Kim demiş ki, sərxoşluq pis şeydir? Mən ki, hər şeyimi ayıq ikən itirdim...
Həyat necə də qəribədir. Dünyaya göz açırsan, hələ körpəsən. Ana, ata, baba və s. kimi sözləri deməyi öyrənirsən. Hamı səni çox istəyir, çox sevir, qayğına qalır. Sənə bir şey olanda əldən ayaqdan gedirlər. Balaca bir yaran olanda belə səni tez həkimə aparırlar. Qayğına qalıb, sevgi içində böyüdürlər. Nə istəyirsənsə sənə verirlər. Nəyə əlini uzadsan, onu alırlar. Heç nədən korluq çəkməyəsən deyə əlindən gələni əsirgəmirlər. Belə-belə zaman keçir, böyüyürsən. Sonra məktəbə gedirsən. Mən də elə idim. İlk dəfə məktəbə ayaq basdığım gün belə yadımdadır. İçəri daxil oldum, içəridə çoxlu mənim yaşımda uşaqlar gördüm, müəllimlər gördüm. Yazmağı, oxumağı öyrəndim. Hər birimizdə belə olur. Gündən- günə böyüyürük. Valideynlərimiz bizə balaca vaxtı elədiklərinin qarşılığını almaq istəyirlər. Onlar bizim yaxşı oxuyub, yaxşı təhsil alıb, başlarını uca tutmağımızı istəyirlər. Həyatda öz yerimizi tapmağımız üçün yol göstərirlər.
Həyat adlı böyük məktəb səni öz sınaqlarına çəkir, dərs öyrədir. Artıq balaca vaxtlarındaki kimi heç də hər şey sənin istədiyin kimi olmur. Həyatda elə şey var ki, adamı tamamı ilə dəyişdirir. Bu da eşqdir... Üç hərfli olmağına baxmayaraq, özü çox böyük bir şeydi. Kimisə sevirsən, bəzisi bunun qarşılığını görür, bəzisi isə qarşılıqsız sevir. Yuxarıda yazmışdım balaca vaxtı nə istəsək verərdilər, alardılar. Təki könlüm xoş olsun, təki mən xoşbəxt olum deyə. Bəs indi mən sevdiyim adamı istəyirəm, niyə vermirlər? Niyə yenə də könlümü xoş etmirlər? Çünki bu onların əlində olan bir şey deyil. Ərköyün uşaq kimi oturub ağyalaraq tələb də də bilmərəm. Görəsən bütün sevgililər belədir? Qarşılıqlı və ya qarşılıqsız sevən hər kəsi düşünürəm. Məgər sevdikləri insanı hər ürəkləri istəyəndə görmək onlara da çətindir? Gözlərini yumduqları an onun xəyalı ilə danışıb, yuxuya gedirlər? İstədikləri şəxsi adlarını çəkməklə qarşılarında görə bilirlərmi?
Mən isə çox darıxıram. Onun üçün, sevgim üçün... Hər an telefona ondan bir mesaj və ya zəng gəlməyini gözləyirəm. Hər gün səhər duranda ilk ağlıma gələn o olur. Axşam yatanda onu düşünərək, xəyal edərək yatıram. Onunla var olacaq həyat arzulayıram. Arzulamaqla günü-günə calayıram. Lakin sinəmdəki bu həsrət bitmir. Mən bu həsrətə necə dayana bilərəm axı, onun üçün çox darıxıram. Baxın həyatın qəribə olması elə bundadır. Sevəsən lakin sevdiyini görə bilməyəsən, əlini uzadarsan, amma tuta bilməyəsən. Sevgi özü də həyat qədər böyük "məktəb"dir. Ondan kəsilmək də, keçmək də səbr və məharət tələb edir...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dərini 1 gecəyə ağardan maska
Səssiz haray
Bahalaşmanın qarşısı necə alınsın?
Kəndli kənddən niyə qaçır?
Pul qarşılığında vətəndaşlıq təklif edən ÖLKƏLƏR
ARGTMŞ Avropa İttifaqının layihəsini Azərbaycanda həyata keçirəcək
Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunacaq
Mən arıqladım!
İzmirdə axtarış-xilasetmə işləri başa çatdı - VİDEO
"Eşkıya dünyaya hükümdar olmaz"ın çəkilişləri başladı
Namazı belə qılaq
Qadınlarda ən sıx rast gəlinən 5 xəstəlik!
Günün ulduz falı - 19.12.2013
Jeleli tort (foto resept)
Uşaq otağı üçün xalçalar
Qısqanclıq hissinin yaranma səbəbi
Qadınlarda və kişilərdə cinsi istəyin azalma səbəbləri
Bakıda yağış yağacaq
Ləzgi paxlavası (foto resept)
Nağıl kimi yerlər-1
Ciddi sarsıntılara HAZIR OLUN-FOTO
Bakıda yeni kəsim məntəqələri quraşdırılır
Günün qoroskopu: Uğurlu gündür!
Bahalı geyimlərin zərərləri nədir?
Elmə məlum olmayan heyvan tapıldı
Castin Biberin xanımından Gözlənilməz Etiraf - FOTO
Rubl necə yüksələcək?
17 asteroiddə su aşkarlandı
Günün ulduz falı
Brabus-dan kabriolet Mercedes
Məktəbli formalarına tələbat böyükdür
Azərbaycanlı uşaqlar nəyin ardınca gedirlər?
Məşhur filmlərdəki səhvləri gördünüz?
Səhər yeyildikdə arıqlamağa kömək edən ərzaqlar
Şeyx xalqa müraciət etdi
Zərf
Şeyma Subaşı məhkəməlik oldu-SƏBƏB
ABŞ-da internet qanunları dəyişir
İnsanlara kömək et, uzunömürlü ol
Balaca modabazlar
Kıvanç Tatlıtuğ Yeni ili İspaniyada qeyd edəcək
"Sarpız"la bağlı əhaliyə XƏBƏRDARLIQ
Moda brendlərini tanıyaq (3)
Bakıda II Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək
Manatla bağlı qorxudan proznoq: "Bu, son deyil"
Qış aylarında koronavirus daha da şiddətlənəcək - XƏBƏRDARLIQ
Bank Kıvanç Tatlıtuğa təzminat ödədi-SƏBƏB
Arda Kuralın vəziyyəti pisləşdi-FOTO
Səudiyyə nefti bahalaşdırdı
Tiflisdə məhşər günü: azərbaycanlıların durumu
- ŞƏRHLƏR