G.....m
Xoşbəxtəm, çünki? Bu sual məni düşünməyə vadar etdi. Xoşbəxt olmağım üçün çox səbəbim varmış. Xoşbəxtəm, çünki ilk olaraq qəlbimdə Allah sevgisi var. Bu sevgini Rəbbim qəlbimə saldığına görə, hər gün 5 dəfə onunla görüşməmə icazə verdiyinə görə (namaz vasitəsilə), əllərimi qaldırıb dua edə bilməmə icazə verdiyinə görə (hər nə qədər ona layiq qul ola bilməsəm də). Xoşbəxtəm, çünki ailəm var, nişanlım var. Sevirəm, çox sevilirəm. Məni sevənlər, qayğımı çəkənlər var. Xoşbəxtəm, çünki gözəl işim var. Allah ruzimi verir, çox şükür. Xoşbəxtəm, çünki görən gözlərim, eşidən qulaqlarım, gəzən ayaqlarım, hərəkət edən əllərim var.
Xoşbəxtəm, çünki Qadin.Net-də dəyərli dostlarım var. Amma əsl xoşbəxtliyi inşəallah ana olsam, dadacam. Çünki mənə görə bu həyatda əsl xoşbəxtlik ana olmaq, o hissi yaşamaqdır. Bütün bunları mənə bir daha düşündürdüyü üçün Asi bacıma təşəkkürlər.
Davetsiz Misafir
Xoşbəxtəm, çünki gözəl Allahım var. Xoşbəxtəm, çünki ailəm var, mənimlədir və məni qoruyan, sevən yoldaşım var. Xoşbəxtəm, çünki Allahım bu gözəl hissi bizə yaşadır, balamı hiss edirəm. Xoşbəxtəm ki, bu cür rəfiqələrim var. Xoşbəxtəm, çünki şükr etməyi Allahım mənə nəsb edir. Xoşbəxtəm, çünki yuxudan ayılanda üşüyürəm deyəndə üstümü örtən biri var. Allah hər kəsi qorusun, çox xoşbəxtəm
Torpaq
Xoşbəxtəm, çünki müsəlmanam. Bəlkə elə olmasaydı, çoxdan həyat məni bitirərdi... İmandan sonra ən böyük xoşbəxtliyim ailəmdi və ən əsası yoldaşım. Çünki həyatımı paylaşdığım insan odur. Onun sağlamlığı elə mənim xoşbəxtliyimdi.
Mavi Gozlu Meleyim
Mən xoşbəxtəm, ona görə ki, gözəl bir ailəm var. Azərbaycan kimi gözəl vətənim və onun uğrunda canından keçən igid əsgərlərimiz var. Bir də ona gorə xoşbəxtəm ki, uca Allahım həytda gözəl nə varsa, mənə bəxş edib. Allahdan son arzunda budur ki, ölənə qədər mənə bəxş etdiyi gözəllikləri əlimdən almasın.
♥Çalıkuşu ♥
Xoşbəxtəm, çünki məni sevən ailəm var. Xoşbəxtəm, çünki mənim əzizlərim var. Xoşbəxtəm, çünki təhsil alıram. Xoşbəxtəm, çünki mənim hər anımda yanımda olan dostlarım var. Xoşbəxtəm, çünki düşmənim yoxdur. Xoşbəxtəm, çünki Allah mənə görməyə göz, danışmağa dil, eşitməyə qulaq, gəzməyə ayaq və ən əsası sevməyə Qəlb verib. Xoşbəxtəm, çünki Allahımı tanıyıram və Ona ibadət edirəm.
♥ŞahiN Lamiyə♥
Xoşbəxtlik. Bu anlayış hamıya tanışdır, onu axtarmayan yoxdur, hamı bir nəfər kimi onu axtarır, gəzir, ona çatmaq üçün hər şeyindən keçir. Qarşıda parıldayan xoşbəxtlik işıqlarıdır ki, insanı yaşamağa ümüdvar edir. Bir sözlə desək, insan xoşbəxt olmaq üçün yaşayır. Hər kəs xoşbəxt olmağa layiqdir. Hər bir xanım! Mən çox xoşbəxtəm, çünki anam, atam, bacılarım, qardaşlarım yanımdadır. Hər şeydə məni dəstəkləyən yoldaşım var. Xoşbəxtəm, çünki ana olmağa hazırlaşıram.
MİRiyeva
Mən xoşbəxtəm, çünki Allah mənə ağıl verib. Görürəm, eşidirəm, gəzirəm, sağlığım yerindədir. Dünyada ən qiymətli şey ailədir. Allahıma min şükür gözəl ailəm var, sağlığı yerində balalarım var, heç kimə möhtac deyilik, bu da böyük xoşbəxtlikdir. Allah bizləri özündən başqa heç kimə möhtac etməsin. Heç kim tam xoşbəxt olmur. Mənim də tam xoşbəxtliyimçün bircə atam çatmır. Kaş o həyatda olaydı...
