Nazirlər Kabineti yanında operativ qərargah məhdudiyyətlərin bir qisminin ləğv olunmasının qüvvəyə minmə tarixi ilə bağlı məlumatlara münasibət bildirib.![]()
Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Report-a açıqlamasında bildirib ki, bu gündən - 31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi aradan qaldırılıb:
“Bu gündən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək həyata keçirilir. Təbii ki, ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisna olmaqla”.
“Ölkəmizin ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bu gündən bərpa olunub. Təbii ki, nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla. Eyni zamanda açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilib”, - deyə İ.Məmmədov vurğulayıb.
DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov isə Qafqazinfo-ya bildirib ki, operativ qərargahın elan etdiyi qaydalar bu gündən qüvvəyə minir:
“Artıq kafe və restoranlar bu gün saat 22:00-dək fəaliyyət göstərə bilərlər”.
Maraqlıdır ki, “Mall”lara da bu gündən icazə verilsə də, bəziləri sabahdan fəaliyyətə başlayacaqlarını açıqlayıblar.
Operativ qərargahın açıqladığı qərarda kafe-restoranların saat 22:00-dək işləməsi, ticarət mərkəzlərinin açılması 31 may saat 00:00-dan etibarən olacağı qeyd olunmuşdu.
Qeyd edək ki, sosial şəbəkələrdə operativ qərargahın məhdudiyyətlərin bir qisminin ləğv olunması ilə bağlı qərarının sabahdan (iyunun 1-dən) qüvvəyə minəcəyi ilə bağlı məlumatlar yayılıb.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Dünyanın ən gözəl göbələkləri
Əhaliyə XƏBƏRDARLIQ: fənər, dərman və radio cihazları hazırlayın!
Üzən meşə
Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar məqalə dərc edilib
Ayaqqabı ayaqlarınızı sıxırsa - Bunları edin!
Korset istifadəsi arıqlamağa kömək edirmi?
Messi "Barselona"nın əzəli rəqibinə qarşı oynayacaq
Qarabağ xalçalarını öz adlarına çıxarmağa çalışan ermənilərə CAVAB
Azərbaycanın ən yaşlı kitabxana oxucusunun 91 yaşı var
Qocalmağa qoymayan möcüzəvi qida
Məhəbbəti necə qoruyub saxlamaq olar?
Təbiətdən təsirlənərək hazırlanan tortlar
Göz sağlamlığı üçün vitaminlər
Benzin ucuzlaşır?
Avropa Oyunlarını keçirmək istəyən ölkələrin sayı artıb
Zolaqlı şəkil hazırlama qaydası
Evliliyiniz təhlükə qarşısındadır?-Test
HAVA necə olacaq?
İlham Əliyev daha 23 kəndimizin işğaldan azad olunduğunu bəyan etdi
“Telegram”dan istifadəçiləri sevindirəcək yeni funksiya
Ətəkli kostyumlar (2)
Evdə mayonezi necə hazırlamalı? (resept)
Günün qoroskopu: bu gün nədənsə imtina etməli olacaq
"Kadın" serialına görə telekanal cəza ödəyəcək
Ed Şiren gizlincə EVLƏNDİ-FOTO
Burun yağlanmasının səbəbləri
Azərbaycandan Avropaya şok cavab
Qeyri-adi saç düzümləri
Facebook-da bu da olacaq - YENİLİK
Azərbaycanda uşaqlarla bağlı cəzalar sərtləşdirilsin - TƏKLİF
Mayk Tayson yeni məşq görüntülərini paylaşdı - VİDEO
ABŞ səfiri Sankt-Peterburq görüşündən danışdı
Dünyanın ən yaxşı muzeyləri
BMT-dən Ermənistana yardım
Bilirdinizmi?
Bu tələbələr təhsil haqqından AZAD OLUNA BİLƏR
Yarımçıq saxlama
Vərəm dispanserində xəstələrə it əti verilir-SƏBƏB
Heydər Əliyev Mərkəzində “Əbədi sevgi” qala konserti təqdim edilib
Azərbaycanın Dövlət bayrağının istifadəsi qaydaları haqqında qanuna dəyişiklik edilib
HAVA necə olacaq?
Koronavirusa evdə yoluxmaq mümkündürmü?
Alimlərdən Yer sakinlərinə qorxunc mesaj
Yüksək balla tələbə ola bilməyənlər barədə AÇIQLAMA
Süfrə nizamı necə olmalıdır?
Zövqlü geyimlər
Qarabağa erməni ümidi azalır
Uzun bazalı Range Rover
Pentaqon hicaba azadlıq verdi
Nikol Kidman rahibə olmaq istədi-FOTO














