Bu gün də sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən şirinbiyanın çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyik. Ümid edirik ki, faydalanacaqsınız.
Şirinbiyanın kök hissəsindən hazırlanan toz quru ekstrakt, qatı ekstrakt «pektol» preparatının daxilinə əlavə olunaraq yuxarı tənəffüs yolları xəstəliklərində bəlğəmgətirici, sinə yumşaldıcı kimi və soyuqdəymə əleyhinə işlədlir. Bundan hazırlanan ekstraktlardan «Daniya kralı» adlanan müalicə preparatının tərkibinə qatırlar. Şirin biyandan hazırlanan «likviriton» və «flakarbon» soyuqdəymə, qlaukoma, mədə qastritində, mədə yaralarında, bronxial astmada, dəri allergiyalarında, ekzemalarda tətbiq olunur. «Qlisirenat» preparatından
isə trixin parazitinin törətdiyi xəstəliklərə, böyrək və xərçəng xəstəliklərində və qaraciyər, «Bioqastron» preparatından isə müxtəlif yaraların müalicəsində istifadə olunur. Ənənəvi Şərq təbabətində, eləcə də elmi təbabətdə tərqovucu, ağrı kəsici, yarasağaldıcı kimi, orqanizmin möhkəmləndirilməsində, tonusun artırılmasında, istiliyin normaya salınmasında, tənəffüs yolları xəstəliklərində, ağ ciyər
vərəmində, laringitdə, şəkər xəstəliyində, kəskin dispersiyalarda, böyrək xəstəliklərində, cinsi fəaliyyətin artırılmasında və s. işlədilir. Qərbi Avropa ölkələrində appendiksdə, Hindistanda halsızlığın aradan qaldırılmasında, xroniki sidik-tənasül xəstəliklərində, Fransada infeksiya, Bolqarıstanda adenoma və s. Xəstəliklərin müalicəsində şirin biyan preparatları geniş tətbiq edilir. Şirin biyanın qlisirenat
turşusundan təmizlənmiş sulu məhlulundan orqanizmdə immunitetin artırılmasında istifadə edilir. Şirin biyanın tərkibindən alınan flavonoid maddələrindən hazırlanan preparatların köməyi ilə soyuqdəymə, spazma, qan kapillyarlarının möhkəmləndirilməsində, eləcə də yara əleyhinə işlədilir. Qlissirizin, qlisirenat turşuları və onların törəmələrindən hazırlanan preparatlarla qaraciyərdə baş verən kortikosteroid proseslərin metabolizmində əmələgələn nazaslıqların aradan qaldırılmasında istifadə olunur. Bundan başqa, bu preparatların köməyi ilə endokrin xəstəliklərinin, o cümlədən də Addison, Şixena, Otmem sindromlarının aradan qaldırılmasında geniş tətbiq edilir. Şirin biyandan hazırlanan bir neçə preparatlardan isə xərçəng çöplərinin inkişafının qarşısının alınmasında istifadə olunur.
Biyan tibb sahəsindən başqa, xalq təsərrüfatının müxtəlif sahələrində də geniş surətdə işlədilir. Xüsusən də biyan kökündən alman ekstraktlar yeyinti sənayesində geniş tətbiq edilir.
Biyan kökündən alınan qliseran maddəsi şəkərdən 500 dəfə kəsərli və şirindir. Buna görə də biyan kökündən alınan ekstrakt (şirə) şəkər əvəzedicisi kimi kisel, kompot, qəhvə, kakao, kvas və bir çox qənnadı və biskvit məmulatlarının hazırlanmasında tətbiq edilə bilər. Bu məmulatların hazırlanmasında şirin biyan ekstraktı (25-50%) şəkəri əvəz edir. Bir çox xarici ölkələrdə biyandan likör və dondurma
sənayesində geniş istifadə edilir. Belə ki, onun şirəsindən likör cövhəri, xüsusən də «bonsien» növünün «acı likör» hazırlanır, bunlardan da desert məqsədləri üçün istifadə olunur. Bu cür likörlardan mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə etmək olar. Şirin biyan şirəsi «Kiyev acısı», «Baykal», «Artist» adlı tonus artırıcı içkilərin hazırlanmasında da işlədilir. Keyfiyyətli pivə növlərinin, məsələn, «elya», keyfiyyətli ingilis pivəsi «qara pivə» və s. hazırlanmasında da istifadə edilir. Bundan başqa, biyandan hazırlanan ekstraktlardan Fransada, Almaniyada, ABŞ-da və bir sıra digər xarici ölkələrdə spirtsiz içkilər hazırlanır. Bavariya kvası və «Koka Kola» içkilərinin böyük şöhrət qazanması bunların tərkibinə şirin biyan ekstraktı əlavə edilməsi nəticəsində əldə olunmuşdur.
