Hər birimiz gözəl saçlara sahib olmaq istəyirik, amma payız və qış fəslində havada rütubətin çoxalması geyindiyimiz geyimlərin qalınlığı və ən əsası yediyimiz qidalarda vitamin və mineralların azlığı saçların tökülməsinə və saçqıranların əmələ gəlməsinə səbəb olur. Saç hüceyrələri havadakı nəmi canına çəkir və ağırlaşır və ona görə də sıx yığılma və kobud daraq saçların tökülməsinə səbəb olacaq. Sağlam və gözəl saçlara sahib olmaq istəyirsinizsə, qidanızda Fe (dəmir) və Zn (sink) ilə zəngin olan qidaları bol etməlisiz. Dəmirlə zəngin olan qidalara alma, alça, moruq, lobya, yulaf yarması, dana əti, göbələk; sinklə zəngin olan qidalara kələm, yumurta, dana əti, kəpəkli çörək aiddir.
Saçlarınızın gözəl və sağlam qalması üçün xüsusi qaydalar da var ki, onlara əməl olunmalıdır:
1. Yaş halda saçları daramaq olmaz;
2. Saçlarınızı ilıq və bir qədər də soyuq su ilə yaxalayın;
3. Saçlarınızı müntəzəm darayın və daramağa saçlarınızın ucundan başlayın;
4. Xüsusilə qış aylarında saclarınızı sıx yığmayın;
5. Saç ayırımını tez-tez dəyişin;
6. Stressdən uzaq olun.
Saçlarınızın tökülməməsi üçün sınanmış saç maskalarını sizə təqdim etmək istəyirəm.
Maska 1.
100 q dəmirov otu
100 q atpıtrağı
100 q söyüd qabığı
500 q zeytun yağı
Ərzaqlar qarışdırılıb su hamamında 15 dəqiqə qaynadılır. Sonra yağ süzülür. İstifadə edən zaman yağ ilıq olmalıdır və saçlarda 1saat saxlanılmalıdır.
Maska 2.
1 ədəd yumurta sarısı
1 x\q bal
1 x\q aloe şirəsi
1 diş əzilmiş sarımsaq
Hamısını qarışdırıb, saçların dibinə sürtüb 20 dəq saxlanılır. Saçlardan sarımsaq iyinin gəlməsindən narahat olmayın. Əgər yenə də ehtiyat edirsinizsə, 5 l suya 1 damcı lavanda, qızılgül və ya istədiyiniz digər gül yağını damızdırıb saçlarınızı durulaya bilərsiz. Əmin olun heç bir qoxusu olmur.
Maska 3.
1 x.q soğan suyu
1 x.q gənəgərçək yağı
Saçlarda 30 dəq saxlanılıb, yuyulur.
Maska 4.
1 x.q bal
1 x.q konyak
1 x.q zeytun yağı
20-25 dəq saçlarda saxlanılaraq yuyulur.
Maska 5.
1 ədəd yumurta sarısı
1 x.q xardal
1 x.q qatıq
Saçlarda 30 dəq saxlanılır.
Maskaların effektini görmək üçün ilk dəfə həftədə 2 dəfə, sonralar isə həftədə 1 dəfə olmaqla 3-4 ay mütəmadi etmək gərəkdir. Təbii vasitələr gec təsir göstərsə də təsirləri uzun müddətli olur və heç bir əks təsiri olmur.
XƏBƏR LENTİ
Kəpənəklər haqqında
Hava xəbərdarlığı
Sumqayıta "uçan" qatarlar
Qarabağ mətbəxi - "Şeşrəngi" (foto-resept)
İstanbul-Bakı aviareysi əlverişsiz hava şəraitinə görə təxirə salındı
Özünü elmə qurban verən qadın -FOTO
Günün qoroskopu: atdığınız addımları təhlil edin
Qazaxıstan yeddi ölkə ilə uçuşları bərpa edir
Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgər ölüb
Sobada qat-qat xəmirli balıq (foto resept)
9 gün iş olmayacaq
Bakıda kirayə mənzil bazarı bahalaşdı
Zərif və baxımlı olmağın yolları
Məşhur aktyor vəfat etdi
Bu gün Azərbaycanda dəmir yolu işçilərinin peşə bayramıdır
Londondan Tokioya qeyri-adi qurğu ilə səyahət - VİDEO
Bu il sirli planet Yerlə toqquşacaq - Bəşəriyyət məhv olacaq?
Məşhur aktrisa "Barbie" olacaq!-FOTO
Sürətli dırnaq uzadan maska
Əlillələrə iş imkanı
Sevimli köynəklər
Qoca xanımlar: "Ən çevik qızlarıq"
Tokio yaxınlığında yer titrədi
Leyla Əliyevanın qeyri-adi kafesi
Paris moda həftəsində qarşımıza çıxan 4 trend
200 illik tarixi məzarlıq
Ancelina Colinin 7-ci övladı olacaq
"Qarabağda yüzlərlə erməni əsgəri öldürülüb"
Bir əsrdən artıq yaşı olan Lüteran kilsəsi
Dərin ruha sahib qadınların xüsusiyyətləri
Elvis Preslinin "Codillac"ı ucuz qiyətə satıldı-FOTO
Alim açıqladı – İmmunitet koronavirus üzərində nə qədər təsirli olur?
Günün qoroskopu: Ağlınızı işlədin!
Qızlarını morqda axtarırdı TV-də gördü-FOTO
Qurban bayramınız mübarək!
"Bu hadisə Azərbaycanın dünyada şöhrətini daha da artıracaq"
Azərbaycanda regionlar dəyişdirilir
Ən böyük virtual "reallıq parkı" açıldı-VİDEO
Bakını toz-duman bürüdü – FOTO
Ağdamda düşmən təxribatı: Jurnalist yaralandı - VİDEO
Ərdoğan aktyorlarla görüşdü - FOTO
Əl işi boyunbağılar
Qəhvəli piroq (foto-resept)
Dünya alimlərinin böyük səhvi: Heç demə, korona bu temperaturda...
Qadın.Netlilərin fobiyaları (Son)
Addım sayan qarışqalar
Məhərrəm ayı başladı
Acun dünya məşhurları ilə bir siyahıda
Google Translate-də sinxron tərcümə olacaq
Albalı şirəsi albalıdan daha faydalıdır
- ŞƏRHLƏR