Nə ailəmdə, nə iş yerimdə, nə də yoldaşlarım arasında namaz qılan yoxdur. Ailəm dindar olmadığı üçün namaz qılınan, oruc tutulan bir mühitdə böyümədim. Bəzilərinin düşüncəsi belədir. Düşdüyüm mühüt belə idi. Amma mən deyərdim ki, namaz qılmamaq üçün gətirilən hər bir səbəb bahanədən başqa bir şey deyildir.
Hər şeyi təxirə saldığımız kimi namaz qılmağı da, Quran oxumağı da təxirə salmışıq. Bütün ibadətləri qocalığımıza buraxmışıq. Yaxşı, bəs heç yaşlanmasaq, ya da qocalanda ağır xəstələnsək necə? Təxirə salmağa o qədər alışmışıq ki, insan nə qədər yaşlansa, yenə də özünü qoca və ölümə yaxın görmür. Bundan əlavə insanalar, görəsən, nə düşünüb ibadəti qocalığa saxlayırlar? Quranda ağlı və şüuru yerində olan hər insanın namaz qılması lazım olduğu bildirilir, gənc və ya yaşlı deyilmir. Bəzi insanlar qürurlarından, əsla alınlarını yerə qoymaq istəmədiklərindən və Allahı ilah olaraq qəbul etmədiklərindən namaz qılmırlar. Bəziləri də namaz qılmağa, dəstəmaz almağa tənbəllik edirlər. Amma öz zövqü üçün, yalnız bir qab yemək üçün uzaq yol belə gedirlər. Ya da pul qazanacaqları bir iş olduğu zaman səhər tezdən qalxırlar. Yəni insanların çoxu öz dünyəvi mənfəətləri üçün ən ağır işləri belə edirlər. Bəs namaz, axı namaz çətin deyil. Bir dəfə başlamaq kifayətdir ki, onun gözəlliyini duyasan. Namaz qılmamaq üçün gətirilən və heç cürə anlaya bilmədiyim bir neçə bahanələrə aydınlıq gətirmək istərdim.
"Bəziləri vaxtım yoxdur, ona görə qılmıram", deyə bəhanə uydurur. Allah bizə 24 saat verib, onun 2-3 saatını ibadətə ayırmaq çoxmu vaxt aparır? Yox! Əksinə, ibadət zamanı yaşadığımız, duyduğumuz gözəlliyi heç zaman duya bilmərik. "Qəlbim təmizdir, namaz qılmasam da olar", deyənlər belə var. Düzdür qəlb təmiz olmalıdır. Allah qəlblərə baxır, amma bu namaz qılmamaq üçün səbəb deyil. Bir düşünün görək, qəlbiniz Peyğəmbərimizin, səhabələrimizin qəlbindən daha təmizdir? Əsla!
Quranda namazın gözəlliklərindən, insanı pisliklərdən çəkindirdiyndən bəhs edilir. Səmimi bir ürəklə Allahın hüzurunda dayanırıq. Namazdan sonra da sözlə anlatılmayacaq dərəcədə bir rahatlıq və dinclik hiss edirsiniz. Namaz çətin bir ibadət deyil. Həm namaz, həm də dəstəmaz son dərəcə asandır. Bundan əlavə insan özünə bu qədər gözəlliyi verən Allahla danışmanın zövqünü dadır, Ona güvənməyin dincliyini yaşayır. Mən ilk namazımı 4 il bundan qabaq qıldım və Allah ömür verdiyi müddətcə ibadətlərimi etməyə davam edəcəyəm. Allahı mənə özünü tanıtdığı və Quranı anlamama icazə verdiyi üçün çox sevirəm.
Namaza təkbirlə başlamaq "İlahi, biz Sənin hüzurunda qurban olduq!" deməkdir mənim üçün. Təkbir gətirərək qurban kəsildiyi kimi, təkbirlə namaza başlamaq da, "Allah'ım canımız Sənə fəda olsun!" mənasındadır.
Namazda qiyam Allahın hüzurunda qiyamətdəki mühasibliyi xatırladar. Qul işlədiyi günahlardan ötrü utanar və utancından ayaqda dayanmağa dərmanı qalmaz, rükuya əyilər.
Rükuda ikən "Haqqın suallarına cavab ver" deyə İlahi fərman gəlir. Qul rükudan başını xəcalətli olaraq qaldırar. Ayaqda dayana bilməz, üzü üstə səcdəyə gedər.
Təkrar ona "Səcdədən başını qaldır! Etmiş olduqlarından xəbər ver", deyə fərman gəlir. O, yenə xəcalətli bir halda başını qaldırsa da, təkrar üzü üstü səcdəyə gedər.
Namaz haqqında bir hekayə də paylaşmaq istərdim.
Bir zaman böyük bir hakim iki xidmətçisini hər birinə iyirmi dörd qızıl verib iki ay uzaqlıqdakı gözəl bir yerə istrahət etmək üçün göndərir və onlara əmr edir ki: "Bu iyirmi dörd qızılı yol və bilet xərci üçün istifadə edin və oradakı məskəninizə lazım olacaq bəzi şeyləri satın alın. Bir günlük məsafədə bir stansiya vardır. Orada nəqliyyat vasitələrindən həm avtomobil, həm gəmi, həm qatar, həm də təyyarə olur. Sərmayənizə görə seçərsiniz."
Xidmətçilərdən biri pulu qənaətlə xərcləyər və pulunu elə ticarətə xərcləyər ki, pulu birə min artar. O biri xidmətçi isə bədbəxt və avara olduğu üçün stansiyaya qədər pulunun iyirmi üçünü xərcləyər. Qumara verib məhv edər. Geridə bir tək qızılı qalar. Yoldaşı ona deyər: "Bu bir qızılı bir biletə ver ki, bu uzun yolda piyada və ac qalmayasqn. Həm də ki, bizim əfəndimiz kərimdir, bəlkə sənə mərhəmət edər, etdiyin qüsuru bağışlayar."
