Möminin başına gələn imtahanlardan biri də odur ki, Rəbbinə üz tutaraq təkrar-təkrar, uzun müddət və səmimi qəlbdən dua edə, lakin duasının qəbul olduğunu hiss etməyə. O zaman bunu görən Şeytan fürsətdən istifadə edərək həmin insana vəsvəsə verər və Rəbbi barədə cürbəcür pis zənlərə qapanmasına çalışar.
Lakin kimin başına belə bir iş gələrsə, Şeytanın vəsvəsələrinə uymayaraq, Rəbbi barəsində gözəl zəndə olsun və bilsin ki, əgər o duanın qəbul olması üçün bütün şərtləri yerinə yetirərək, səmimi qəlbdən Allaha dua etdikdən sonra duasının qəbul olmamağında böyük bir hikmət vardır ki, bunu da yalnız hər şeydən xəbərdar və hikmət sahibi olan Allah daha gözəl biləndir.
Duanın qəbul olmaması Allahın qulunu etdiyi imtahandır və ona səbr etmək lazımdır
Duanın tez qəbul olması imtahan olduğu kimi, eləcə də gec və ya qəbul olmaması da Allah-təalanın qulunun səbrini yoxlaması üçün bir imtahandır. Allah-təala buyurmuşdur:
“Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. (Dözüb-dözməyəcəyinizi, şükr edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-calalla) imtahana çəkərik. Və siz (Qiyamət günü əməllərinizin əvəzini almaq üçün), ancaq Bizim hüzurumuza qaytarılacaqsınız! ”
Ona görə də qul xeyir ilə imtahan olunarsa şükür etməli, şər ilə imtahan olunarsa səbr etməlidir. Duanın qəbul olmaması heç də bəla deyildir. Əsl bəla qulun öz yaradanını unudaraq qəflət içərisində yaşamasıdır. Ola bilsin ki, duasının qəbul olmadığını görən insan yenə də davamlı olaraq uzun- uzadı dua edər və Rəbbinə olan qəflətdən qurtulmuş olar.
Duasının qəbul olmaması ilə imtahan olunan insan, Allahın sevimli qullarının zümrəsinə daxil ola bilər
Çünki Allah-təalanın qulunu imtahan etməsi ona olan sevgisinə dəlalət edir. Necə ki, Ənəsdən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Əcrin böyüklüyü imtahanın ağırlığına görədir. Əgər Allah-təala bir qövmü sevərsə, o qövmü imtahana çəkər. Kim razı olarsa, ona Allahın razılığı, kim qəzəblənərsə, ona Allahın qəzəbi vardır.”
Duanın gec və ya qəbul olmaması qulun öz nəfsini hesaba çəkməsinə səbəb olur
Ola bilsin ki, duanın gec və ya heç qəbul olmamasının səbəbi dua edənin özündən asılı olsun. Məsələn: Əgər dua edənin yeməyində haram varsa və ya duasının qəbulunun qarşısını alan günahlara yol verirsə, yaxud dua əsnasında duanı dili və qəlbi ilə yox, yalnız etdiyi duanın mahiyyətinə varmadan dili ilə edirsə, duasının qəbuluna mane olmuş olar. Belə halda, duasının qəbulunu görməyən hər bir iman sahibi öz nəfsini hesaba çəkərək özündə olan naqisliyi axtarar, günahlardan çəkinərək tövbə edər və Rəbbinə tərəf dönər ki, buna səbəb onun duasının qəbul olmaması olar. Halbuki, əgər duası tez qəbul olarsa, özündən qafil olaraq nəfsini hesaba çəkməz və əksinə özünü güclü iman sahibi zənn edərək həlak etmiş olar.
Ola bilsin ki, dua qəbul olsun, lakin dua edənin bundan xəbəri olmasın
Artıq duanın fəzilətindən bəhs edərkən bizə məlum oldu ki, əgər insan duanın qəbul olmasına səbəb olan bütün amilləri yerinə yetirər və qəbuluna mane olan bütün şeyləri tərk edərsə, onun duası müxtəlif olaraq Allah-təala yanında mütləq qəbul olmuş olar. Belə olduğu halda, bəs nə üçün qul duasının qəbul olmadığından narahat olur? Halbuki, o, duasının səmərəsini bu dünyada görməsə belə, axirətdə Allahın izni ilə mütləq görəcəkdir
“(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda (söylə ki), Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər. ”
XƏBƏR LENTİ
Serdar Ortaç yeni sevgili tapdı?-FOTO
Məşhur modelin FOTOları Diqqət Çəkdi
İsveçrə ATƏT PA-ya sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olacağına ümid edir
Yaralı əsgərimiz qayıtdı
SON DƏQİQƏ: Azərbaycana qar yağdı - VİDEO
Şəhərini gözəlləşdirən rəssam
Qan dövranını sürətləndirən qidalar
Düşüncə qabiliyyətimizi inkişaf etdirək
Qadınların nifrət etdiyi 6 kişi davranışı
Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı vəziyyət nə yerdədir?
Cem Yılmazdan ayrılan Defne diqqət çəkdi-FOTO
Peyğəmbərin jiletinin sarıldığı dəsmal tapıldı
Azərbaycanlı qadın döyüşçü ABŞ təşkilatı ilə müqavilə bağladı
Qarabağa tank yolları açılır
Sabahın HAVAsı
Evdəki vasitələrin möcüzəvi təsiri
Yağış və külək geri qayıdır
Soyuq da gözəllik yaradır
Sağlam kökəlməyin yolları
Azərbaycan Livana bir milyon dollar yardım edəcək
Kişi+qadın=?
Azərbaycanda I və IV qruplar üzrə qəbul imtahanlarının nəticələrini açıqlandı
"Reuters": Xəzərdə 32 nəfər ölüb
Məzəli portağal
Əhvalınız xoş olsun
Şokoladlı-çiyələkli keks
Afrikanın soyq ölkəsi. Kralın toyu - FOTOSESSİYA
Soyuqda papaq taxmayanların nəzərinə
Telekanal qazisini böyük coşqu ilə qarşıladı - VİDEO
Azərbaycanda koronavirusa daha 28 yoluxma qeydə alındı, 59 nəfər sağaldı
Tropik ölçülər natürmortları
Ermənistan Azərbaycanı su ilə sınağa çəkmək istəyir
Ən bahalı və ən ucuz ixtisaslar
Damar sağlamlığı haqqında bilməli olduqlarınız
Azərbaycanda yeni taksi növü xidmət göstərəcək
Rusiya BMP-ləri Azərbaycana göndərir
Bakıda təkrar mənzillər bahalaşır
Sinoptiklərdən xəbərdarlıq
Qızının ad gününə 6 minlik tort hazırlatdı - FOTO
Möcüzəvi bal
Muxtar Maniyevin ikinci ayağı amputasiya olundu
Dəhşətli soyuqlar gəlir: ALİMLƏRDƏN XƏBƏRDARLIQ
3 yaşlı qız bütün dünyanı MAT QOYDU -FOTO
İŞİD özünü məhv edir
HAVA necə olacaq?
Dünya bu qızdan danışır-FOTO
Alkoqola görə 226 sayt bloklandı
Dünyanın ən böyük məzarlığı
Onurğada ağrılar niyə yaranır?
Günün ulduz falı
- ŞƏRHLƏR