Hər kəsin bildiyi kimi təhsilin əhəmiyyəti böyükdür. Bu oğlan, qız fərq etməz. Təhsil təhsildir!
Niyəsə cəmiyyətdə bu məsələdə ayrıseçkilik edilir və qızlar bu mövzuda haqq sahibi sayılmır. Səhv bir fikir olmasına baxmayaraq bunun qabağına hələ ki, tam olaraq keçmiş vəziyyətdə deyilik.
Böyük şəhərlərə görə rayon və kəndlərimizdə bu daha çox məşhur vəziyyətdir. Ailələr qız uşaqlarını evdə, tarlada işlədir, məktəb oxutmaq ağıllarına belə gəlmir. İrəlidəki həyatlarında, evlilik həyatlarında necə də böyük itkidir təhsilsizlik, bunu ancaq qızları bədbəxt olduğu, şiddətə məruz qaldığı zaman anlaya bilirlər. Bəlkə özlərinə görə haqlı səbəbləri vardır oxutmamaq üçün. Bunlar maddi çətinliklər və ya bir əlillik vəziyyəti, xəstəlik və s.-dir. Amma bunların heç biri bəhanə edilməməlidir. Hər şəraitdə bir yol mütləq vardır. Bu uşaqların gələcəkdə bir sıra çətinlikləri yaşamasınlar deyə oxutmaq şərtdir.
Təhsilli qadın necədir?
Həyata müsbət baxan, öz ayaqları üzərində dayana bilən, əzilməyən, hər vəziyyətdə haqqını müdafiə edə bilən, maddi vəziyyəti normal, ərindən asılı olmayan qadındır.
Təhsilsiz qadın necədir?
Daim bir tərəfi əksik, gördüyü hər çətinliyə göz yuman, əzilmiş, daima çalışan bir kişinin əsarəti altında öz dünyasını "edam etmiş" qadın.
Bəziləri "oxumağı, yazmağı bilirəm onsuz da", deyib qalan şeyləri düşünməz. Halbuki nə qədər böyük bir səhvdir, necə bir itkidir, bunu gec də olsa başa düşər.
Buna baxmayaraq bir də oxuya bilməmiş, amma özünü inkişaf etdirmiş, bir sıra üstünlüklər əldə etmiş, müvəffəqiyyət qazanmış qadınlarımız da mövcuddur. Heç olmasa bunu etməliyik. Aktiv və məhsuldar ola biləcəyimiz yolları tapıb oralarda inkişaf etdirməliyik özümüzü.
Təhsilli və təhsilsiz qadınların fərqlərini araşdıran bir qurum aşağıdakı kimi nəticələr əldə ediblər:
Qadınların təhsil səviyyəsi artdıqca boşanma səbəbləri də fərqliləşir.
Təhsilli qadınlar aldadılma, şiddətə məruz qalma və maddə asılılığı kimi kişiyə bağlı səbəblərlə evliliklərini bitirmə qərarı alır. Təhsilsiz qadınlar isə uşaq sahibi olmamaq, yoldaşının ailəsi ilə dolana bilməmək, iqtisadi olaraq evin dolanışığının təmin edilə bilməməsi kimi ailəylə əlaqədar səbəblərdən boşanır.
Təhsil səviyyəsinin yüksəlməsi ilə ailə daxili ənənəvi vəzifə bölümündə də fərqliləşmələr görülür. Ənənəvi vəzifə bölümü təhsilli və təhsilsiz bütün qadınların ailələrində vardır. Məsələn: gündəlik yemək-içmək alış-verişini təhsilsiz qadının ailəsində kişi edərkən təhsilli qadın bu işləri də üzərinə götürür. Kommunal xərclərin ödənilməsi isə hər növ təhsil səviyyəsindəki qadın üçün kişinin vəzifələri arasında qalır.
Boş zamanlarında təhsilli qadınlar kitab və qəzet oxuyub, idman edərkən təhsilsiz qadınlar ictimai əyləncə olaraq bildiyimiz fəaliyyətlərlə məşğul olur.