Ey namazsız adam və ey namazdan xoşlanmayan nəfsim! Hekayədəki o hakim Rəbbimiz olan Allahı Təaladır. O iki xidmətçi, yolçu isə biri dindar adamdır ki, namazını şövqlə edər. Digəri isə qafil və namazsız insanlardır. O iyirmi dörd qızıl isə iyirmi dörd saat olan hər gündəki ömürdür. O gözəl yer isə Cənnətdir. Bir günlük uzaqlıqdakı o stansiya isə qəbirdir. O səyahət isə qəbirə gedəcək bəşər səfəridir. Hər kəs əməlinə görə, təqva qüvvətinə görə o uzun yolu fərqli dərəcələrdə gedər. Bir qism təqva əhli şimşək kimi min illik yolu bir gündə keçər. Bir qismi də xəyal kimi əlli min illik bir məsafəni bir gündə xərcləyər. O bilet isə namazdır. Beş vaxt namaz və dəstəmaz üçün bir tək saat kafi gəlir.
Görəsən, iyirmi üç saatını bu qısacıq dünya həyatına sərf edən və o uzun əbədi həyatına bir tək saatını sərf etməyən adam nə qədər zərər edər, nə qədər nəfsinə zülm edər və nə qədər ağla və hikmətə zidd hərəkət edər, aydın olmazmı?
İnsan namazı sayəsində bu aləmlərin Rəbbi olan Allaha söykənər və Ona sığınar. Ruhu, ağlı və ürəyi hər qorxudan və çətinlikdən xilas olar. Sanki namazı ona belə nəsihət verər: Allah birdir. Başqa şeylərə müraciət edib yorulma. Onlara zillət göstərib minnət çəkmə. Onlara boyun əymə. Onların arxasına düşüb zəhmət çəkmə. Onlardan qorxub titrəmə. Çünki O birdir. Hər şeyin açarı Onun yanında və hər şeyin düzümü Onun əlindədir. Hər şey Onun əmriylə həll edilər. Onu tapdınsa, hər şeyi tapdın. Hədsiz minnətlərdən və qorxulardan xilas oldun…
XƏBƏR LENTİ
Laçın rayonunun yeni giriş tablosu
Şabalıdın qabıqlarını atmayın! Qadınlara lazım olan RESEPT
Bu rəsm 61 milyona satıldı
2020-ci il hansı bürclərə düşərli olacaq?
1-2 yaş arası uşaqla oynana bilən oyunlar
Azərbaycanda koronavirusdan ölənlərin dəfn prosedurları açıqlandı - RƏSMİ
Türkiyədə dəhşətli yol qəzası
Mərci plov (foto resept)
"Qadin.Net"-lilərin bəzəkli küknar ağacları
Damla şirniyyatı (foto-resept)
Qələmlə sənət əsəri yaratmaq
Azərbaycanda məktəblilər neçə gün evdə olacaqlar?
Seda Sayanın saatlı ayaqqabısı qalmaqal oldu-FOTO
"Yeralması" şorbası (video-resept)
Kivi ilə cavanlaşdırıcı və ağardıcı maska
Kimlər qızıl-zinət əşyaları taxa bilməz?
ABŞ-a yeni prezident
5 rayonda əmək yarmarkaları keçiriləcək
Rusiya koronavirus peyvəndini beş ölkədə istehsal edəcək
Makiyajsız da gözəl görünmək olur
Kiberhücumların miqyası genişlənir
45 ildən sonra bir ilk
Tarixin sirli təsadüfləri
“Nu poqodi” cizgi filmi müasir üslubda hazırlanır
NASA rəsmisi: "Yadplanetlilər mövcuddur"
Suriyada törədilən terror aktlarında 100 nəfər həlak oldu
Düşmən Daşkəsəni artilleriya atəşinə tutur - RƏSMİ
Suda yaşayan heyvanların qorxulu yuxusu: plastik əşyalar
Hamilələr üçün vacib olan qidalar
Xalq rəssamı vəfat etdi
Silahlı Qüvvələrin Yardım Fonduna yığılan vəsaitin həcmi açıqlandı
Namaz və onun qaydaları (4-cü hissə)
Klaç çanta modelləri
Günvurmadan necə qorunmaq olar?
Azərbaycana qarşı növbəti erməni təxribatı
Payız mövsümü vəziyyəti daha da çətinləşdirəcək - Qrip, yoxsa COVID-19?
Culiya Roberts 45 kq oldu-FOTO
Dünyada İLK - Siçan Virusu
Bülənt Ərsoy xəstəxanaya yerləşdirilib
Kompüterdə izləri necə silməli?
Fransanın "OpinionWay" Tədqiqatlar İnstitutu: Respondentlərin 79,9 faizi İlham Əliyevin namizədliyini dəstəkləyir
Ana dilimizə sahib çıxaq
"YouTube"da ən çox izlənən video artıq odur - 3 milyard 55 milyon
Türkiyədə kütləvi dəfn mərasimi keçirildi
Nəyi nə qədər yemək adamı öldürə bilər?
2 min 600 illik möhür aşkar edilib
Qurban bayramında neçə gün iş olmayacaq?
İki həftəlik sərt karantin rejimi avqusta kimi uzadılır? - AÇIQLAMA
Ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar Türkiyədə tədbirlər keçirilib
Biskvitli keks (foto resept)
- ŞƏRHLƏR