Hər bir xanım kimi həmişə formada olmaq, incə görünmək mənim də arzum olub.Ailə quranadək çəkim daim 48-56 kq arasında dəyişib. Ailə qurduğum vaxtı 48 kq çəkim vardı və bu rəqəm durmadan artırdı. Hamiləliyimin əvvəlində 54 kq idim. Hamiləliyin sonunda isə artıq 78 kq çəkidə idim. Aldığım 24 kq sözün əsl mənasında mənə əziyyət verirdi. Bu, məndə çox böyük kompleks yaratmışdı. Hamiləlik zamanı gecə-gündüz bilmədən daim yeməyə vərdiş etdiyimdən yeməklərimi birdən-birə azalda bilmədim. Həm də bunun orqanizmimə çox böyük zərər verəcəyini bilirdim. 6 ay ərzində rasionumdan təkcə çox yağlı yeməkləri və bir-iki şirniyyatı çıxara bildim. 6-cı ayın sonunda çəkim 76 kq idi. Bu vaxt mən düşündüm ki, mən mütləq artıq çəkilərimdən qurtulmalıyam. Əvvəl geyindiyim (54 kq olduqda) ən sevimli donumu qarşıma qoydum və qərar verdim: "Mən səni oğlumun 1 yaşı tamam olan günü geyinəcəm!" Məqsədimə çatmaq üçün qarşıda 6 ayım var idi.
Sevimli Qadın.Netlilər, bir vacib nüansı qeyd edim ki, siz arıqlamaq istəyirsinizsə, ilk öncə buna əmin olmalısınız. Çəki atmağın sizin üçün lazım yox, vacib olduğunu qərar verdikdən sonra qarşınıza məqsəd qoymalısınız. Məqsədsiz heç nə əldə edə bilməzsiniz. Əgər arıqlamaq məqsədiniz yoxdursa, onda formada olmağı da unudun.
Arıqlamaq prosesinə aclıq aksiyası, işgəncə kimi yox, sonunda hədiyyəsi olan bir oyun, əyləncə kimi yanaşmaq lazımdır. Daim yaxşı əhval-ruhiyyədə olmalıyıq. Düzdür, bu çox çətindir, amma öhdəsindən gəlməliyik. Axı bu bir əyləncədir...
1-ci mərhələ: Səhər yuxudan oyanan kimi 1 stəkan otaq temeraturunda olan su içdim. Yemək arası yediyim bütün yeməklərdən imtina etdim. Süfrəni hazırlayarkən çörəyin kənarını qoparıb yeməkdən, salatdan bir az yeməkdən və s.-dən imtina etdim. Ancaq yemək zamanı süfrədə oturdum, doyunca yedim və qalxdım. Süfrədə müxtəlif turşuları bolluca göy-göyərti əvəz etdi. Yemək arası acından əsəbləşdiyim vaxtlarda peçenye və şokolad əvəzinə meyvə və bol-bol su içdim. İlk günlər fikrim ancaq yeməkdə, gözüm saatda qalırdı ki, nə vaxt yemək yeyəcəm. Artıq 10-12 gündən sonra arada yediyim yeməklər heç meylimdən belə keçmirdi. Ən çətin dönəm bu idi. Bu dövrü siz də keçə bilsəniz, demək yolun yarısını gəlmisiniz. Özünüzü mükafatlandırın. Aclığa dözə bilmədiyim vaxtlarda xəyalən sevimli paltarımı və yemək istədiyimi yanaşı qoyar, aralarında seçim edərdim və bir stəkan su içməklə üstünlüyü paltarıma - məqsədimə verərdim.
2-ci mərhələ: Həmişə yediyim yeməyin 1/3-i qədər yedim. Az sonra bu qədər yeməyə də öyrəşdikdən sonra yeməyin yarısından imtina etdim. Bu zaman yediyimi çox çeynəyirdim. Bir növ özümü aldadırdım ki, guya həmişəki qədər yeyirəm. Bundan sonra ara-sıra acı (tünd) şokoladla çay içməyə özümə icazə verirdim.
3-cü mərhələ: Bütün bunların sonunda çəkim 56 kq-dır. Atmaq istədiyim cəmi 2 kq çəkim var. İdman etməklə bu çəkidən də qurtulacağam. Əslində bu 2 kq-ı da bol su içməklə yox edə bilərəm. Ancaq istədiyim formanı əldə etmək üçün idman mütləqdir. İdman dedikdə halqa çevirməyi nəzərdə tuturam. Gündəlik 20 dəqiqə halqa çevirmək yetərlidir.
