“Vual”-ən çox diqqət cəlb edən və dəbli qadın aksessuarlarından biridir. O qadın gözəlliyinə gözəllik qatmaqla obraza şarm əlavə edərək bir qədər retro təsirini bağışlayır. “Vual”-mənim fikrimdə qadına əsrarənglilik, ecaskarlıq və sirli görkəm bəxş edir. Məncə bu mövzuda hər biriniz mənimlə həmfikir olarsınız. Bu baş aksessuarı kifayət qədər diqqət çəkdiyindən müasir dövrümüzdə də dəbdədir. Məhz buna görə “Vual”-ın tarixini və dövrümüzədək hansı dəyişikliklərdən keçdiyini sizin nəzərinizə çatdırmaq istəyirəm. Bəlkə də, özünüz üçün gələcək adına bəzi qeydlər götürdünüz.
Bəli, “vual”-qadın baş aksessuarıdır. Bu aksessuar üzün bir hissəsini və ya tam örtən güpürdən və ya tüldən ibarətdir. “Vual”-sözünün kökü fransızcadan “voile” sözündən gəlir və mənası “pərdə”, “tor”, “tül” deməkdir.
İlk zamanlar bu baş aksessuarı heç də gözəllik və cazibənin nişanəsi hesab olunmurdu. “Vual” daha çox yas mərasimlərinə görə başa qoyulardı. Yaxud da qadının mənsub olduğu cəmiyyətdəki nüfuzuna işarə edirdi. Təəssüf ki, “vual”-ın ilk dəfə harada tikildiyindən və ilk dəfə harada istifadə oldunduğundan xəbərsizik. Buna baxmayaraq zamanla dəbli baş aksessuarına çevrilə bilən “vual”-ın tarixçəsini daha çox incələsək bəzi təxminlərə əsaslanaraq qeyd edə bilərik ki, “vual”ın xarici görünüşdə ilk dəfə şərq ölkələrindəki xanımların geyindiyi “pərəncə”-nin təsiri vardır.
“Vual”-ın Asiyada, Misirdə, Yunanıstan və İtaliyada geniş istifadəsindən sonra IV əsrdə Avropa sərhədlərinə qədər gedib çatdı. Belə ki, onun rəngləri xüsusi məna kəsb edirdi. Məsələn Qara “vual” yas və matəmə işarə edirdisə, ağ rəngli “vual”da məsumluğun və paklığın simvolu idi.
Nədənsə “vual” XIV və XV əsrdə daha çox dəbə mindi. Bu cür aksesuarı təkcə xanımlar(konusvari “vual” və ya “atur” adlanan baş aksessuarı) deyil, eyni zamanda kişilər də istifadə edirdilər. Təəssüf ki, kişi “vual” akssessuarının təsvir olunduğu fotonu heç cür tapa bilmədim.
Lakin XVI əsrdən etibarən “vual” çırağı zəyifləməyə başlayır. Lakin tamamilə sönmür, sadəcə közərir. Beləcə XIX əsrin ortasından etibarən yenidən dəbə minir və ən cazibədar xanımların sevimli baş aksessuarına çevrilir. Xüsusi şarmı ilə xanımların qəlblərini fəth edən “vual”-ı ilk olaraq papağa sancaqlayardılar. Lakin əsrin sonlarında kiçik papaqlı tüldən ibarət “vual”-lar dəbə mindi.
Elə ki, XX əsr başladı dəb olimpiyadasında bütün modabazların könlüncə olan zəng-şlyapaları peyda oldu. Lakin 40-cı illərdən etibarən “vual” yenidən öz üstünlüyünü qaytardı.
Təqribən elə bu ərəfədə adət etdiyimiz “vaul”-ın yeni növü, “vualet” dəbə mindi. “Vualet” Onlar arasında fərq təkcə güpür və tüldən ibarət olmasında deyildi, eyni zamanda “vualet”lərin üzərini daş-qaşlarla, tük və ya dekorativ əşyalarla bəzəyirdilər. Beləcə sıradan “vual”lar tarixdə qaldı.
“Vual”ın qızıl dövrü kimi məhz 60-cı illəri göstərmək olar. Bu illərdə papaq-tabletlər güpür və ta tüldən kombin edilirdi və sadəcə alının bir hissəsini örtürdü. Bəli, bu cür vual öz gündəlik dəyərini itirdi, lakin ecaskarlığını və eleqantlığını itirmədi. Əksinə hər zaman olduğu kimi istifadəçisinin sirrli və əsrarəngiz görünməsinə səbəb olmağa davam etdi.
İndi isə məşhurların "vual"la olan fotolarına baxın.
Tərcümə edən: Xəyalə Murad
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dərini 1 gecəyə ağardan maska
Səssiz haray
Bahalaşmanın qarşısı necə alınsın?
Kəndli kənddən niyə qaçır?
Pul qarşılığında vətəndaşlıq təklif edən ÖLKƏLƏR
ARGTMŞ Avropa İttifaqının layihəsini Azərbaycanda həyata keçirəcək
Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunacaq
Mən arıqladım!
İzmirdə axtarış-xilasetmə işləri başa çatdı - VİDEO
"Eşkıya dünyaya hükümdar olmaz"ın çəkilişləri başladı
Namazı belə qılaq
Qadınlarda ən sıx rast gəlinən 5 xəstəlik!
Günün ulduz falı - 19.12.2013
Jeleli tort (foto resept)
Uşaq otağı üçün xalçalar
Qısqanclıq hissinin yaranma səbəbi
Qadınlarda və kişilərdə cinsi istəyin azalma səbəbləri
Bakıda yağış yağacaq
Ləzgi paxlavası (foto resept)
Nağıl kimi yerlər-1
Ciddi sarsıntılara HAZIR OLUN-FOTO
Bakıda yeni kəsim məntəqələri quraşdırılır
Günün qoroskopu: Uğurlu gündür!
Bahalı geyimlərin zərərləri nədir?
Elmə məlum olmayan heyvan tapıldı
Castin Biberin xanımından Gözlənilməz Etiraf - FOTO
Rubl necə yüksələcək?
17 asteroiddə su aşkarlandı
Günün ulduz falı
Brabus-dan kabriolet Mercedes
Məktəbli formalarına tələbat böyükdür
Azərbaycanlı uşaqlar nəyin ardınca gedirlər?
Məşhur filmlərdəki səhvləri gördünüz?
Səhər yeyildikdə arıqlamağa kömək edən ərzaqlar
Şeyx xalqa müraciət etdi
Zərf
Şeyma Subaşı məhkəməlik oldu-SƏBƏB
ABŞ-da internet qanunları dəyişir
İnsanlara kömək et, uzunömürlü ol
Balaca modabazlar
Kıvanç Tatlıtuğ Yeni ili İspaniyada qeyd edəcək
"Sarpız"la bağlı əhaliyə XƏBƏRDARLIQ
Moda brendlərini tanıyaq (3)
Bakıda II Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək
Manatla bağlı qorxudan proznoq: "Bu, son deyil"
Qış aylarında koronavirus daha da şiddətlənəcək - XƏBƏRDARLIQ
Bank Kıvanç Tatlıtuğa təzminat ödədi-SƏBƏB
Arda Kuralın vəziyyəti pisləşdi-FOTO
Səudiyyə nefti bahalaşdırdı
Tiflisdə məhşər günü: azərbaycanlıların durumu
- ŞƏRHLƏR