Bakıda hava 22°
USD AZN
EUR AZN

Toy adətlərimiz

Bir neçə gün öncə kəndimizdə mağar toyunda oldum. Toy o qədər xoşuma gəldi ki,imkanım olsa öz toyumu gedib kənddə edərəm :))

Toyun gedişatını sizlərlə bölüşmək istəyirəm.

Gündüz saat 2-də toy başladı.Qızlar,gəlinlər,cavan oğlanlar kömək etmək üçün ortalıqda qaynaşır. Həyətin bir tərəfində qazanlar qaynayır,bir tərəfində manqalların tüstüsü bürüyüb göy üzünü.

Toy adətlərimiz

 

Qonaqlar tələsə-tələsə öz yerlərini tutmağa çalışır. Təbii ki qadınlar ayrı,kişilər ayrı mağarlarda yemək yeyəcək. Uzun zamandır bir-biri ilə görüşməyən qohumlar,qonşular görüşür,hal -əhval tutur. Şəhərdən gələnlər kənddəkilərin diqqət mərkəzində olur :)) Təsəvvür edin toya gələnlərin yarısı ilə tanış edilib,görüşmüşəm. Bir gün içində xeyli tanımadığım qohumlarımı tanıdım. Kənd toylarında belə bir adət var ki,kənddə yaşayanlar günorta gəlib yemək yeyirlər,biraz oturub sonra dağılışırlar.

 

Toy adətlərimiz

 

Gedib axşam üçün başqa geyim geyinib,bəzənirlər. Və axşamçağı hamı yığışır eyni mağara. Milli musiqilərimiz ard-arda çalınır,toy əhli fasilə vermədən ürəkdən rəqs edirlər. Toy kiçik toyu idi. Saat 11 ərəfələrində bəyi gətirdilər toyxanaya. Bəy gətiriləndən sonra toy daha da şənləşdi. Ən xoşuma gələn adətlərdən biri bəy gəlməmişdən qabaq toydakılardan kimsə bəyin stolunda oturur və bəydən,bəyin atasından,əmilərindən,dayılarından,babalarından xələt almayınca stoldan durmur :)) Oturduğu yerdə xeyli pul qazanır həmin adam :)) Heç kim getmək istəmirdi, gecə saat 2-yə kimi davam etdi toy. Sonunda musiqiçilərin necə əldən düşdüyünü gördük insafa gəldik və toyu dağıtmağa qərar verdik :)) Ən sonda yallı getdik və toy dağıldı. Toy evində qalacaq olanlar və kənddə yaşayan qohumlar ,yadlar dağılandan sonra mağara yığışır,səhərə kimi söhbət edir,çay içir. Və toyu beləcə bitirmiş oluruq. 

O qədər gözəl hisslərlə qayıtdım ki,evimizə. Doğurdan da köhnə adət- ənənəni yaşatmaq çox gözəldi. Şəhərlərdə mümkün deyil,amma ən azından  rayon yerlərində bu cür toylar etməyi davam etdirmək lazımdı.

Siz restoran toyu ilə kənd toyu arasında nə kimi fərqlər görürsüz? Sizcə hansı daha maraqlıdır? Sizin toylarınızda qeyri -adi adət-ənənələr hansılardır?

Səslərin sayı: 10
64
15072
loading...
Şərhlər
Offline
איסון ממדוב.
Siz restoran toyu ilə kənd toyu arasında nə kimi fərqlər görürsüz? Sizcə hansı daha maraqlıdır? Sizin toylarınızda qeyri -adi adət-ənənələr hansılardır?
Məncin kənnd toyu daha maraqlidi cunki eziyyetin ozun cekirsen buda sene bir basqa ehval ruhiyye bexs edir 3-4 defe kend royunda olmusam cox gozel olur neinki restaran toyu
26 avqust 2014 10:18
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Rzayeva Guler
Bu Kend toylari bele olur. 1 defe olmusam Kend toyunda xosma gelmeyib
11 sentyabr 2013 20:04
Offline
mira-kerim
bizim kəndlərdədə eyni belə olur..ama bir gün toydan əvvəl axşam toy calinir..bütün kənd yigilib magarda toya baxirlar..vəə cooooooooxx maragli olur
5 yanvar 2013 15:00
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
LEQENDA.
Men isterdim kicik toylar haqqinda da yazardiz.cunki mene esas bu lazimdi. tewekkurler.
5 yanvar 2013 14:56
Offline
vefa 89
men cox vaxt palatka toyunda oluram palatka toyu cox xosuma gelir
4 yanvar 2012 22:39
Offline
Gunel Alizade
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
4 yanvar 2012 22:33
Offline
Esya
OLUREMDE PALATKA TOYUNDAN OTRU.COX MARAQLI OLUR,TSK.
4 noyabr 2011 23:16
Offline
H.o.s.T-cu qiz( Banu )
KEND TOYUNUN OZ YERİ VAR AMMA Kİ SİR SİT MAHNİLAR OXUNMASA
3 sentyabr 2011 14:01
Offline
creativka
palatka toyunda olmamiwam
3 avqust 2011 14:48
imza: DUNYANIN EN XOWBEXT ANASI
Offline
a.angel
bizde yeni LENKERANdaq indi demek olaki heyet toyu elemirler.cunki eziyyet olur.ev yiyesi bilmir toy hardan geldihara getdi .amma qabaqlar toy heyetde olanda cox maraqli olrdi.bizim adetlerimizden 1ide toyun axirinda bey meclise gelib geline pul verir.5 man 10 man yoxaaaa dollar.avro
17 may 2011 14:27
Offline
NUR Aydan
men birdefe kendde cadir tiyunda olmusam inaninki vallah lezzet edir cox maraqli olur
17 may 2011 14:21
Offline
Aykash
Sitat: Chelebi
en yaxşısi isvec stolu olsun gozəl bir otelin və ya xususi hazirlanmış yaşıl çəmənlikdə hamı bir-biri ilə rahat danışsın həzin musiqi sədaları altında.yox sa bizim

