Sağlam bir dəri üçün fırça və süngərinizi təmiz saxlayın.
Sağlam və gözəl bir dəriyə sahib olmaq üçün makiyajımızı hər gün təmizləyirik. Lakin düşünməliyik ki, hər dəfə makiyaj edərkən istifadə etdiyimiz makiyaj əşyalarını da təmiz saxlamalıyıq. Bunun üçün ən az həftədə bir dəfə makiyaj edərkən istifadə etdiyiniz əşyaları da təmizləməyiniz vacibdir. Xüsusilə də makiyaj fırçanızı və süngərinizi təmiz saxlamalısınız. Bu xəbərimdə sizin üçün makiyaj əşyalarınızı təmizləməyin ən asan yolunu təqdim edirəm. Ümid edirəm faydalanacaqsınız.
İlıq su hazırlayın
Əllərinizi içərisində rahat hərəkət etdirə biləcəyiniz qaba ilıq su tökün. Sonra həmin suya bir neçə damcı şampun əlavə edin. Fırçalarınızdan və süngərinizdən makiyaj qalıqlarını təmizləyin. Sonra suyun içinə qoyub, tamamilə rəngləri çıxanadək asta hərəkətlə sıxın.
Yaxalayın
Əşyalarınızı qabın içindən çıxarıb ilıq suda yaxşıca yaxalayın. Belə etməsəniz, fırçalarınız və süngəriniz şampunun qalıqları ilə quruyar və bu da dərinizə zərər verə bilər.
Qurulayın
Quru bir dəsmal ilə asta hərəkətlərlə fırça və süngərinizin nəmini alın. Daha sonra əşyalarınızı qurumağa qoyun. Növbəti dəfə istifadə edərkən yaxşı nəticə almaq istəyirsinizsə, əşyalarınızın tamamilə yaxşı quruyub-qurumadığını yoxlayın.
Asmağa çalışın
Fırçalarınızı imkan olarsa, aşağıya doğru asın. Beləliklə, fırçanız olduğu kimi qalar və daha tez quruyar.
Süngərin təmizliyi
Əgər istəsəniz, makiyaj süngərinizi hər istifadədən sonra yuya bilərsiniz. Ancaq növbəti istifadəyə qədər quruyub-qurumayacağını yoxlayın. Hər istifadədən sonra yumağa qərarlısınızsa, o zaman ehtiyat süngərinizin olmasında fayda var.
Tələsərkən
Yumaq qədər yaxşı nəticə verməsə də tələsərkən ən tez təmizlik üsulu nəm salfetlərdən yararlanmaqdır.
XƏBƏR LENTİ
Buraxılış imtahanlarında iştirak edə bilməyənlərə yenidən şans veriləcək? - RƏSMİ
Ramazanın 16-cı gününün duası
76 kq arıqlayıb hər kəsi təəccübləndirdi-FOTO
Dişlərin ağardılma üsulu (1)
Meryem Üzerli YENİ İMCİDƏ-FOTO
"Bizim Tarla" Manqal salatı
Namazda diqqətimizi toplamaq üçün nə edək?
Sabahın HAVAsı
Azərbaycanda bu xəstəlikdən əziyyət çəkən uşaqların sayı gizli saxlanılır
Makiyajsız da gözəl görünə bilərsiniz
Övladı I sinfə gedəcək valideynlərə şad xəbər
700 bal toplayan 15 gənclər - SİYAHI
Pomidorlu çörək (foto resept)
Azərbaycanın Rusiyadakı səfirliyi vətəndaşlarımıza xəbərdarlıq edir
Lobbiçiliyə kim ən çox pul xərcləyir?
Rəngarəng keks (foto resept)
Mebelləri silmək üçün təbii məhsul
"Dərs vaxtı"nın 14 sentyabr cədvəli AÇIQLANDI
Bakıda nəhs günün ilk əlaməti göründü
Koronavirusla mübarizə üçün ən effektiv çay
Tez hazır olan qəlyanaltı (foto resept)
Neftçi" Avropa Liqasında!
Fevral ayının qalibləri!
Pendirli poğaça (video-resept)
Facebook-da yeni funksiya: Gizli rəylər
Ailələrin dağılmasının daha bir SƏBƏBİ açıqlandı
Yaponiyada uşaqların sayında rekord azalma
Çiyələkli-kokoslu dondurma (foto resept)
Azərbaycanda keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtı açıqlandı
Qandakı şəkəri dərhal ölçən cihaz
Azərbaycanda qız köçürmə, yoxsa.....
Göz haqqında maraqlı faktlar
Çində 6 bal gücündə zəlzələ baş verib
Kökündə ölüm qorxusu dayanan kompleks - Natamamlıq
Bakıda yol polisi sürücülərə xəbərdarlıq etdi
“Koronavirusa bu yolla qalib gələ bilərik” - Rəşad Mahmudov
Mitinq çağırışı edən saytlar bağlanacaq
Gül formalı ananas (foto resept)
Mədə-bağırsaq xəstəliyi və qurdları
Tərəvəzli makaron (foto-resept)
Günün ulduz falı - 10.09.2013
Elmə məlum olmayan canlılar tapıldı
Siz hansı tip anasınız?
Kişilərin xəyanət etməsinin səbəbləri
Hava haqqında
Pakistanda Azərbaycanla bağlı sərgi
Azərbaycanda şaxta rekord həddə çatacaq
Gökhan Töre və Esra Bilgiç BOŞANDI-FOTO
Günün qoroskopu: bu gün çox mətləblər aşkarlanacaq
HAVA necə olacaq?
- ŞƏRHLƏR