Bu bizim hekayədir...
Bir payız günü tanış olduq səninlə. Sən də tənha idin, mən də. Sən də tərk edilmişdin, mən də. Sənin də bağlanmamış mövzuların, bitməmiş hekayələrin var idi, mənim də. Səni gördüm, gözlərinə baxdım uzun-uzun. Sən də mənə baxdın kədərli baxışlarla. O gözlərdə acı var idi, həsrət var idi. Hava da bizə uyğun idi sanki. Sakit və narın yağış yağırdı. Yarpaqlar yerə düşürdü yavaş-yavaş. Addımlar xəzəlin üstə sanki həzin bir musiqi səsləndirirdi. Ətrafda heç kim yox idi, sən və mən idik.
Yaxınlaşdıq bir-bir-birimizə. Ürəyi sözlə dolu, gözləri yaşla dolu, kədərlə dolu idi ikimizin də. Yaxınlaşdıq və sarıldıq bir-birimizə. Ağladıq... Çünki isti bir nəfəsə ehtiyacımız var idi. Başını çiyinə qoyub hönkür-hönkür ağlamağa ehtiyacımız var idi. Dərdimizi anlayana ehtiyacımız var idi. İllərlə qəlbimizdə yığılıb qalanları, göz yaşlarımızla söyləməyə ehtiyacımız var idi. İllərin həsrəti, illərin sevgi və qayğısına ehtiyacımız varidi çünki. Dərdimiz sevgi, sevilmək, isti yuva, mehriban ailə idi çünki.
İllər öncə ikimiz də tərk edildik. İsti yuvadan, sevgidən qayğıdan məhrum edildik çünki. Bu qapı ağzına buraxıldıq. İllərlə pəncərə önündə oturub, gözümüz bu qapıda qaldı. Görən nə zaman ardımca gəlib, məni geri aparacaqlar deyərək. Amma illər ötdü, nə gələn oldu, nə gedən. Artıq böyüdük. O gözü yaşlı qalan uşaqlar deyilik artıq. Həyata atıldıq artıq.
Budur illər öncə tərk edilən qapının önündəyik. Artıq öz ayaqlarımızın üzərində duran vaxta gəlib çatdıq. Bura qədər idi sığıntı olmaq, gözü yaşlı qalmaq. Artıq özümüz öz ayaqlarımızın üzərində durmalı və həyatın bütün zərbələrinə qarşı dözümlü olmalıyıq. Çünki, bizim sevincimizə sevinən bir ailəmiz yoxdur, başımıza sığal çəkən bir atamız yoxdur, bizi bərk-bərk bağrına basan bir anamız yoxdur. Çünki biz ailəsi tərəfindən tərk edilən bir "uşaqlar evində" böyüyən gənclərik. Qalx ayağa artıq, əlimdən tut, həyat bizi gözləyir...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Ermənilər digər əraziləri də işğal ediblər"
Şeron Stounun gözəllik SİRRİ Məlum oldu-FOTO/VİDEO
TƏBİB-dən məktəblərdə koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA
Ermənilər Laçından qaçırlar
Havanın temperaturu 36 dərəcəyə çatacaq
Məşhur aktyor "Feysbuk" səhifəsini bağladı
Pesto souslu balıq (foto resept)
İnsanı ölümə aparan içkilər
Bu günün tarixi (07.09.2015)
Azərbaycanda Qələbə paradının vaxtı və yeri bilindi
Messinin 30 yaşı oldu!
Günəş haqda qorxunc proqnoz
Xanımlar üçün: gözəl sinəyə sahib olmaq istəyirsiniz?
Putin Bakıda Əliyevlə Qarabağdan danışacaq
Evlilik ildönümlərini belə qeyd etdilər
Əsəb xəstəliyi testi
Sağ qalmaq üçün bunları etmək şərtdir
Azərbaycan hərbçiləri Türkiyədə təlimə başladılar
Tərəvəzli plov (foto resept)
Güzgüdəki əksim - həyat yoldaşım
Kubokun finalı... "Tofiq Bəhramov"da olmayacaq!
Uşaqlara riyazi hesablamaları sevərək öyrədin
Gəncliyin sirri-Səməni
Hansı çiçək hansı otağa qoyulmalıdır?
Kişilərin gözəl hesab etdiyi xüsusiyyətlər
Kimdir günahkar?
Dövlət qulluğuna qəbul imtahanları dekabrın 3-dən başlayacaq
Qeydiyyatsız evlərlə bağlı MÜHÜM AÇIQLAMA
Da Vinçi klonlaşdırılır
Serenay uşaqlıq fotosunu paylaşdı-FOTO
Dünyanın ən qəribə toyu
Riki Martin ilk dəfə oğlunu göstərdi - FOTO
Dünya Azərbaycanlılarının Həmrəylik Günü
MN: Ermənistan ərazisinin atəşə tutulması xəbəri düşmənin növbəti təxribatıdır
48 kiloqram arıqlayan aktrisa hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Günün ulduz falı
Marsda müəmmalı baza tapıldı-FOTO
Google istifadəçiləri izləyir
Doğum sonrası qanamalar
Göbələk xəstəlikləri
Çin dollar satışını məhdudlaşdırıb
Fərqli bəy-gəlin-FOTO
Dollar yenə ucuzlaşdı
Bu kitabı əkəndə ağac olur - FOTO
İnstagram milyonçuları
Əlil uşaq və ailə
Hamiləliyin ən gözəl tərəfləri
Azərbaycan üçün yaxşı proqnoz
Dünənki qoxu ilə bağlı analizlərin nəticəsi məlum oldu
Hava necə olacaq?
- ŞƏRHLƏR