Təhsilsiz qadınlar boş zamanlarını əsasən yoldaşı və uşaqlarıyla keçirərkən təhsilli qadın ailəsindən əlavə dotları ilə də boş zaman keçirir.
Ana və atayla hər növ təhsilə malik qadınlar tez-tez görüşür. Lakin bacı və qardaşlara gəldikdə isə təhsilsiz qadınlar sadəcə ayda və ya ildə bir dəfə görüşdüyü halda təhsilli qadınlarda bu çox tez-tez təkrarlanır.
Qaynana və qaynata ilə ən sıx təhsilsiz qadınlar görüşür. Nənə və babaları isə sıxlıqla təhsilli qadınlar ziyarət edir.
Qonşularıyla ən çox görüşənlər də təhsilsiz qadınlardır.
Təhsilli qadınlar həmcinslərinin işləməsinə dəstək verərkən təhsilsiz qadınlar isə iş həyatında qadının iştirak etməsini dəstəkləmir.
Bir söz vardır: "Elm Çində belə olsa, gedin alın". Düşünəndə çox gözəl və mənalı bir söz olduğunu hamımız anlaya bilərik. Bu da o deməkdir ki, nə olur olsun təhsil, təhsil, yenə də təhsil!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Avtobuslarda gediş haqqı artırılır?
Geyiminə görə tənqid olundu-FOTO
İri ölçülü asteroid Yerə yaxınlaşır
İşləyən şəxslərin çoxu bundan əziyyət çəkir
Evdə işləmək...
Sobada qovurma (foto-resept)
HAVA necə olacaq?
Nazarbayev koronavirusa yoluxub
Selfi çəkən cütlük şəklə baxanda şoka düşdü
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
"Quran prinsipləri məktəbdə öyrədilməlidir"
Arda Kuralın vəziyyəti pisləşdi-FOTO
Google sürücüsüz avtomobil buraxacaq
Azərbaycanda karantin rejimi uzadıldı
Rəssam Nachi Diaz
Günün qoroskopu: görüləsi işlərin sayını artırmayın
Azərbaycanda ilk
Valideyn olmaq istəməyən cütlik icazə almalıdı
Fərqli qaydalarla yaşayan uşaqlar
Növbəti ildən bütün işçilərin maaşından tutulacaq - RƏSMİ
DÇ-2018-in rəsmi mahnısının klipi təqdim edildi - VİDEO
Necə anasınız?
Yaponlar nadir hadisəni belə çəkdilər
Fərqli görünüşlü iki tort (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?- 3 fevral
Türkiyə sərhədə əlavə hərbçi yerləşdirib
Cem Yılmazın səhnədə halı pisləşdi
Sobada soğan halqası (foto resept)
Whatsapp-dan unikal yenilik
Susuzluq kilo aldırar və vaxtsız yaşlandırar
Hande Erçel yeni serialda
Bu şəxslərin maaşları ARTDI
Azərbaycanda koronavirusa yoluxma sayı niyə artır? - TƏBİB-dən AÇIQLAMA
Uşağın xasiyyəti yataqdan başlayır
Şeyma Subaşı məhkəməlik oldu-SƏBƏB
İriçaplı silahlar işə düşdü
Azərbaycandan koronavirusa yoluxma rekord həddə çatdı: Üç nəfər vəfat etdi
Kəhrəba haqqında
Hərbi çağırışa start verildi
Salfet etiketi
Günün ulduz falı
Yalan, yoxsa gerçək?
Aslı Enver bu xəstəlikdən əziyyət çəkirmiş
Yuxudan doymamağın SƏBƏBİ NƏDİR? - ALİM RƏYİ
HAVA necə olacaq?-13 dekabr
Telefonlar "Wi-Fi" ilə enerji yığacaq
Saçlarınız üçün lazımlı maskalar
Günün ulduz falı
Rafet El Roman Sumqayıtda konsert verəcək
Dünyamızı əks etdirən rəsmlər
- ŞƏRHLƏR