Böyük Virtual aləmin istifadəçilərinin nəzərinə!
Qadin.Net saytının rəhbərliyi virtual aləmin hər bir sakininə Redaktor vəzifəsində çalışmağa şans yaradır.
Bunun üçün sayt rəhbərliyi hər cür şərait yaradacaq.
Aşağıdakı anket sorğusunun cavablarını Sizlər göstərilən e-mail ünvanına göndərməlisiniz və ya şərhlər bölməsində qeyd etməlisiniz.
1.Ad və ya nikiniz.
2.Sizcə sayt redaktoru hansı bilik və bacarıqlara malik olmaldır?
3.Nə üçün mübarizəyə qoşulmaq istəyirsiniz?
4.Saytın daha maraqlı və reytinqli olması üçün nə edərdiniz?
5.Sizin redaktor kimi fərqli cəhətləriniz?
Cavablarınızı [email protected] ünvanına göndərin.
2-ci MƏRHƏLƏ
“Redaktor” vəzifəsi elan edilmiş müsabiqəmiz davam edir.
Bu gündən müsabiqənin 2-ci mərhələsinə start verilir.
Müsabiqəni davam etdirmek istəyən,bizə e-mail vasitəsi və şərhlərlə müraciət edən iştirakcilar(20 nəfər) öz bilik ve bacariqlarını nümayiş etdirə bilərlər.
Saytın rəhbərliyi tərəfindən “Qadin.Net və Virtual aləm” adlı umumi mövzu təyin olunmuşdur.
Hər bir iştirakçı saytda qeydiyyatdan keçərək təqdimatını redaksiyaya göndərə bilər.
Bir sözlə, Əziz Dostlar, siz Qadin.Net saytının prezentasiyasını yaratmalısınız.
Musabiqə maraqlı olsun deyə – rəhbərlik tərəfindən hec bir "ip ucu" verilmir.
Hər kəs öz zövqünə uyğun,bilik və bacarığına uyğun çalışsın.
Hamiya uğurlar!
Qoy ən güclülər qalib gəlsin!
3-cü MƏRHƏLƏ
“Redaktor” vəzifəsi elan edilmiş müsabiqəmizə SƏSVERMƏ BAŞLADI:
Bu gündən etibarən məqalələri sizə təqdim olunan "redaktor"luğa namizədlərin səsverməsi başlayır.
Qeyd edim ki,"redaktor"vəzifəsi üçün redaksiyamıza müraciət edən və müsabiqəmizin 1-ci mərhələsinə qoşulan 20 nəfər namizədlərdən bu gün cəmisi 2 nəfər özünü sınamaqda davam edir.Bu göstərici xoşagələn hal deyildir,18 nəfərin özünü sınamaqdan imtina etməsi,2-ci mərhələdə təqdim olunan mövzunun bəlkə də onlara çətin gəlməsi ilə əaqəli ola bilər.Hər bir halda,sayt rəhbərliyi özünü sınamaqdan vaz keçməyən hər iki iştirakçını alqışlayır və onlara bu mübarizədə böyük uğur qazanmağı arzu edir.
Səsvermənin şərtləri:
1.Hər bir iştirakçıya yalnız bir dəfə səs verə bilərsiniz.
2.Səsvermə şərhlər vasitəsilə keçirilir.
3.Səsvermədə obyektiv olub,saytımız üçün doğru hesab etdiyiniz namizədi seçmək lazımdır.
4.Çox xahiş etdiyimiz bir məsələ.Səsvermə zamanı ilk yazdığınız cümlə"Mən filan iştirakçıya səs verirəm"olsun.Ardından ürək sözləriniz,təklifləriniz və ya iradlarınızı yaza bilərsiniz.
