Hər birimiz gözəl saçlara sahib olmaq istəyirik, amma payız və qış fəslində havada rütubətin çoxalması geyindiyimiz geyimlərin qalınlığı və ən əsası yediyimiz qidalarda vitamin və mineralların azlığı saçların tökülməsinə və saçqıranların əmələ gəlməsinə səbəb olur. Saç hüceyrələri havadakı nəmi canına çəkir və ağırlaşır və ona görə də sıx yığılma və kobud daraq saçların tökülməsinə səbəb olacaq. Sağlam və gözəl saçlara sahib olmaq istəyirsinizsə, qidanızda Fe (dəmir) və Zn (sink) ilə zəngin olan qidaları bol etməlisiz. Dəmirlə zəngin olan qidalara alma, alça, moruq, lobya, yulaf yarması, dana əti, göbələk; sinklə zəngin olan qidalara kələm, yumurta, dana əti, kəpəkli çörək aiddir.
Saçlarınızın gözəl və sağlam qalması üçün xüsusi qaydalar da var ki, onlara əməl olunmalıdır:
1. Yaş halda saçları daramaq olmaz;
2. Saçlarınızı ilıq və bir qədər də soyuq su ilə yaxalayın;
3. Saçlarınızı müntəzəm darayın və daramağa saçlarınızın ucundan başlayın;
4. Xüsusilə qış aylarında saclarınızı sıx yığmayın;
5. Saç ayırımını tez-tez dəyişin;
6. Stressdən uzaq olun.
Saçlarınızın tökülməməsi üçün sınanmış saç maskalarını sizə təqdim etmək istəyirəm.
Maska 1.
100 q dəmirov otu
100 q atpıtrağı
100 q söyüd qabığı
500 q zeytun yağı
Ərzaqlar qarışdırılıb su hamamında 15 dəqiqə qaynadılır. Sonra yağ süzülür. İstifadə edən zaman yağ ilıq olmalıdır və saçlarda 1saat saxlanılmalıdır.
Maska 2.
1 ədəd yumurta sarısı
1 x\q bal
1 x\q aloe şirəsi
1 diş əzilmiş sarımsaq
Hamısını qarışdırıb, saçların dibinə sürtüb 20 dəq saxlanılır. Saçlardan sarımsaq iyinin gəlməsindən narahat olmayın. Əgər yenə də ehtiyat edirsinizsə, 5 l suya 1 damcı lavanda, qızılgül və ya istədiyiniz digər gül yağını damızdırıb saçlarınızı durulaya bilərsiz. Əmin olun heç bir qoxusu olmur.
Maska 3.
1 x.q soğan suyu
1 x.q gənəgərçək yağı
Saçlarda 30 dəq saxlanılıb, yuyulur.
Maska 4.
1 x.q bal
1 x.q konyak
1 x.q zeytun yağı
20-25 dəq saçlarda saxlanılaraq yuyulur.
Maska 5.
1 ədəd yumurta sarısı
1 x.q xardal
1 x.q qatıq
Saçlarda 30 dəq saxlanılır.
Maskaların effektini görmək üçün ilk dəfə həftədə 2 dəfə, sonralar isə həftədə 1 dəfə olmaqla 3-4 ay mütəmadi etmək gərəkdir. Təbii vasitələr gec təsir göstərsə də təsirləri uzun müddətli olur və heç bir əks təsiri olmur.
XƏBƏR LENTİ
Buraxılış imtahanında tətbiq olunacaq YENİLİKLƏR AÇIQLANDI
Keçibuynuzu
Kağızdan hazırlanmış donlar
Aleyna Tilki istirahətindən danışdı-FOTO
Teylor Sviftdən nümunəvi addım-FOTO
Manikurdə yaz trendi-FOTO
Prezident İlham Əliyev uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyanı təsdiqləyib
Ev şəraitində qollardakı piylərdən necə xilas olmaq olar?
Güclü külək əsəcək, temperatur aşağı enəcək - XƏBƏRDARLIQ
"Qırmızı Şeytanlar"ın Çikaritosu "Liverpul"u məğlub etdi
Meyvə və tərəvəzlərin orqanizmə təsiri -1
Yay vaxtına keçid insanlara necə təsir edir?
Dövlət başçısı sərəncam verdi
Zəlimxan Yaqubun səhhəti pisləşdi
Pensiyaçılara şad xəbər
Klassik geyim nümünələri
Dünyanın ən bahalı və möhtəşəm oteli - Atlantis Palm Jumeriah
Həyat yoldaşım kompüter oynayır, nə edim? (2)
Davamlı makiyaj edənlərə bitki mənşəli təkliflər
Türkiyə millisi yoldaşlıq oyununda Sloveniyaya qalib gəlib
Portağal görünüşlü peçenye (foto resept)
Uşaqlar üçün toxunma paltarlar
Çox çay içmək kişilərə zərərlidir
Yataq örtükləri
Böyük yalan üzə çıxdı
Meyvə qurusu daha faydalıdır
Cəbhədə növbəti təxribat
Kişiləri Yatmaq Şəkilindən Tanıyın
5 ölkənin gözəllik sirri
Smartfon satışı artıb
Dukan pəhrizi haqqında bilmədikləriniz
İki hissəli gəlinliklər
Məhərrəmlikdə toy etmək olmaz
Gündəlik yay geyimləri
BÜRCLƏR bizə nə vəd edir?-27 Oktyabr
Rəsm əsəri kimi tortlar
Beynəlxalq Festivalda Mehriban Əliyevanın təbrik məktubu oxunub
Yaz-yay üçün bu eynəklərdən alın
Ecazkar xanımlar üçün pencək modelləri
Əhalinin işini asanlaşdıracaq yenilik
İkili münasibətlərdə xoşbəxtliyin 9 qaydası
2020-ci ilin trend saç modelləri
Yumurtanın təzə olub-olmadığını yoxlayın
Putinin istirahət otağı ilk dəfə nümayiş olundu - VİDEO
Gənclərə iş məsləhəti
"Talut bulağı" ifadəsinin mənası nədir?
İnsanlar və əsərlər arasındakı uyğunluq
2011 Gəlinlikləri
Nazirlik 3 min pişiyin ölümündə günahlandırılır
Seren Serengil bikinidə rəqs etdi - VİDEO
- ŞƏRHLƏR