Yeni doğulan körpələr barmaq əmməyi ana bətnində öyrənmişlər. Çox zaman ultrasəs müayinəsində körpələrin barmaqlarını əmdiyi görülür. Körpələrin doğuşdan sahib olduqları ən güclü reflekslərdən biri əmmə refleksidir. Nadir olaraq yeni doğulan bəzi körpələrin barmaq, ya da biləklərində görülən qabarcıqlar bunun nəticəsidir.
Barmaq əmmək körpələri sakitləşdirən və stresslərinin keçməsinə kömək edən bir vəziyyətdir. Bəzi ailələr bu məsələyə fikir vermir, lakin bir çoxları Ziqmund Freydin "Uşaqcasına cinsilik" nəzəriyyəsinə əsasən buna mane olmağa çalışırlar.
Əslində barmaq əmmək körpələri həqiqətən rahatlaşdırır. Bunun bir refleks olduğu bilinir. Ancaq barmaq əmmənin dişlərə zərər verdiyi də məlumdur. Bəs bu vərdiş nə vaxt və hansı şərtlər altında ziyandır?
Əmmə funksiyası yeni doğulmuş uşaqlarda çox qüvvətlidir. Barmaq əmmə və dil əmmə vərdişləri ilk il yarımda normaldır və ümumiyyətlə, 2 yaşdan sonra olmur. Ancaq barmaq əmmə, ya da əmzik əmmə vərdişi davam etsə, hələ inkişaf etməkdə olan əzələ və sümük strukturlarına təzyiq edərək dişlərin yer dəyişdirməsinə gətirib çıxarar. Bu vəziyyətdə üst ön dişlər önə, alt ön dişlər isə geriyə doğru əyilər, alt və üst ön dişlər arasında açıqlıq anomaliyası meydana gəlir.
Vərdiş buraxılsa, bu açıqlıq bağlanar. Lakin yaranan bu açıqlığa udqunma anında dilin girməsi söz mövzusu ola bilər və bu daha da şiddətlənər. 3.5 yaşından sonra barmaq əmmə vərdişi hələ davam edirsə, bu hal daha da artar. Barmaq əmmə vərdişi gecə yatarkən də davam etsə, daha təsirli olar və bunun nəticəsində üst çənədə darlıq (V şəklində bir çənə qövsü) meydana gəlir.
Barmaq əmmənin dişlərə təsiri yaşa və barmaq əmmənin dərəcəsinə görə dəyişir. Körpəlik dişləri üzərində çox da zərərli bir təsiri olmadığı deyilir. Ancaq uşaq 6 yaşını keçdikdən sonra, süd dişlərinin töküldüyü və daimi dişlərinin çıxdığı zaman barmağını əmməsi dişlərin çıxmasına təsir edə bilir. Buna görə də dişlər çıxması lazım olan istiqamətdə deyil, fərqli istiqamətlərdə inkişaf edə bilər.
Barmaq əmmə vərdişinə qarşı ən sağlam yanaşma əmmə instinktinin çoxaldığı dövrdə körpəyə əmzik verməkdir. Əmzik barmaq əmmə vərdişindən daha asan tərgidilə bilər.
Bu vərdişin xüsusilə məktəbə gedən uşaqlarda məsxərə mövzusu olmasına fürsət verməyin. Bu hərəkəti tərgitməsi üçün doğru zamanı seçin və inadkar olun. Əgər ona təzyiq etməklə tərgitməyə çalışsanız, vərdişə daha çox meyl etməsinə səbəb olarsınız.
Bu vərdişi tərgitməyə çalışdığı halda onu tərifləyib mükafatlandırın.
Gün ərzində barmaq əmməyi nəzarət altına aldıqdan sonra:
Gecə barmaq əmməkdən imtina edə bilməsi üçün uşağınıza dəstək olun. Bunu əllərini ağzına soxmasına mane olacaq vəsaitlərin köməkliyi ilə etmək olar (əllərinə əlcək geydirmək və ya yara üçün plastır yapışdırmaq).
Hər gün yavaş-yavaş irəliləyin. Sərt olmayın. Onun üçün olduqca çətin olduğunu və dəstəyə ehtiyacı olacağını ağlınızdan heç çıxarmayın.
Uşaq 4-5 yaşlarına gəldikdə barmağını əmməyə davam edirsə, ona bunun çirkin davranış olduğunu, başqalarının gözündə xoş görünmədiyini anlaya biləcəyi bir dillə izah edin. Uşaqlar bu yaşlarda böyük bir insan kimi olmağa, valideynlərini təqlid etməyə çalışır və çox vaxt onlar kimi davranırlar. Bu vəziyyətdən faydalanıb uşağınıza valideynlərinin barmaq əmmədiyini, bu vəziyyətin xoş olmadığını söyləməyiniz təsirli ola bilər.