Səsvermə üçün təqdim olunan
1-ci məqalə
Müəllif - Oshim
Qadın.Net – bura əsl qadin olmaq istəyənlər üçündür…
Qadın elə bir mövzudur ki,onu nə qədər incələyirsən incələ,o hər zaman yenidir! (Tolstoy…)
Əziz qadinlar,bizim haqda deyilən bu dərin anlamlı cümləyə layiq ola bilmək üçün daim yenilənmək,dəyişilmək,mükkəmməl olmaq üçün çalışmalıyıq.Əyər yenilənməyə,hər şeydən xəbər tutmağa,qadın olmağın həm gözəl,həm çətin tərəflərini bölüşməyə,boş vaxtınızı dəyərləndirməyə,uşaqlarınızla və ya həyatınızdakı insanla münasibətləri qaydasına qoymağa,zövqlə ayaqlaşmağa,sizə uyğun olan stili tapmağa,dünya mətbəxindən yeməklər bişirməyə,evinizin görünüşü və ya özünüzü dəyişməyə,əsl qadin olmağa çətinlik çəkirsinizsə Azərbaycanin ilk milli portali olan Qadın.Net saytina qonaq olun.
Qadın olaraq həyata doğulmaq ayrı bir xoşbəxtlikdir.Amma siz bu fikirle razılaşmırsınızsa,demək ki,özünüzdə nələrisə dəyişməyin vaxtıdır.Onda bizim Gözəl Xanim rublikamız sizin üçündür.Bu rublikada siz gözəllik,sağlamlıq,dieta,arıqlama sirləri barədə olan suallarınıza cavab tapa bilərsiniz.
Əyər qadın olaraq bir çox şeydə əlacsiz və ya köməksizsinizsə,biz yenə də sizinləyik əziz xanımlar.Ailə həyatınızda,uşaqlarınızla olan münasibətlərdə və ya özünüzdə olan hər hansı psixoloji problemləri ise,Psixoloq Məsləhəti bölməsində həll edə bilərsiz..
Ümumiyyətlə bir qadin kimi əzildiyinizi və ya haqlarınızın tapdandığını hiss edirsinizsə,Qadın Haqları bölməsində özünüzü və hüquqlarınızı qoruya bilərsiniz…
Dindar,hicablı xanımlarımız çox vaxt dinimizlə bu günkü yaşam arasında qalırlar,bir çox çətinliklə üzləşirlər.Əyər dinimizlə bağli olan suallara da cavab tapa bilmir və ya fikirlərinizi paylaşmaq istəyirsinizsə,buyurun bizim Qadın ve Din bölməmizə.Dinimizlə bağlı bildiyiniz,əsl müsəlman qadını barədə bildiyiniz hər şeyi bilməyən xanımlarla bölüşün,müzakirələr edin,həm öyrənin həm öyrədin…
Kişilərin ürəyinə gedən yol mədəsindən keçir… Bu sözü də çox eşitmişik elə deyilmi?! Bizim Mətbəx rublikasında hər növ yeməklərin hazırlanma qaydası barədə məlumat ala bilərsiz.Həmçinin öz mətbəxinizdə hazırladığınız dəyişik yeməklərin hazırlanma qaydalarını bizimlə bölüşə bilərsiz…
Ana olmağa hazırlaşan və ya artıq ana olan təcrübəsiz cavan anaları da unutmamışıq.Sizin üçün də,Hamiləlik və Uşaq rublikamız var.Dünyaya gətirəcəyiniz övladin sağlam,tam normal olmasi üçün hamiləlik dövründə düzgün qidalanmalı,həkimlərin məsləhət gördüyü kimi etməlisiniz hər şeyi.Bu həm körpəniz,həm özünüzün sağlamlığlğı üçün vacib şərtdir.Yəni ana olan qadınlar da körpələrini ən azı 6 ay ərzində nəzarətdə saxlamalıdırlar ki,sonra sağlam,savadlı,güclü bir övladları olsun.Bir çox xanımlar hamilə olarkən psixoloji problemlərlə üzləşirlər.Bu bəzən alınan artıq kilo,bəzən hormonal dəyişikliklər,bəzən isə analıq duyğusunun yarandığı üçün gələn kövrəkliklə bağlı olur.Sizə lazım olan hər şey Qadın.Net saytındadır.