Cox gozeldir bu cur.Men de sevirem.Kend toyunu hec istemezdim, toyu edenler mence cox eziyyet cekir ve toyun nece kecdiyinin ferqine bele varmir.
29 aprel 2011 15:38
Offline
Məryəm.
kənd toylara çatmaz hayıf deyil gözəl kənd toyları eziyyətli olsada çox gözəl keçir gecə daha da maraqlı olsur açıq yerdə oooooooo nə gözəldi yaddıma düşdü kənd toyları
29 aprel 2011 15:27
Offline
nura
men ogluma heyet toyu eledim cox gozel kecdi inani 5 ildi toy olub hami toydan danisir azerbaycanin tanimis mugenilerini getirdik olarada cox maraqli oldu toy kecmisdeki kimi 2 gun 2 gece toy oldu


bilirsiz yaxsi heyet toyu etmek ucun coxlu pul serf etmek lazimdi yeni getirdiyin cox bahali mugenliler heyetde etdiyin ates fesanliq bunlar hami kuli miqdarda pul serf edilir
10 yanvar 2011 18:08
Offline
yekta
heyf deyil palatka toyu? cox maraqli olur coooooooox
2 dekabr 2010 01:47
Offline
Burla xatun
mənim fikrimcə nə restoran,nə də kənd toyu resteran toyunda hamının başı qarışır yemeye bəy və gəlin yaddan çıxır.kənd toyunda da ev yiyəsi toyun nece keçeceyini o qeder fikirləşir ki,o qədər işləyir ki üstundə yağ soğan iyi gəlir. bir də xəbər tutur toy qurtarib.en yaxşısi isvec stolu olsun gozəl bir otelin və ya xususi hazirlanmış yaşıl çəmənlikdə hamı bir-biri ilə rahat danışsın həzin musiqi sədaları altında.yox sa bizim restoran toyları kimi 100 düşür ortalığa toz qoparır bilmirsən oynuyurlar yoxsa... nə isə bizim belə toyları eləməyimizə hələ cox var
22 oktyabr 2010 10:55
Offline
HAYAT
evvela hamiya salam.Men burda tezeyem,heleki birinci defedir yaziram,cunku bu movzu dogurdanda cox xoşuma geldi ona goreki menimde palatka toyundan cox xoşum gelir.Onuda qeyd etmek isteyiremki menimde toyum palatkada oldu iyul ayinda amma nişanlim burda yox idi,(O Almaniyada yaşayir)ve onun olmamagi meni hecde uzmedi kohne adet eneneye uygun olaraq sadece men oturdum sagdişim ve soldiuşum.Amma toyda 500 e yaxin adam vardi ,ve coxda maraqli toy oldu.Musiqicelde cox gozel ifa edirdiler adini demek istemirem reklam olar,taninmiş mugenillerden de vardi cox gozel toy apardilar.onlarada sizede teşekkurler,bele bir movzuya gore.
9 oktyabr 2010 00:43
Offline
Elnarə
bizde buna heyet toyu deyirler.Toyun seviyyesi kecirildiyi mekandan deyil, toy sahibi ve qonaqlarin davranislarindan asilidir.
23 sentyabr 2010 17:00
imza: Hər insan səhv edər. Əsas odur ki, səhvini anlayıb təkrar səhvə yol verməyəsən.
Offline
Kukla
palatka deyil,azerbaycanca cadirdir:)
22 sentyabr 2010 21:25
Offline
ToRmEnTo
azerikizi,
insallah yazaram smile
22 sentyabr 2010 14:20
imza: Yemek bisirmek,evi temizlemek,usaga baxmaq qadının vezifezı deyıl, size lütfudur! Hz. Mehemmed (sav)
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!