Biyan kökündən alınan cövhərdən ABŞ-da, İngiltərədə tütünlərin keyfiyyətli və ətirli iyə malik olmasında da istifadə edilir. Bundan başqa, gövdədən yüksək keyfiyyətli sellüloza, bundan da sap, ip və kisələr hazırlanır. Biyan gövdəsindən hazırlanan ip və saplardan müxtəlif şotkalar hazırlanır ki, bunlardan da qənnadı və çörək zavodlarında istifadə olunur. Bundan başqa biyandan akvarel (sulu) boyalar, mürəkkəb, tuş, ayaqqabı mazı (qutalin), gön-dəri aşılamaq üçün aşı maddələri də hazırlanır. Bütün paxlalı bitkilər kimi, şirin biyan da «yaşıl gübrə» kimi böyük əhəmiyyət kəsb edir. Belə ki, o çox gözəl azot tənzimedici xüsusiyyətlərinə malikdir. Şirin biyanı «göy gübrə» kimi o tam çiçək açan zaman istifadə etmək lazımdır. Çünki bu zaman onun çiçəklərinin tərkibində çoxlu protein maddəsi toplanmış olur.
Ölkəmizin bir çox rayonlarında olduğu kimi, bizim respublikamızda da biyan bitkisinin faydalı xüsusiyyətlərini öyrənmək üçün elmi-tədqiqat işləri zəif də olsa aparılır. Hazırda bir sıra xarici firmaların əksəriyyətində qlisirizin və qlisiret turşuları əsasında müxtəlif preparatların hazırlanmasına xüsusi fikir verilir.
Şirin biyan incə ətirə və kəskin şirin daha malik olduğundan ondan yeyinti və qənnadı sənayesində istifadə edilir. Şirin biyan kökü əfsanəvi jenşenin xüsusiyyətlərinə malik olub insanı gözəlləşdirir və cavanlıq dövrünü uzadır. Şirin biyan kökündən hazırlanan preparatlardan bakterisid, soyuqdəymə, yarasağaldıcı, bəlğəmgətirici, yumşaldıcı, tərgətirici, sidikqovucu kimi, spazma əleyhinə, antiqistamin, alukqiya əleyhinə istifadə olunur, orqanizmdə gedən su-duz mübadiləsini nizamlayır, mədə turşusunu azaldır və s.
XƏBƏR LENTİ
Balaca uşağın Putinlə söhbətə qoşulması hər kəsdə gülüş yaratdı - VİDEO
Dəfnə yarpağının faydaları
İlham verən şəhər
2020-ci ildə hansı BÜRCLƏR VARLANACAQ? - VİDEO
Qeyri-adi əşyalar
Ev dustaqlığında saxlanılan İran müxalifətinin lideri şəxsi evinə köçürülüb
Sabriyedən Emreyə təklif-"SURVİVOR"-FOTO
"Aşkı Memnu"nun məşhur aktrisasını kimsə tanımadı-FOTO
Bisküvit tortu (foto resept)
Qarın qalınlığı baxanları dəhşətə gətirir
Yuxumuzu ərşə çəkən fikirlər
Azərbaycanda qeyri-iş günləri bu qurumlara aid edilmir - RƏSMİ
Hindistanda koronavirus peyvəndi ilə bağlı yekun testlərə başlanıldı
Ban Ki Mun İŞİD-ə meydan oxudu
Ermənistan TƏŞVİŞDƏ: İsrail rədd cavabı verdi
“WhatsApp”da bu da olacaq
Hava haqqında
Futbolçular doluya düşdü, oyun yarıda qaldı
Gəncə və Mingəçevirə hədəflənmiş düşmənin daha bir ballistik raket kompleksi məhv edildi - RƏSMİ
BÜRCLƏR bizə nə vəd edir? -18 İyun
Oskar mükafatı mərasimi başlayır
Dünya Kubokunun simvolik yığması
Boğaz ağrısında təbii müalicə üsulları
Azərbaycanda karantin rejiminin müddəti uzadıldı - RƏSMİ
Bakı sakinlərinə sevindirici xəbər
Qarın bölgəsini əritmək üçün detoks
Yuxusuzluq ürəyin düşmənidir.
Badımcanın faydaları
Macarıstanda Azərbaycan dilinin tədrisinə başlandı
Ağdamda “Yallı” rəqsi ifa edən əsgərlərimiz - VİDEO
Həftəsonu məhdudlaşdırma qərarından sonra əhali mağazalara axın edir - VİDEO
Bella Hadidin makiyaj sirləri
Erməni "söz"ü: ATƏŞKƏSİ 119 DƏFƏ POZDULAR
Tituldan imtina edən Meqan Markl aktrisalığa davam edəcək
Uşaq otaqları üçün saatlar
Qadınlar haqqında lətifələr
"Amerikansayağı paslanma" romanına serial çəkilir
Bir qadın əsla unutmaz!
Koronavirusun yeni simptomu aşkarlandı
Gözlər qəlbin aynası
Manna piroqu (foto resept)
1971-ci ilin Plymouth-u satılır
Buludların üzərində piyada gəzinti
Uşaq otağı üçün maraqlı dekorasiya nümunələri
Əl çatmaz məhəbbətim
Buğlama (foto resept)
Məşhur cütlük BARIŞDI
Əliyevdən sərt xəbərdarlıq: Maaş onun-bunun cibinə gedir
Qızılgül mürəbbəsi (foto resept)
Kadir İnanır müsahibə verdi
- ŞƏRHLƏR