Yeməyimi azaltdığım bir vaxtda ayda ən azı 2 dəfə saç, üz maskaları edirdim. Çünki çəki azaldıqca lazımsız yağlarla birgə lazımlı mineral və vitaminləri də itirirdim. Dərimin solğun, saçlarımın cansız olmasını isə istəmirdim. Maskaları etməsəm, sonda arıq olacaqdım düzdür, amma… baxımsız saçlarım və pis vəziyyətdə olan dərim də olacaqdı. Bu isə mənə lazım deyildi.
Sonda sizə məsləhətim budur ki, arıqlamaq istəyinizi hec kəsə deməyin. Heç kimə “Arıqlamışam?” sualını verməyin. Ətrafdakılar sizə özləri bunu deyəcəklər. Pəhrizə başladığınız andan tərəzini və metrəni evdən kənarlaşdırın. Gündə bir dəfə tərəziyə çıxmayın. Gün ərzində içdiyiniz su marketlərdə satılan bulaq suyundan olsa daha yaxşı olar. Çünki bizə canlı - qaynanmamış su lazımdır. Evə gələn suyun tərkibində bir çox lazımsız elementlər var. Belə suyu çox içmək olmur.
Sevimli xanımlar, mən 22 kq çəkiyə 3 aydan az bir vaxtda "əlvida" dedim. Oğlumun 1 yaşına isə hələ təqribən 3 ay vaxt qalır. Sizə Allahdan cansağlığı və gözəl qalmağı arzu edirəm.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Obama İŞİD-i məhv edəcək
Dəbli qısaboğazlı çəkmə modelləri
"Heyf deyildi əvvəlki Bakı"
Cəbhədə güclü atışma: dinc sakin yaralandı
Günün ulduz falı
Şahzadə Harri Meqan Markla görə ən yaxın dostundan üz döndərdi
Moskva metrosunda gənc böcəklərlə dolu hovuza uzandı
"Yolka" tortu (foto resept)
Hər kəs onun cəsarətindən danışır - VİDEO
Mikrob yuvasına çevrilə bilən əşyalar
Xoşbəxtlik yaradan qidalar
Dünyanı gözləyən böyük təhlükə
Şokolad xülyası (foto resept)
Bürcünüz saç rənginə təsir edir
Türkiyədə ilk zavod işə düşdü - Ərdoğan açılış etdi
"Qadınlar məni qısqanır" - FOTO
Dünyanın iri canlıları (FOTO)
"Uşaqlar üçün bildirçin yumurtasının faydaları "
Dəfnə yarpağı haqqında nə bilirsiniz?
Qısa kurtkalar və montlar
Qara hazır olun
Milli Şura bəhanə idi?
Kiçik həcmdə alkoqol yaddaşı gücləndirir
10 fərqli qaçış tipi
“Instagram”da 200 milyon izləyicisi olan ilk qadın - FOTO
Demet Özdemirin evi diqqət çəkdi
Səməni, nə vaxt cücərdim səni?
Uşaqlar üçün: Habil və Qabil
Müəllimlərin məktəbli forması GÜNDƏMDƏ
Yaponiyadan Putinə rədd cavabı
İlk dəfə kosmik taksi sınaqdan keçiriləcək
Freyd və qadınlıq
"Qarabağ" uduzdu
Birləşmiş Ərəb Əmirlikləri icbari hərbi xidmətə keçir
Dahi bəstəkarlarımız - I hissə
Ana olmaq şəkillərlə ifadə edilərsə
Bakıda istifadəyə yararlı çimərliklər açıqlandı - SİYAHI
Ötən il uşaqlara qoyulan ən qəribə adlar
Putin: “Rusiya Qarabağla bağlı bütün fəaliyyətlərində Minsk qrupunun prinsiplərinə əməl edib”
Daha bir velosipedçimiz Rio-2016-ya lisenziya qazandı
FHN-nin müavinlərinin sayı artırıldı
Cəbhədəki döyüş meydanından meyitlər çıxarılacaq - növbəti razılıq
"Qara qum" piroqu (foto resept)
8 milyon dollarlıq boyunbağı
Azərbaycanlı general Ohanyanın cavabını verdi
Şokoladlı keks (foto resept)
Beş yaşlı Samirin 26 barmağı var - FOTO
Azərbaycanda yanğınlar yeni üsulla söndürüləcək
1,2 min rus əsgəri Ermənistanda
Asan pizza (foto resept)
- ŞƏRHLƏR