Əlbəttə ki, hamiləliyin bizim üçün ən böyük faydası 9 ay sonra möhtəşəm bir varlığı qucağımıza almağımızdır. Amma bilin ki, hamiləliyin bədən üçün fərqli, lakin müsbət tərəfləri də vardır.
1. "Şokolad" kistasını gecikdirir
Şokolad kistası olaraq bilinən endometrioz xüsusilə yumurtalıqları, bətn daxilini və boruları əhatə edə biləcək bir xəstəlik növüdür. Əmələ gətirdiyi maddə yumurtalıqların əlaqəsini pozur və fəaliyyətinə ciddi zərər verir. Beləcə hamiləliyi çətinləşdirər, ağrılı aybaşıya səbəb olduğu kimi, ağrılı cinsi əlaqəyə də səbəb olar. Bu xəstəlik hamiləlik kimi aybaşı görülməyən 9 aylıq müddətdə inkişafdan qalar və ya yaranması gecikər.
2. Ağrılı aybaşı geridə qaldı!
Doğumdan sonra tez ya da gec yenidən aybaşı görməyə başlayacaqsınız. Bunun yaxşı tərəfi ondan ibarətdir ki, hamiləlikdən öncəki ağrılı aybaşı sancıları doğumdan sonra nisbətən yüngülləşir. Hətta hamiləlik və doğumdan sonra artıq ağrılı aybaşı problemlərinin tamamilə ortadan qalxdığını söyləyən xanımların da sayı olduqca çoxdur.
3. Xərçəng riski azalır
Araşdırmalar hamiləliyin süd vəzi və yumurtalıq xərçənginə qarşı qoruyucu təsiri olduğunu göstərir. Hamiləlik sayındakı artma və ilk doğumun erkən yaşda (30 yaşına qədər) olması bu qoruyucu təsiri özündə cəmləşdirir. Altı aydan çox əmizdirmə də xərçəng xəstəliyinə yoluxma təhlükəsini azaldır. Digər bir fərziyyəyə görə isə hamiləlik və əmizdirmə dövrü keçirməyən qadınlarda süd vəzi xərçəngi riski artır.
4. Migren hücumları azalır
Edilən araşdırmalar göstərir ki, baş ağrılarının səbəblərindən biri olan migren ağrıları hamiləlik müddətində daha seyrək görülür. Hamiləlikdən sonra ağrıların sıxlığı əvvəlki dərəcəsinə dönür. Doğumdan sonrakı qısa müddət ərzində isə baş ağrılaının şiddətində və müddətində artma olduğu vurğulanıb.
5. Yoğun bağırsaq problemi yüngülləşir
Kolorektal kimi ciddi bağırsaq xəstəlikləri də hamiləlikdə daha az görülür. Qanlı ishal və ciddi qarın ağrıları kimi xarakterizə olunan bağırsaq ağrıları hamilələrdə daha az görülür. Doğumdan sonra isə bu bağırsaq xəstəlikləri tipik olaraq əvvəlki vəziyyətinə dönür. Bunu da unutmayaq ki, bağırsaq xəstəlikləri olanlar mütləq hamiləlikdən əvvəl bu sahə üzrə mütəxəssislə danışmalıdır. Müalicə hamiləlik zamanı da davam edilməlidirsə, hamiləlik baxımından etibarlı olmayan hər hansı bir dərmanın qəbulu qəti qadağandır. Təhlükəsiz olan, hamiləlikdə istifadə edilməsinə icazə verilən dərmanların qəbulu hamiləlik boyunca həkim nəzarəti altında davam etməlidir.
XƏBƏR LENTİ
Trampın qızından ağılasığmaz addım
Sabahın HAVAsı
Daxilimizdəki dünyalar
Satıcı robot bir həftədən sonra işdən çıxarıldı
Kürək ağrılarını azaldan 4 hərəkət
Heyvanlar arasında xəstəliyə yoluxma riski artıb
Hamilə xanımların diqqətinə...
Nazirlikdən internetlə bağlı təklif
Bu gün rezidenturaya qəbul imtahanı keçirilir
Dünyada nüvə müharibəsinin anonsu verildi
Fransada 43 rusiyalı azarkeş həbs olunub
Ramazan bayramını kimlər nə vaxt qeyd edirlər?
HAVA necə olacaq?-21 FEVRAL
"U" və "Ü" hərfləri ilə başlayan adların mənası
Dünyanın ən dəbli kraliçası: Rania Al Abdullah
Sabahın hava proqnozu
Hindistanda inəyə tələbə vəsiqəsi verildi
“Feysbuk” iş tapmağa kömək edəcək
Soğan kababı (foto resept)
Azərbaycan ordusu düşmənin əlahiddə zirehli tank taborunun komandirini məhv etdi - RƏSMİ
Məşhur aktrisa vəfat etdi
Azərbaycanlı musiqiçi İstanbulda konsert verdi
Dəniz məhsulları qorxulu xəstəliklər törədir
İqbal Ağazadənin prezidentliyə namizədliyi təsdiqləndi
3 sayta xəbərdarlıq edildi
2018/19 Payız - Qış aksesuar trendləri
Cəbhəyanı ərazilərdə vəziyyət
Beren Saatın ayaqqabısı heyvansevərləri qəzəbləndirdi-FOTO
Metropoliten satıcılarının əksəriyyəti hələ də işsizdir
Sabunla həll edə biləcəyiniz problemlər
Bakı metrosunda hərarət yoxlayan avadanlıqlar quraşdırılacaq? - Açıqlama
Professordan KORONAVİRUS XƏBƏRDARLIĞI: “2 yaşa qədər uşaqlar...”
Messi ilə Ronaldu eyni komandada oynayacaqlar
Qələbə günü ilə bağlı Stalinin- müəmmalı qərarı
Məşhur aktrisa fərqli obrazda dönür - FOTO
Qoç bürcü qadınına nə hədiyyə etməli?
“Akvarium adam” 30 saatdan çox sua altında qaldı - FOTO
Bakıda şaxtalı havalara son
Göbələk xəstəliyinin müalicəsi
Məşhur aktyor ilk dəfə ata olacaq
Burunsuz uşaq doğuldu
Gəncədə möhtəşəm muzey tikilir
Azərbaycanda Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi yaradılır
Yemək, yuxu, idman, intim həyat və s. üçün ən uyğun vaxtlar - HƏKİMLƏRİN TÖVSİYƏLƏRİ
Say və əvəzliyə aid sınaq sualları
Alimlər koronavirus xəstələrində ömürlük qala biləcək fəsadları açıqladı
Citroen Cactus sirrini açdı
Həssas dərilər üçün makiyaj tövsiyələri
Ermənilərin aprel döyüşlərində vurduğu ziyan açıqlandı
Şəkər xəstəliyi hansı xəstəliyin əlamətidir?
- ŞƏRHLƏR