Qadin.NET / Xoşbəxtəm çünki...(3)

Xoşbəxtəm çünki...(3)

Xoşbəxtəm çünki...(3)

G.....m 

Xoşbəxtəm, çünki? Bu sual məni düşünməyə vadar etdi. Xoşbəxt olmağım üçün çox səbəbim varmış. Xoşbəxtəm, çünki ilk olaraq qəlbimdə Allah sevgisi var. Bu sevgini Rəbbim qəlbimə saldığına görə, hər gün 5 dəfə onunla görüşməmə icazə verdiyinə görə (namaz vasitəsilə), əllərimi qaldırıb dua edə bilməmə icazə verdiyinə görə (hər nə qədər ona layiq qul ola bilməsəm də). Xoşbəxtəm, çünki ailəm var, nişanlım var. Sevirəm, çox sevilirəm. Məni sevənlər, qayğımı çəkənlər var. Xoşbəxtəm, çünki gözəl işim var. Allah ruzimi verir, çox şükür. Xoşbəxtəm, çünki görən gözlərim, eşidən qulaqlarım, gəzən ayaqlarım, hərəkət edən əllərim var.
Xoşbəxtəm, çünki Qadin.Net-də dəyərli dostlarım var. Amma əsl xoşbəxtliyi inşəallah ana olsam, dadacam. Çünki mənə görə bu həyatda əsl xoşbəxtlik ana olmaq, o hissi yaşamaqdır. Bütün bunları mənə bir daha düşündürdüyü üçün Asi bacıma təşəkkürlər.

Davetsiz Misafir 

Xoşbəxtəm, çünki gözəl Allahım var. Xoşbəxtəm, çünki  ailəm var, mənimlədir və məni qoruyan, sevən yoldaşım var. Xoşbəxtəm, çünki Allahım bu gözəl hissi bizə yaşadır, balamı hiss edirəm. Xoşbəxtəm ki, bu cür rəfiqələrim var. Xoşbəxtəm, çünki şükr etməyi Allahım mənə nəsb edir. Xoşbəxtəm, çünki yuxudan ayılanda üşüyürəm deyəndə üstümü örtən biri var. Allah hər kəsi qorusun, çox xoşbəxtəm

 

Xoşbəxtəm çünki...(3)

 

Torpaq

Xoşbəxtəm, çünki müsəlmanam. Bəlkə elə olmasaydı, çoxdan həyat məni bitirərdi... İmandan sonra ən böyük xoşbəxtliyim ailəmdi və ən əsası yoldaşım. Çünki həyatımı paylaşdığım insan odur. Onun sağlamlığı elə mənim xoşbəxtliyimdi.

Mavi Gozlu Meleyim

Mən xoşbəxtəm, ona görə ki, gözəl bir ailəm var. Azərbaycan kimi gözəl vətənim və onun uğrunda canından keçən igid əsgərlərimiz var. Bir də ona gorə xoşbəxtəm ki, uca Allahım həytda gözəl nə varsa, mənə bəxş edib. Allahdan son arzunda budur ki, ölənə qədər mənə bəxş etdiyi gözəllikləri əlimdən almasın.

Çalıkuşu

Xoşbəxtəm, çünki məni sevən ailəm var. Xoşbəxtəm, çünki mənim əzizlərim var. Xoşbəxtəm, çünki təhsil alıram. Xoşbəxtəm, çünki mənim hər anımda yanımda olan dostlarım var. Xoşbəxtəm, çünki düşmənim yoxdur. Xoşbəxtəm, çünki Allah mənə görməyə göz, danışmağa dil, eşitməyə qulaq, gəzməyə ayaq və ən əsası sevməyə Qəlb verib. Xoşbəxtəm, çünki Allahımı tanıyıram və Ona ibadət edirəm.

