Kimdir qadın? Cəmiyyətdə nədir onun rolu əks cinsin gözündə? Bacarıqlı ev xanımı, xeyirxah həyat yoldaşı, qayğıkeş ana, sevimli qadın, özünə inanan, güclü iş adamı... və s. Bu siyahını uzatmaq olar, ən əsası isə bu cəhətlər hər qadında cəmlənir. Amma nədənsə hər kəs bunu görmür, yaxud görür, nədənsə qəbul etməyə çətinlik çəkir. Düşüncələrdə qadın zəif məxluqdur. Yalnız 1 gün, ilin 365 gününün bircə günü qadına həsr edilir. Bütün TV və radiolarda, kütləvi informasiya məkanlarında qadınların dahi varlıq olmasından, onların qəhrəmanlığından bəhs edilir, yalnız 1 gün...
Yaxşı olardı ki, biz qadınların cəmiyyətdəki rolu və qəhrəmanlığı 8 mart bayramı günü deyil, həmişə xatırlansın. İstəsəniz də, istəməsəniz də, qadın zərif olduğu qədər hər işin öhdəsindən gəlməyi bacaran güclü məxluqdur. 8 mart bayramının özü də Qədim Romada martın ilk günündən analıq və uşaqlıq ilahəsi günü kimi qeyd olunub, günümüzə gəlib çıxıb. Fransa inqilabı zamanı, əhali qadın seçki hüququ azadlığı, bərabərlik və qardaşlıq tələbi ilə çıxış edib, haqqını istəyib. O gündən bu günə qadınlar kişilərlə eyni hüquqlu oldu. Bəzən qəbul edilmiş bu bərabərlik əməldə yox, dildə özünü göstərir.
Razılaşaq ki, qadın mürəkkəb həyat, problemli ailə öhdəliklərindən gələn, çiyinlərinə qoyulan yükləri var gücü ilə qaldıran məxluqdur. Bəs niyə ''zəif'' , bəlkə onun gücünü görmək çətindir? Axı bu məxluq indi cəmiyyətin bütün işlərində iştirak edir. Siyasətdə belə bacarıqlı xanımlar az deyil.
Həyat özü qadını daha aktiv və obyektiv olmağa vadar edir. O özü-özünə iş axtarır ki, qarşısındakı məqsədləri həyata keçirsin, uşaqlarına bir gələcək qursun. Bu, olduqca normaldır. Qadın da insandır. O da kişilər kimi cəmiyyətdə bir sıra işlər gorüb, müstəqil olmaq istəyir. Bu sevimli varlıq dünyaya qapılar açmaq arzusundadır. Bu arzu heç də onlara ailəsi haqqında düşünməyə mane olmur. Əksinə, o, ailəsinin gələcəyini düşünüb addım atır. Müasir dünyada bir çox qadın ömrünü evdə oturmaqla, uşaqlarının qayğısı və məişət işləri ilə bitirmək istəmir. O, əksinə bunlarla yanaşı dünyaya baxmaq istəyir, özünə açdığı qapı ilə yeni-yeni mənzərələr görmək istəyir. Onun buna haqqı var.
Qadın psixologiyası kişilərdən tamam fərqlidir. Nəyi ki qadın görür, kişilərin bunu görməsi mümkün deyil. Nəyi ki kişi düşünür, qadın bunun tamam əksini düşünür. Lakin bu gözlər və düşüncələr cəmiyyətdə birləşəndə böyük uğurlara imza atmaq mümkündür. Odur ki, qadınlara zəif deməyin və yol verin ki, cəmiyyət inkişaf etsin...
XƏBƏR LENTİ
Sayımız 11 milyona çatacaq
Pablo Picassonun ən bahalı 10 əsəri
Qozlu fındıqlı biskivitli tort resepti
Petek Dinçöz Bakıya gəlir
Bakıda rekord qiymətə yolka
Rus qırıcıları türkmən ərazilərini bombaladı
Sobada tərəvəzli salat (foto resept)
Mer: "Moskvadan 13 mindən çox miqrant çıxarılıb"
Azərbaycanda idman gimnastikası dirçəlir
Külək nə vaxt dayanacaq?
Dünyanın ən bahalı viskisi 1,5 milyona satıldı-FOTO
Bitişik əkiz bacılar əməliyyatla ayrılıb
İki divarın arasında sıxışıb qalan gənc belə xilas edildi - VİDEO
Ermənilərə zəmanət verdik
Meryem Uzerli və Bred Pitt eyni filmdə
Azərbaycanda məktəb açılışında şagirdlərə verilən çantalar əllərindən alınıb? - RƏSMİ AÇIQLAMA
Masaj texnikaları (I hissə)
Ana südünün faydaları
BÜRCLƏR bizə nə vəd edir?-10 Sentyabr
Dövlət büdcəsi ilə bağlı son məlumat
Toy dəvətnamələri
Halit Ergençə hücum etdilər
Qısamüddətli aclığın faydası
Rəsmi Bakıdan Yahoo-ya etiraz
Rus dili - Уу, Фф
Bu fotolarda onu tapa bilərsiniz?
Kokos yağının möcüzəvi faydaları
Qar yağacaq - İstirahət gününün HAVASI
Cazibədar don modelləri
Özümə qavır seçerəm
Uşaqlara məcburi yemək yedizdirmək doğrudurmu?
Bakıda uşaqlarının 1-ci sinfə qəbulu ilə bağlı şikayəti olanlar nə etməlidir?
Smartfonun batareyasının tez boşalmasının səbəbi açıqlanıb
Əhməd Davudoğludan Dağlıq Qarabağla bağlı şok açıqlama
“Mall”lar açıldı? - RƏSMİ CAVAB
Dünyanın ən qoca atasının arvadı qaçdı
Ali məktəblərə qəbul olanların qeydiyyatı bu gün başa çatır
Son dəqiqə: Rusiya ikinci peyvənd üçün tarixi açıqladı
Mona Lizanın sirri tapıldı
Mehriban Əliyevadan Prezidentə təbrik - FOTO
Günün ulduz falı
COVID-19-a qarşı immunitet bu yolla da qazanılır-VİDEO
Məşhur ulduzların məlumatları oğurlandı
Azərbaycana yaz gəldi
Ozan Güvən hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Çay haqqında maraqlı faktlar
Mausları nizamlayaq (Dərs3)
Vaxtından əvvəl ərə verilən qızlar hansı ailələrdə böyüyənlərdir?
Britaniyanın varisi: anasının yanaqları, atasının saçları...
Bakıda 8 mart izdihamı
- ŞƏRHLƏR