Evinizin görünüşü sizi yorubsa,mebellərinizi dəyişmək üçün maddi büdcəniz yetmirsə buyurun yenə də bizə qonaq olun.Evini özün bəzə,Praktik məsləhətlər,Bacarıqlı əllər kimi bölmələrimiz sayəsində bu problemlər də həll olacaq.Saatlarla vaxtınız da getməyəcək.Boş vaxtlarınızı da dəyərləndirmək üçün bacarıqlı əllər bölməsindən yararlanın.
Romantik insanlar bəzən fikirlərini bölüşməyə insan tapmırlar.Çünki onları çoxu anlamır.Hətta şer yazan xanımlar çox vaxt öz şerlərini özləri oxuyurlar.Ya da sevgi ilə bağlı düşüncələr bəzən öz içimizdə sirr kimi qalır.Bizim saytda olan Ədəbi Guşə rublikamız sizin üçün əsl dost olacaq.Bizim incə qəlbli,incə düşünə bilən,romantik duyğulu,şer yazan,şer sevən xanımlarımız gəlin bizim sayta üzv olun.Yazdığınız şerləri bizimlə paylaşın,oxucu kütləniz artsın.Şer sevən insanlar da zövq alsın sayənizdə.Şerlərinizi oxuyan insanların yazacağı fikirlərə görə də özünüzü bu sahədə inkişaf etdirin.Sevgi ilə bağlı olan fikirlərinizi,problemlərinizi də bu bölmələrdə paylaşa bilərsiz.
Həyatının ən xoşbəxt və ən unudulmaz gününə yəni,toyuna hazırlaşan gəlin olacaq xanımlar,siz də bizim milli portalımıza üzv olun.Bu özəl toy gününüzdə möhtəşəm bir gəlin ola bilmək üçün bizim Azərbaycan gəlini bölməmizdəki məsləhətlərdən faydalanın.Həmçinin sizin kimi gəlin olacaq digər xanımlara bildiyiniz məsləhətləri,fikirləri deyə bilərsiz.Seçilən,fərqlənən,gözəl və sadə gəlin olmaq arzusunda olan qızlar,bizimlə birlikdə toy hazırlığınız çox sadə və zövqverici olacaq.`
Sizi və ətrafınızdakı bütün xanımları Qadın.Net saytına dəvət edirik.Azərbaycanın ilk milli portalı olan Qadın.Net əsl qadınlar və ya əsl qadın olmaq istəyənlər üçündür.
Sizi gözləyirik…Bizim sayta üzv olun,qeydiyyatdan keçin ki,siz qadinlar sayəsində çoxalaq və çoxaldiqca bildiklərimiz və edə biləcəklərimiz çoxalsin.Sizə əsl qadın olmaqda kömək ola biləcək ən doğru ünvan bizim Qadın.Net saytıdır.
Qadın xoşbəxtliyini ən gözəl şəkildə yaşaya bilməniz arzusu ilə…. Qadın.Net
2-ci məqalə
Müəllif - DedeQorqud
Qadın-dilimizi bəzəyən bu gözəl sözü eşidərkən ilk ağlımıza gələn analarımız olur. Hər bir qadın anadır.Qadın Allahın dünyaya bəxş etdiyi ən dəyərli varlıqdır. Qadın Peyğəmbər anasıdır, övliyalar, sultanlar, padşahlar, qəhrəmanlar, şəhidlər anasıdır.
Qadınlar- Ana, bacı, qız övladı. Bunlar bizim namusumuz, qeyrətimiz, həyatımızın mənasıdırlar.
Sirri Allahın sirridir ana məhəbbətinin. Nə gözəldir bu məhəbbət?! Allah heç kimi ana məhəbbətindən məhrum etməsin. Amin.
Allah (c.c) öncə Adəmi yaratdı. Sonra isə Həvvanı yaradıb ona əmanət etdi. Qadınlar bizlərə Allahın əmanətidirlər. Allahın əmanətini göz bəbəyimiz kimi qoruyub onlara hörmət göstərməmiz Allaha olan sevgimizin təcəssümüdür ki, bunun da mükafatı Allahdandır. Nə gözəldir bu mükafat?!
