaqlar bütün davranışlarında özlərini ifadə etmirlər. Yəni bir çox hallarda onlar kimləri isə təqlid edirlər. Ancaq bu təqlidçiliyə uşaqların duyğu və düşüncələrinin də əlavə olunduğu əsla unudulmamalıdır. Əslində uşaqların belə təqlidi davranışları onların "şəxsiyyətlərinin" üzə çıxmasına kömək edir. Uşaq oyun zamanı sözləri, reaksiyaları, səs tonu, mimikaları ilə duyğularını canlandırır. Yəni oyun bir növ uşaqların dilidir: o, oyunlarla danışır, özünü ifadə edir. Məsələn, uşaq anasının hər hansı bir davranışından əsəbləşmişdirsə, ondan qisas almaq istəyirsə, oyunda özü ata rolunu oynayacaq və ana rolunu oynayan uşaqdan acıq çıxmaq istəyəcək. Və ya qardaşına qısqanclıq edən uşaq əlindəki gəlinciyi qardaşına bənzədərək ona əziyyət verəcək.
Başqa bir məqam isə uşaqların ailə daxilində baş verən hadisələri təqlid etmələri ilə bağlıdır. Nümunə üçün qeyd edək ki, əgər uşaq oyunda tez-tez əmr cümlələrindən istifadə edisə, valideynlər öz davranışlarına bir daha nəzər yetirməlidirlər. Digər tərəfdən uşağın oyun daxilində oynamaq istədiyi rol onun arzu və xarakteristik xüsusiyyətlərindən xəbər verir. Məsələn, körpə rolunu oynamaq istəyən uşağın xüsusi diqqətə ehtiyacı olduğu başa düşülə bilər. Bu, həm də həmin uşağın qardaşını qısqandığını göstərə bilər. Oyunlarda uşaqların daim "ata", "müdir", "komandir" rolları oynamaq istəməsi onlarda liderlik qabiliyyətlərinin inkişaf etdiyinə işarədir.
Əgər bir uşaq oyunu özü təşkil edirsə və oyunun süjet xəttini qurursa, bu, onda təşkilatçılıq qabiliyyətinin olduğunu göstərir. Bütün bunları nəzərə alaraq, valideynlər uşaqlarının oyunlarını diqqətlə təhlil etməli və əldə etdiyi nəticələrə uyğun olaraq onlarla davranmalıdırlar.
XƏBƏR LENTİ
Körpənizi çimdirmək üçün məsləhətlər
Qış gəldi, dərd gəldi
Ermənilərdən növbəti təxribat
Azərbaycan tarixindən yüz şəxsiyyət-47
Zövqlü divar rəsmləri
Azərbaycanda şaxtalar nə vaxta kimi davam edəcək?
Yediyimiz çörəkdə nələr var?..
"Ən cəlbedici kişi"...
Dollarla olan kreditlər müzakirəyə çıxarılacaq
Pis vərdişləri necə tərgitməli?
3 saat maşın sürdü 48 min dollarlıq cərimələndi-FOTO
Etiraf
Kişilər cinsi əlaqədən əvvəl nə düşünürlər?
Zəncəfil - 1001 dərdin dərmanı
Daha bir serialın yayımı dayandırıldı
Göz sağlamlığınız üçün incə məqamlar
İpoteka ilə mənzil almaq istəyənlərin nəzərinə
Hava haqqında
Körpə təyyarədə dünyaya gəldi
2018 məzunları üçün saç modelləri
Ermənistandan daha bir etiraf: "Uduzduq, təkləndik"
Sement kisələrindən gəlinlik tikdi FOTO
Azərbaycanlı model Hollivudda - FOTO
Biskvitlı tort (foto resept)
Biz bunun gerçək olduğunu düşünmədik!
Diktatorların qadınları
Məcburi köçkünlərin...
Azərbaycanda Ermənistan mənşəli məhsullar satılır?
Coli ilə Pittin məhkəməsi olub
Manatı unudun, daha "qlobal" dərdimiz var
Tələbə qız 31 kq arıqladı: "Həyatımı dəyişdim" - FOTO
Rejissorlarmızın filmləri beynəlxalq kinofestivalda iştirak edəcək
Ağrı dağ Azərbaycan və Türkiyə bayraqlarına bürünəcək
Əhalinin daha çox işlədiyi sahələr-SİYAHI
Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (3)
Quranda adı çəkilən yeganə ədviyyat
Sahibsiz itlərdən necə qorunaq?
"Sannois" ləqəbli bəstəkar
50 milyon dollarlıq brilyant müəmmalı şəkildə yoxa çıxdı
Günün ulduz falı
BÜRCLƏR bizə nə vəd edir?-3 Fevral
“Mall”ların fəaliyyəti bu tarixdən bərpa olunur
Dəbli geyim kombinasiyaları
Bakı bulvarına rəqib gəlir
Belə də qadağalar olar?
Azərbaycanda hansı tələbələr fərqlənmə diplomu ala bilərlər?
"Super nənə" adına layiq görüldü-FOTO
Ən maraqlı tüninqli Mercedes S-Class
Düşmən Tərtər və Ağcabədi rayonlarını atəşə tutur
Selena Gomes Aylar sonra İLK DƏFƏ
- ŞƏRHLƏR