Bütün səylərinizə baxmayaraq, uşağınızı 6 yaşına qədər bu vərdişdən çəkindirə bilməsəniz, mütləq həkimə müraciət edin.
6-7 yaşlarına qədər davam edən barmaq əmmə vərdişi süd dişlərində mənfi təsirlərə səbəb olur. Bu dövrdə uşaqları vərdişdən imtina etməyə məcbur edən aparatlarla kömək etmək lazımdır. Bu yaş qrupunda hələ barmağını əmən uşaq bu vəziyyətdən özü də narahat olur və çox vaxt barmağını yatdığı zaman refleks olaraq, ya da gizlicə əmir.
Əgər uşaq müalicəyə istəkli olsa, vərdişləri tərgitməyə kömək edən aparatlardan istifadə edə bilərsiniz. Üst çənəyə birləşdirilən bu aparatlar hərəkətli və ya sabit olub, damağın ön bölgəsində qəfəs şəklindəki tel yığınından ibarətdir. Uşağınız barmağını ağzına apardıqda aparat barmağını əmməsinə maneə törədəcək. Damağın ön bölgəsində damağa paralel olan sabit tel yığını da bu vərdişi tərgitmək üçün təsirlidir.
Uşağınıza bu aparatların cəza məqsədi daşımadığını, yalnız xatırlatmaq və xəbərdarlıq etmək üçün vasitə olduğunu izah edin. Beləliklə, onun müalicəyə razı olmasını təmin edərsiniz. Bu aparatlardan istifadə edilməsinə baxmayaraq, hələ də bu vərdişi tərgitməyənlər vardır. Hətta nadir də olsa, yetkin yaşlarda belə bu vərdişə sahib insanlarla qarşılaşa bilərsiniz. Bütün səylərə baxmayaraq, uşağınız bu vərdişdən imtina edə bilmirsə, darıxmayın: 12 yaşına gəldikdə ortodont müalicə və braketlərin köməyi ilə bu problemi həll etmək mümkündür.
XƏBƏR LENTİ
“Instagram”da yeni fırıldaqçılıq
Yaponlar Lexus-u dəyişdilər
Hava haqqında
Cemli rulet (foto resept)
Həqiqət acı olsa da...
Azərbaycan tarixindən yüz şəxsiyyət-57
Ermənilər Xankəndidən niyə əl çəkmir? - VİDEO
Gözəl gözlərə sahib olan hindistanlılar
Bred Pittlə Anjelina Coli razılığa gəldi-FOTO
Monika Belluçi ETİRAF etdi-FOTO
Soyuducunun necə yarandığını bildirsinizmi?
Həkimlər xəbərdarlıq edir
Coca-Cola-da təhqir çıxdı
Rəngli gəlinlik modelləri
Toy rəqsi
Tartolet (foto-resept)
Gilaslı, limon souslu keks (foto-resept)
Həftənin ilk iş gününün HAVAsı açıqlandı
Sağlam beyin üçün tövsiyələr
Koronavirus peyvəndinə əks göstərişlər açıqlanıb
Hər şey öz əlimizdədir
160-dan çox ölkə bu qidaları QADAĞAN EDİB: alma, çörək, ət...
Kartofun dəriyə faydası
21 yaşlı qız hər kəsi şoka saldı!
Quş qripinə görə monitorinqə start verildi
Gül kələmli pizza (foto resept)
Xalq təbiblərinin bəzi məsləhətləri
Bank kreditləri: bizdə də ABŞ-dakı kimi olsun?
Azərbaycanlılara ailə təhsili lazımdırmı?
Körpəni ana südündən necə ayırmalı?
Vaksin hazırlanana qədər koronavirusa qalib gəlməyin yolu açıqlandı
11-ci sinif şagirdlərinə bəd xəbər
Günün qoroskopu: şəxsi münasibətlərlə işgüzar əlaqələri qarışdırmayın
Britaniya jurnalında səfirimizin məqaləsi dərc edildi
Əvvəlki illərin məzunları üçün imtahandır
Hayde Bruneder: "Azərbaycan gimnastları böyük irəliləyişlərə nail olublar"
Bakı bulvarı ancaq varlılar üçündür?
Məşhur aktyor 1 milyonluq yardım etdi
Uşaqlar kifayət qədər hərəkət etmir
Şəki kəndlərinin içməli su təchizatı yaxşılaşdırılır
Günün qoroskopu:Uğurlu gündür!
Bu müəllimlərin maaşı artırılacaq
Fərqli Audi Q3 TDI S təqdim olundu - FOTO
Ən gözəl bilərzik kombinasiyaları
Bakıya 12 milyon doza gətirildi
Tramp daha iki hind quşunu xilas etdi
Qar uçqunu 216 adamı öldürüb
Qadın.Net-li dostum
Əmgək problemi
Mirvari sırğalar
- ŞƏRHLƏR