Bu gün dünyanın bir çox yerlərində qadınlara qarşı göstərilən şiddətləri düşünəndə onların cəzalarının necə ağır olacağını təsəvvür belə edə bilmirəm. Qadına əl qaldırmaq anaya əl qaldırmaqdır, Allaha asi olmaqdır. Qadınlara hörmət etmək Allahın sevgisini qazanmaqdır.
Bu gün dunyaya və Azərbaycana baxıb müqayisə aparanda həqiqətən də Azərbaycan qadınlarının çox gözəl mədəniyyətə sahib olduqlarını açıq-aydın görürük. Qadınlarımızın bu günki sosial fəaliyyətləri təqdirəlayiqdir. Bəzən kişilər qadınların ugurlarını qəbul etməkdə çətinlik çəkir, onları zəif yaradılmış məxluq kimi görürlər. Bu ağılasığmaz dərəcədə düşüncəsizlikdir. Qadınlar da bizim yaşadığımız dünyada insan olaraq yaşayırlar. Onların bizim üzərimizdə haqları biz kişilərin onlar üzerindəki haqlarımızdan defelerle çoxdur.
Çox sevindirici haldır ki, dünya internet məkanında bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da qadınlarımızın marifləndirilməsinə, onların hüquqlarının müdafiə edilmısinə geniş yer verilir. Bunu tamamilə onlara həsr edilmiş internet saytlarımızda görürük. Bu saytlar içərisində mənim ən təqdirəlayiq hesab etdiyim "Qadın.net" internet məkanıdır. Bu internet məkanını gəzərkən qadınlarımızın axtaracaqları hər bir sualın cavabını burda asanlıqla taba biləcəklərini gördüm. Bu saytın üzvlərinin əsasən gənc xanımlardan ibarət olması saytın müasirliyindən xəbər verir. Gənc xanımlarımızın yazılarının ədəbi dilin və elmi biliklərin zənginliyi ilə bəzədilməsi onların necə savadlı, ağıllı və ədəbli olmalarını göstərir.
Bu saytın Facebook, Twitter və s. kimi böyük insan kütləsi tərəfindən istifadə olunan internet səhifələrindəki fəaliyyəti də çox qənaətbəxş olub məni sevindirir. Bu gün nəinki hər bir xanim, həmçinin bəylər də bu saytın xanım istifadəçilərinin sayını artırmağa calışmalı və öz həyatlarındaki xanımları da bura dəvət etməklə onların daha geniş dunyagörüşlü xanım kimi formalaşmalarına şərait yaratmalıdırlar.
Cəmiyyətimizin daha da gözəlləşməsi üçün övladlarımıza tərbiyə verən analarımızın savadlı olmaları və öz hüquqlarını müdafiə etməyi bilmələri vacibdir.
Bəylər, unutmayın ki, bizləri və bizim övladlarımızı qoynunda böyüdən analardır.
Dünyada ən uca varlıqdır Ana.
Nə vaxt xəstələnib düşsən yatağa,
Həmişə qeydinə qalandır Ana.
Anadır dünyada kəsən savaşı,
Övladı yolunda tökən göz yaşı.
Saçı ağarsa da ötsə də yaşı,
Taleyin gözündə cavandır Ana.
Qismətim beləymiş, mən hardan bilim!?
Ana həsrətiylə alışım, yanım.
Allahdan arzumdur əvvəl mən ölüm,
Qəbrimin üstünə gül qoysun Anam.
Bütün aləm duysun, qoy qulaq assın.
Anamçün dünyada sultanam, xanam.
Yatarkən şəklimi bağrına bassın,
Cansız övladından qoy doysun anam.
Əl açıb yalvardım hər gün Allaha,
Yuxuma girəydi bir gecə Anam.
Nolar, ayrılmayim ondan bir daha,
Oğlunun ətrini qoy duysun Anam.
Hər gün qarşısında diz çöküm Allah,
Duasın qəbul et aciz insanın.
Dərd sərini ver mən çəkim Allah,
Dərd çəkməsin Anam, hey gülsün Anam.