Zehra.
Mən çox xoşbəxtəm. Çünki sevdiyim insanla ailə qurub xoşbəxt bir ömür sürürəm. Xoşbəxtəm, çünkü sevgimizdən yaranan iki qızımız var. Xoşbəxtəm, çünki hər zaman yanımda olub, mənə dayaq olan ailə üzvlərim var. Ən əsası qəlbimdə böyük, lap böyük Allah sevgisi var. Allaha min şükr. Atasız böyümüşəm, amma arxam-dayağım çox böyükdür. Yenə də özümü bu günkü gün çox xoşbəxt hiss edirəm. Allahın bu gününə də çox şükr edirəm. Qoy bu xoşbəxtliyim daimi olsun, inşəallah!
Sema
Xoşbəxtəmmi? Bilmirəm, çünki ayla, illə, hətta günlə belə ölçülmür xoşbəxtlik. Anla, dəqiqələrlə ölçülür. Daha çox şanslıyam deyə bilərəm. Sevdiyim və məni sevən ailəm-atam, anam, bacılarim, qardaşım, həyat yoldaşım, övladım var. Sağlamlığımız, ağlımız yerindədir. Bəzən mənəvi sıxıntılarım olsa da, onu dəf etməyə kömək olacaq insanlar var əhatəmdə. Normal yaşamaq üçün maddiyatımız var, heç kimə möhtac deyilik, şükrlər olsun və bir də ki, güvəndiyim, sığındığım, özümdən belə çox sevdiyim qoruyan Allahım var! Bunun üçün çox şanslıyam və hər günümə şükr edirəm. Allahım məni ailəmlə, yaxınlarımla, sevdiklərimlə sınamadığı müddətdə də şanslı olduğuma əmin olacağam. Ümumən bunlara baxsam, xoşbəxtəm deyə bilərəm. Allah bilərək və bilməyərək elədiyim günahlarımı bağışlayıb tövbələrimi qəbul etsin!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bu günün hava proqnozu
"Barselona"nın ulduzu türklərdən üzr istədi
Muncuqla hamiləliyi planlaşdırma
Beli daha incə göstərməyin yolları
Ebru Şallının 3 qızıl qaydası
Yuxu dərmanları qaraciyəri dağıdır
Münasibətdən asılı olduğunuzu göstərən təhlükəli işarələr
95 yaşlı milyarder evləndi-FOTO
İlham Əliyev ailə üzvləri ilə səs verdi - FOTO
Məşhur aktrisa çəkilişə oğlunu da gətirdi - FOTO
Azərbaycanda 18 kəndin adı dəyişdirildi
İpoteka üçün müraciət edənlərin sayı azalıb
Azərbaycanda bu müəllimlərdən vergi alınacaq
İdeal bədən quruluşuna sahib modeldən AÇIQLAMA
Şükufə Yusupova "Şöhrət" ordeni ilə təltif edildi
Peyin qalığı 10 min dollara satılacaq
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
"Təzyiq dərmanları" qaşınma yaradır?
Bu ata və oğulu kim tanımır ki...
Qarabağ sentyabra qaytarıla bilər
Günün ulduz falı
Türkiyənin iki nazirinin 110 milyon lirə rüşvət aldığı iddia edilir
Autizmdən əziyyət çəkən uşaqlara kömək edən robot təqdim olunub
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
"Facebook Messenger"in qrup çatlarında pulköçürmə mümkün oldu
Hazal Kaya ekranlara qayıdır
BÜRCLƏR bizə nə vəd edir?-19 Yanvar
Onurğa sağlamlığı haqqında maraqlı məlumatlar
Azərbaycanlı nazir xərəklə məhkəməyə aparıldı
İspan dili 7-ci dərs
FHN Suqovuşan su anbarını mühafizəyə götürüb
Yeni tikililərdə liftdə qalanlara niyə yardım edilmir?
HAVA necə olacaq?-22 Sentyabr
Leyla Əliyevadan "18 Oktyabr" mahnısı - VİDEO
Ümummilli lideri H. Əliyevin anadan olmasının 91-ci ildönümüdür
Dünyanın ən qəribə işi
İlham Əliyev viza rejimini sadələşdirdi
Smartfon satışı artıb
Skoliozun pəhrizi
Ərdən icazə almaq qaydası
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı
Bakıda daha bir dünyamiqyaslı yarış
Bizim hekayə...
Bir ayda 20 sm saç uzatma üsulları
Bu günün hava proqnozu - 08.11.2013
Pendirli kartof kotleti (foto-resept)
75 insanın həyatını xilas edən əsgər
Şaxtada avtomobilə qulluq qaydaları
HAVA necə olacaq? 25 Mart
Millət vəkili: В«Rusiyadan qayıdan azərbaycanlılar işlə təmin olunmalıdırВ»
- ŞƏRHLƏR