Qadin.NET / Hamilə olmağın bədənimiz üçün faydaları

Hamilə olmağın bədənimiz üçün faydaları

Əlbəttə ki, hamiləliyin bizim üçün  ən böyük  faydası  9 ay sonra möhtəşəm bir varlığı qucağımıza almağımızdır. Amma bilin ki, hamiləliyin bədən üçün fərqli, lakin müsbət tərəfləri də vardır.

 

 

1. "Şokolad" kistasını gecikdirir

Şokolad kistası olaraq bilinən endometrioz xüsusilə yumurtalıqları, bətn daxilini və boruları əhatə edə biləcək bir xəstəlik növüdür. Əmələ gətirdiyi maddə yumurtalıqların əlaqəsini pozur və fəaliyyətinə ciddi zərər verir. Beləcə hamiləliyi çətinləşdirər, ağrılı aybaşıya səbəb olduğu kimi, ağrılı cinsi əlaqəyə də səbəb olar. Bu xəstəlik hamiləlik kimi aybaşı görülməyən 9 aylıq müddətdə inkişafdan qalar və ya yaranması gecikər.

Hamilə olmağın bədənimiz üçün faydaları

2. Ağrılı aybaşı geridə qaldı!

Doğumdan sonra tez ya da gec yenidən aybaşı görməyə başlayacaqsınız. Bunun yaxşı tərəfi ondan ibarətdir ki, hamiləlikdən öncəki ağrılı aybaşı sancıları doğumdan sonra nisbətən yüngülləşir. Hətta hamiləlik və doğumdan sonra artıq ağrılı aybaşı problemlərinin tamamilə ortadan qalxdığını söyləyən xanımların da  sayı olduqca çoxdur.

Hamilə olmağın bədənimiz üçün faydaları

3. Xərçəng riski azalır

Araşdırmalar hamiləliyin süd vəzi və yumurtalıq xərçənginə qarşı qoruyucu təsiri olduğunu göstərir. Hamiləlik sayındakı artma və ilk doğumun erkən yaşda (30 yaşına qədər) olması bu qoruyucu təsiri özündə cəmləşdirir. Altı aydan çox əmizdirmə də xərçəng xəstəliyinə yoluxma təhlükəsini azaldır.  Digər bir fərziyyəyə görə isə hamiləlik və əmizdirmə dövrü keçirməyən qadınlarda süd vəzi xərçəngi riski artır.

Hamilə olmağın bədənimiz üçün faydaları

4. Migren hücumları azalır

 Edilən araşdırmalar göstərir ki,  baş ağrılarının səbəblərindən biri  olan migren ağrıları hamiləlik müddətində daha seyrək görülür. Hamiləlikdən sonra ağrıların sıxlığı əvvəlki dərəcəsinə dönür. Doğumdan sonrakı qısa müddət ərzində isə baş ağrılaının şiddətində və müddətində artma olduğu vurğulanıb. 

Hamilə olmağın bədənimiz üçün faydaları

5. Yoğun bağırsaq problemi yüngülləşir

Kolorektal kimi ciddi bağırsaq xəstəlikləri də hamiləlikdə daha az görülür. Qanlı ishal və ciddi qarın ağrıları kimi xarakterizə olunan bağırsaq ağrıları hamilələrdə daha az görülür. Doğumdan sonra isə bu bağırsaq xəstəlikləri tipik olaraq əvvəlki vəziyyətinə dönür. Bunu da unutmayaq ki, bağırsaq xəstəlikləri olanlar mütləq hamiləlikdən əvvəl bu sahə üzrə mütəxəssislə danışmalıdır. Müalicə hamiləlik zamanı da davam edilməlidirsə,  hamiləlik baxımından etibarlı olmayan hər hansı bir dərmanın qəbulu qəti qadağandır.  Təhlükəsiz olan, hamiləlikdə istifadə edilməsinə icazə verilən dərmanların qəbulu hamiləlik boyunca həkim nəzarəti altında davam etməlidir. 


26 iyun 2013
GO BACK