Beləliklə nəticələrlə tanış olun:
1-ci yer 32 səslə 2-ci məqalənin müəllifi Dede Qorqud
Administrasiya adından qalib, Dede Qorqudu təbrik edir,saytımızda layiqli və faydalı redaktor olmasını,sayt əhlinin maraqlarına və istəklərinə cavab verə biləcək bir heyət üzvü olmağı,hər zaman ekskluziv, maraqlı və bolluca reytinq toplayacaq xəbərləri ilə gündəmdə qalmasını arzulayırıq!
Eyni zamanda müsabiqənin digər iştirakçısı Oshimə müsabiqənin başından bəri geri çəkilmədən apardığı mübarizəyə və sayt tanıtımı üçün işlədiyi məqaləyə görə Gold user statusu hədiyyə olunur.
Allah hər şeyi könlünüzcə etsin!
XƏBƏR LENTİ
İşıq sayğaclarına müdaxilə iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
Gözəl mebellər
Ərtoğrol Cavid (vaxtdan uca)
Süfrə nümunələri
Sürücülərə ÜZÜCÜ XƏBƏR: Burada avtomobil saxlayan cərimələnəcək - VİDEO
Yola çıxanların nəzərinə
Bədənin 5 sehrli nöqtəsi haqqında bilmədikləriniz
Musiqilər zehnimizdə niyə təkrarlanır?
Sayğaca baxmadan yığılan pullar sakinləri pis vəziyyətdə qoydu - VİDEO
Azərbaycanın 7 yaşlıı vunderkindi-FOTO
Araşdırmalar zamanı ən duzsuz çörəyə Çində rast gəlinib
Pizza xəmiri (foto resept)
"Heyf deyildi əvvəlki Bakı"
Bəşər Əsəd dürüstlük testindən keçdi
Alman dili 3-cü dərs
"Sofi Loren" piroqu (foto resept)
Telefonunuzu gecə rejiminə qoymayın – XƏBƏRDARLIQ
Günün qoroskopu:Gərgin gündür!
"Jozefina" tortu (foto resept)
Azərbaycanda yeni universitet yaradılacaq
102 tələbəyə təhsil krediti veriləcək
Azərbaycanın dövlət bayrağı dünyanın ən hündür beşinci göydələnində dalğalanıb
Bibər və pomidor ilə badımcan(foto resept)
İlin ilk günəş tutulması belə olacaq
Əl və ayağa qulluq necə olmalıdır?
Azərbaycanın tanınmış rəssamının əsərləri oğurlanıb.
Daşınmaz əmlakın reyestri ilə bağlı fərman
Burma kartof (foto resept)
Whatsapp məhz bu telefonlarda işləməyəcək - SİYAHI
Dərinizin gənc qalmasını təmin edən ərzaqlar
36 yaşlı modeldən gözlənilməz FOTO
UEFA-dan futbol federasiyasına cəza
Karlos ilə Messi arasında ölümünə savaş
Maşa və Ayı (pazl)
Ermənistanın daha bir polkovniki məhv edildi
Xalça yuma üsulları
NASA xəbərdarlıq etdi-FOTO
Mehriban Əliyeva Əlibaba Məmmədovu 90 illik yubileyi münasibətilə təbrik etdi
Maska taxmaq mübahisəsinə ELMİ AYDINLIQ gətirildi
Midye şirniyyatı (foto-resept)
Bu metro stansiya bağlanır
Yeni il dekorasiyası
Sehirli dəyirman
Məşhur aktrisa xərçəngə qalib gəldi
Hadisənin klipi plagiat çıxdı-VİDEO
BÜRCLƏR bizə nə vəd edir? - 21 fevral
Ermənistana məxsus daha bir PUA məhv edildi - RƏSMİ
Nazirlikdən Çindən Bakıya gələn şəxslərlə bağlı açıqlama
Qadın tələbələr daha çox kolleclərdə, yoxsa ali məktəblərdə oxuyurlar?
Gəlin övladlarımızı qoruyaq
- ŞƏRHLƏR