Qadin.NET / Ecaskarlıq nişanəsi-"Vual"-ın tarixi

Ecaskarlıq nişanəsi-"Vual"-ın tarixi

Ecaskarlıq nişanəsi-"Vual"-ın tarixi

 

Ecaskarlıq nişanəsi-"Vual"-ın tarixi

 

Ecaskarlıq nişanəsi-"Vual"-ın tarixi

“Vual”-ən çox diqqət cəlb edən və dəbli qadın aksessuarlarından biridir.  O qadın gözəlliyinə gözəllik qatmaqla obraza şarm əlavə edərək bir qədər retro təsirini bağışlayır. “Vual”-mənim fikrimdə qadına əsrarənglilik, ecaskarlıq və sirli görkəm bəxş edir. Məncə bu mövzuda hər biriniz mənimlə həmfikir olarsınız. Bu baş aksessuarı kifayət qədər diqqət çəkdiyindən müasir dövrümüzdə də dəbdədir. Məhz buna görə “Vual”-ın tarixini və dövrümüzədək hansı dəyişikliklərdən keçdiyini sizin nəzərinizə çatdırmaq istəyirəm. Bəlkə də, özünüz üçün gələcək adına bəzi qeydlər götürdünüz. 

Ecaskarlıq nişanəsi-"Vual"-ın tarixi


Ecaskarlıq nişanəsi-"Vual"-ın tarixi

Bəli, “vual”-qadın baş aksessuarıdır. Bu aksessuar üzün bir hissəsini və ya tam örtən güpürdən və ya tüldən ibarətdir.  “Vual”-sözünün kökü fransızcadan “voile” sözündən gəlir və mənası  “pərdə”, “tor”, “tül” deməkdir. 

Ecaskarlıq nişanəsi-"Vual"-ın tarixi

İlk zamanlar bu baş aksessuarı heç də gözəllik və cazibənin nişanəsi hesab olunmurdu. “Vual” daha çox yas mərasimlərinə görə başa qoyulardı. Yaxud da qadının mənsub olduğu cəmiyyətdəki nüfuzuna işarə edirdi. Təəssüf ki, “vual”-ın ilk dəfə harada tikildiyindən və ilk dəfə harada istifadə oldunduğundan xəbərsizik. Buna baxmayaraq zamanla dəbli baş aksessuarına çevrilə bilən “vual”-ın tarixçəsini daha çox incələsək bəzi təxminlərə əsaslanaraq qeyd edə bilərik ki, “vual”ın xarici görünüşdə ilk dəfə şərq ölkələrindəki xanımların geyindiyi “pərəncə”-nin təsiri vardır.


 

“Vual”-ın Asiyada, Misirdə, Yunanıstan və İtaliyada geniş istifadəsindən sonra IV əsrdə Avropa sərhədlərinə qədər gedib çatdı. Belə ki, onun rəngləri xüsusi məna kəsb edirdi. Məsələn Qara “vual” yas və matəmə işarə edirdisə, ağ rəngli “vual”da məsumluğun və paklığın simvolu idi.

[center]Ecaskarlıq nişanəsi-"Vual"-ın tarixi


Ecaskarlıq nişanəsi-"Vual"-ın tarixi

Nədənsə “vual” XIV və XV əsrdə daha çox dəbə mindi. Bu cür aksesuarı təkcə xanımlar(konusvari “vual” və ya “atur” adlanan baş aksessuarı) deyil, eyni zamanda kişilər də istifadə edirdilər. Təəssüf ki, kişi “vual” akssessuarının təsvir olunduğu fotonu heç cür tapa bilmədim.

Ecaskarlıq nişanəsi-"Vual"-ın tarixi


Ecaskarlıq nişanəsi-"Vual"-ın tarixi

Lakin XVI əsrdən etibarən “vual” çırağı zəyifləməyə başlayır. Lakin tamamilə sönmür, sadəcə közərir. Beləcə XIX əsrin ortasından etibarən yenidən dəbə minir  və ən cazibədar xanımların sevimli baş aksessuarına çevrilir. Xüsusi şarmı ilə xanımların qəlblərini fəth edən “vual”-ı ilk olaraq papağa sancaqlayardılar. Lakin əsrin sonlarında kiçik papaqlı tüldən ibarət “vual”-lar dəbə mindi. 

Elə ki, XX əsr başladı dəb olimpiyadasında bütün modabazların könlüncə olan zəng-şlyapaları peyda oldu. Lakin 40-cı illərdən etibarən “vual” yenidən öz üstünlüyünü qaytardı. 

Ecaskarlıq nişanəsi-"Vual"-ın tarixi

 

Ecaskarlıq nişanəsi-"Vual"-ın tarixi

Təqribən elə bu ərəfədə adət etdiyimiz “vaul”-ın yeni növü, “vualet” dəbə mindi. “Vualet” Onlar arasında fərq təkcə güpür və tüldən ibarət olmasında deyildi, eyni zamanda “vualet”lərin üzərini daş-qaşlarla, tük və ya dekorativ əşyalarla bəzəyirdilər. Beləcə sıradan “vual”lar tarixdə qaldı. 

Ecaskarlıq nişanəsi-"Vual"-ın tarixi

 

Ecaskarlıq nişanəsi-"Vual"-ın tarixi

“Vual”ın qızıl dövrü kimi məhz 60-cı illəri göstərmək olar. Bu illərdə papaq-tabletlər güpür və ta tüldən kombin edilirdi və sadəcə alının bir hissəsini örtürdü. Bəli, bu cür vual öz gündəlik dəyərini itirdi, lakin ecaskarlığını və eleqantlığını itirmədi. Əksinə hər zaman olduğu kimi istifadəçisinin sirrli və əsrarəngiz görünməsinə səbəb olmağa davam etdi.

İndi isə məşhurların "vual"la olan fotolarına baxın. 

Ecaskarlıq nişanəsi-"Vual"-ın tarixi

 

Ecaskarlıq nişanəsi-"Vual"-ın tarixi

 

Ecaskarlıq nişanəsi-"Vual"-ın tarixi

 

Ecaskarlıq nişanəsi-"Vual"-ın tarixi

 

Ecaskarlıq nişanəsi-"Vual"-ın tarixi

 

Ecaskarlıq nişanəsi-"Vual"-ın tarixi

Tərcümə edən: Xəyalə Murad

25 dekabr 2015
GO BACK