 

Xoşbəxtəm çünki...(3)

 

ŞahiN Lamiyə

Xoşbəxtlik. Bu anlayış hamıya tanışdır, onu axtarmayan yoxdur, hamı bir nəfər kimi onu axtarır, gəzir, ona çatmaq üçün hər şeyindən keçir. Qarşıda parıldayan xoşbəxtlik işıqlarıdır ki, insanı yaşamağa ümüdvar edir. Bir sözlə desək, insan xoşbəxt olmaq üçün yaşayır. Hər kəs xoşbəxt olmağa layiqdir. Hər bir xanım! Mən çox xoşbəxtəm, çünki anam, atam, bacılarım, qardaşlarım yanımdadır. Hər şeydə məni dəstəkləyən yoldaşım var. Xoşbəxtəm, çünki ana olmağa hazırlaşıram.

MİRiyeva

Mən xoşbəxtəm, çünki Allah mənə ağıl verib. Görürəm, eşidirəm, gəzirəm, sağlığım yerindədir. Dünyada ən qiymətli şey ailədir. Allahıma min şükür gözəl ailəm var, sağlığı yerində balalarım var, heç kimə möhtac deyilik, bu da böyük xoşbəxtlikdir. Allah bizləri özündən başqa heç kimə möhtac etməsin. Heç kim tam xoşbəxt olmur. Mənim də tam xoşbəxtliyimçün bircə atam çatmır. Kaş o həyatda olaydı...

Zehra.

Mən çox xoşbəxtəm. Çünki sevdiyim insanla ailə qurub xoşbəxt bir ömür sürürəm. Xoşbəxtəm, çünkü sevgimizdən yaranan iki qızımız var. Xoşbəxtəm, çünki hər zaman yanımda olub, mənə dayaq olan ailə üzvlərim var. Ən əsası qəlbimdə böyük, lap böyük Allah sevgisi var. Allaha min şükr. Atasız böyümüşəm, amma arxam-dayağım çox böyükdür. Yenə də özümü bu günkü gün çox xoşbəxt hiss edirəm. Allahın bu gününə də çox şükr edirəm. Qoy bu xoşbəxtliyim daimi olsun, inşəallah!

 

Xoşbəxtəm çünki...(3)
Inci mirzezade
Belə bir sual var: "Xoşbəxtliyi nədə görürsünüz?" Hərə bir şeydə görür. Kimi dövlətdə, kimi gəzməkdə və s. Mən xoşbəxtliyi mehribançılıqda, sağ-salamatlığımızda görürəm. Mən xoşbəxtəm, ona görə ki, Allah məni sağ-salamat, ağıllı, mehriban halda yaradıb. Şükr ata, anama ki, məni böyüdüb vətənə, cəmiyyətə yararlı övlad kimi yetişdiriblər. Şükr bizi sevənlərə. Mən xoşbəxtəm, ona görə ki, məni sevən, qayğıma qalan nişanlım və ailələri var.

Sema 

Xoşbəxtəmmi? Bilmirəm, çünki ayla, illə, hətta günlə belə ölçülmür xoşbəxtlik. Anla, dəqiqələrlə ölçülür. Daha çox şanslıyam deyə bilərəm. Sevdiyim və məni sevən ailəm-atam, anam, bacılarim, qardaşım, həyat yoldaşım, övladım var. Sağlamlığımız, ağlımız yerindədir. Bəzən mənəvi sıxıntılarım olsa da, onu dəf etməyə kömək olacaq insanlar var əhatəmdə. Normal yaşamaq üçün maddiyatımız var, heç kimə möhtac deyilik, şükrlər olsun və bir də ki, güvəndiyim, sığındığım, özümdən belə çox sevdiyim qoruyan Allahım var! Bunun üçün çox şanslıyam və hər günümə şükr edirəm. Allahım məni ailəmlə, yaxınlarımla, sevdiklərimlə sınamadığı müddətdə də şanslı olduğuma əmin olacağam. Ümumən bunlara baxsam, xoşbəxtəm deyə bilərəm. Allah bilərək və bilməyərək elədiyim günahlarımı bağışlayıb tövbələrimi qəbul etsin! 

18 noyabr 2014
GO BACK