Kim demiş ki, sərxoşluq pis şeydir? Mən ki, hər şeyimi ayıq ikən itirdim...
Həyat necə də qəribədir. Dünyaya göz açırsan, hələ körpəsən. Ana, ata, baba və s. kimi sözləri deməyi öyrənirsən. Hamı səni çox istəyir, çox sevir, qayğına qalır. Sənə bir şey olanda əldən ayaqdan gedirlər. Balaca bir yaran olanda belə səni tez həkimə aparırlar. Qayğına qalıb, sevgi içində böyüdürlər. Nə istəyirsənsə sənə verirlər. Nəyə əlini uzadsan, onu alırlar. Heç nədən korluq çəkməyəsən deyə əlindən gələni əsirgəmirlər. Belə-belə zaman keçir, böyüyürsən. Sonra məktəbə gedirsən. Mən də elə idim. İlk dəfə məktəbə ayaq basdığım gün belə yadımdadır. İçəri daxil oldum, içəridə çoxlu mənim yaşımda uşaqlar gördüm, müəllimlər gördüm. Yazmağı, oxumağı öyrəndim. Hər birimizdə belə olur. Gündən- günə böyüyürük. Valideynlərimiz bizə balaca vaxtı elədiklərinin qarşılığını almaq istəyirlər. Onlar bizim yaxşı oxuyub, yaxşı təhsil alıb, başlarını uca tutmağımızı istəyirlər. Həyatda öz yerimizi tapmağımız üçün yol göstərirlər.
Həyat adlı böyük məktəb səni öz sınaqlarına çəkir, dərs öyrədir. Artıq balaca vaxtlarındaki kimi heç də hər şey sənin istədiyin kimi olmur. Həyatda elə şey var ki, adamı tamamı ilə dəyişdirir. Bu da eşqdir... Üç hərfli olmağına baxmayaraq, özü çox böyük bir şeydi. Kimisə sevirsən, bəzisi bunun qarşılığını görür, bəzisi isə qarşılıqsız sevir. Yuxarıda yazmışdım balaca vaxtı nə istəsək verərdilər, alardılar. Təki könlüm xoş olsun, təki mən xoşbəxt olum deyə. Bəs indi mən sevdiyim adamı istəyirəm, niyə vermirlər? Niyə yenə də könlümü xoş etmirlər? Çünki bu onların əlində olan bir şey deyil. Ərköyün uşaq kimi oturub ağyalaraq tələb də də bilmərəm. Görəsən bütün sevgililər belədir? Qarşılıqlı və ya qarşılıqsız sevən hər kəsi düşünürəm. Məgər sevdikləri insanı hər ürəkləri istəyəndə görmək onlara da çətindir? Gözlərini yumduqları an onun xəyalı ilə danışıb, yuxuya gedirlər? İstədikləri şəxsi adlarını çəkməklə qarşılarında görə bilirlərmi?
Mən isə çox darıxıram. Onun üçün, sevgim üçün... Hər an telefona ondan bir mesaj və ya zəng gəlməyini gözləyirəm. Hər gün səhər duranda ilk ağlıma gələn o olur. Axşam yatanda onu düşünərək, xəyal edərək yatıram. Onunla var olacaq həyat arzulayıram. Arzulamaqla günü-günə calayıram. Lakin sinəmdəki bu həsrət bitmir. Mən bu həsrətə necə dayana bilərəm axı, onun üçün çox darıxıram. Baxın həyatın qəribə olması elə bundadır. Sevəsən lakin sevdiyini görə bilməyəsən, əlini uzadarsan, amma tuta bilməyəsən. Sevgi özü də həyat qədər böyük "məktəb"dir. Ondan kəsilmək də, keçmək də səbr və məharət tələb edir...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qreypfrutla gözəlləşin
Azərbaycanda sərnişindaşıma tarifləri ucuzlaşıb
General Motors qadına tapşırıldı
Demet Akalın karantin günlərindən danışdı
Şəhər sakinləri “həşərat istilası”nın əsarətində - VİDEO
Patoloji qısqanclıq və ya Otello sindromu
Bulvarda fləşmob – “Himnimizi bir yerdə oxuyaq” - FOTO
10 oğuldan sonra qız anası oldu-FOTO
Hava haqqında
30 yaşında olan qadınlarda böhran
Güllü qurabiyə (foto resept)
“Əsas məqam imtahanın yazılı və ya şifahi olması deyil”
Con Kerri: "Bu mənim son dayanacağımdır"
Kim? Harada? Necə? (Final)
Hadise Corc Kluni, Madonna və "Rembo" ilə qonşu olacaq-FOTO
Payız pəhrizi necə edilər?
Efiopiyada 15 nəfər zibilin qurbanı oldu
Məşhur müğənni Azərbaycanda klip çəkdirir
Qadinları yaşlandıran 5 fakt...
Bayram namazının vaxtı açıqlandı
Milli İnternet Mükafatı - Biz birinciyik!
Həqiqəti yıxa bilməyən erməni güləşçinin yalanı - VİDEO
"Bakı-Tbilisi-Qars regiona sülh və sabitlik də gətirəcək"
NASA: Çox güman ki, Marsda həyat var
Şokoladlı-portağallı keks (foto resept)
Məşhur aktrisa qəzəbləndi-SƏBƏB
Coronavirusa qarşı bu dərmanlar tövsiyə edilir - Nazirlik AÇIQLADI
Rəssamın yeməli dəbi
Koronavirus beyini belə məhv edir - ARAŞDIRMA
Susuzluq ağız qoxusuna səbəb olur
FİFA prezidenti İranı qadınlara stadiona getməyə icazə verməyə çağırıb
Xalq artisti Ofelya Sənani xəstəxanaya yerləşdirilib - İnfarkt keçirdi
Rusiyadan 70 milyard dollarlıq sərmayə çıxarılacaq
Çəki azaldan bitki
Aleksandr Samedov: "Azərbaycan mənim vətənim deyil"
Bakı metrosu nə vaxt işləyəcək?
Böyük qalmaqal: İdmançımız 1-ci oldu, Ermənistan himni səsləndirildi
Swatch və Apple toqquşdular
Abdullah Gülə SUİ-QƏSD edilib-FOTO
Evdə işləyərkən məhsuldarlığı artırmaq üçün..
Arıqlama haqda yanlış məlumatlar (1)
Tezliklə ayrılacağınızın 5 əlaməti
Paşinyandan acı etiraf: “Rusiyanın Dağlıq Qarabağ məsələsində neytrallığını anlayırıq”
İmmunitet xərçəng şişlərini məhv etməyə qadirdir
Ermənilərin Laçında törətdiyi barbarlıq davam edir- FOTO
Tanınmış aktrisa öldü
Gənclər Fondu “Mobil kitab rəfi” yaratdı
Əzizim əzizdi, tərbiyəsi ondan da əzizdi...
Sitatlarımız - IV hissə (Son)
Əfqanıstan prezidenti bu gün and içəcək
- ŞƏRHLƏR