Aybaşıyla bağlı qadınlar müxtəlif problemlərlə - ağrı, güclü qanaxma, aybaşının gecikməsi və s. ilə üzləşə bilərlər.
Amenoreya - aybaşının olmaması. Qızlarda 16 yaşına qədər aybaşının olmaması, qadınlarda 6 ay ərzində aybaşının kəsilməsi amenoreya adlanır. Amenoreya 16 yaşa qədər, klimaks və döşlə əmizdirmə dövründə fizioloji sayılır. Əgər amenoreya bədən çəkisinin kəskin azalması, ciddi xəstəlik, qidalanmanın pozulması, həddən artıq məşqlər və stress fonunda baş verərsə, bu patologiya sayılır.
Güclü və uzunmüddətli qanaxma (menorragiya) - bu, aybaşıdan fərqlənən vaginal qanaxmadır. Bəzən aybaşı menorragiyaya keçə bilər. Yeniyetməlik və preklimakterik dövründə tez-tez hormonların disbalansı (balansın pozulması) baş verir ki, bu da aybaşı tsiklinin pozulmasına və uşaqlıq qanaxmalarına səbəb olur. Uşaqlıq qanaxmaları həmçinin fertil yaşlarda da rast gələ bilər və bunun da səbəbi uşaqlığın fibromioması (şişi) və poliplərdir. Belə qanaxmaların müalicəsi fərdi, yəni hər bir konkret halda onun səbəbi aşkar ediləndən sonra aparılmalıdır. Uşaqlıq qanaxmalarının nəticəsi olan həyati təhlükə törədən anemiya (qanazlığı) əmələ gələrsə, dərhal həkimə müraciət etmək lazımdır.
Dismenoreya - ağrılı aybaşıdır. Bu problemə münasibət birmənalı deyil. Aybaşının ilk günlərində ağrının olması normal sayılır. Əgər ağrılar intensiv, daimi deyilsə, qısamüddətlidirsə, onda həyəcana heç bir səbəb yoxdur. Əgər ağrılar həddən artıqdırsa və ürəkbulanmasına səbəb olursa, onda ağrıkəsici preparatlar qəbul etmək, səbəbi aşkara çıxarmaq və adekvat müalicə təyin etmək lazımdır. Bunu ancaq həkim etməlidir.
Qadınları həmçinin aybaşı ilə əlaqədar olan premenstrual sindrom narahat edir. Aybaşıya 2 həftə qalmış qadını aşağıda qeyd edilənlər narahat edir:
- Qarnın köpməsi;
- Döş vəzilərinin şişməsi və ağrılı olması;
- Susuzluq və şişkinlik;
- Bəzən ürək ritminin pozulması və ürək nahiyəsində ağrılar;
- Ürəkbulanma, başgicəllənmə, baş ağrıları;
- İştahanın azalması və ya artması;
- Bədən hərarətinin artması, üşütmə;
- Qıcıqlanma, aqressivlik, bəzən depressiv vəziyyət;
- Yuxunun və yaddaşın pozulması.
Bu zaman nə etmək lazımdır?
- Özünüz üçün xoş əhval-ruhiyyə yaradın, gərgin vəziyyətlərdən yayının.
- İmkan daxilində təmiz havada çox gəzin, bədən tərbiyəsi ilə məşğul olun.
- Duzlu, acı, kəskin yeməklər, alkoqol, kofe, tünd çay, şokolad qəbul etməyin.
- Tərkibində zülalı çox olan yeməklər qəbul edin.
- Yaxşı istirahət və yuxu çox vacibdir.
- A, B, E qrup vitaminlərinin qəbulu məsləhətdir.
- Siqaretdən imtina edin.
- Səhər və axşam kontrast duş qəbul edin.
Aybaşı zamanı gigiyena qaydaları
- Bezləri tez-tez dəyişin (hər 3 saatdan bir);
- Gündə bir dəfə ilıq duş qəbul edin;
Bezləri hər dəfə dəyişdikdə yuyunun, çünki:
- aybaşı qanı bakteriyalar üçün əla qidalı mühitdir;
- aybaşı qanı hava ilə təmasda olduqda iy əmələ gəlir;
- qanlı ifrazat cinsiyyət üzvlərini qıcıqlandırır və ağrı baş verir.
Aybaşı zamanı fiziki gərginlik, soyuqdəymə, dənizdə çimmək, cinsi əlaqə infeksiyaya yoluxma riskinə görə arzuolunmazdır.
Bezi / tamponu neçə vaxtdan bir dəyişmək lazımdır?
Gigiyenik bez ona menstrual ifrazat tam hopmamış dəyişilməlidir. Tamponları tez-tez (4-8 saatdan bir) dəyişmək lazımdır. İfrazatlar az olarsa, super hopduran tamponlardan istifadə etməyin. Tamponların çox gec dəyişdirilməsi toksiki şok sindromuna (TŞS) səbəb ola bilər. TŞS çox az rast gəlinən, lakin ölümə səbəb olan xəstəlikdir. 30 yaşa qədər olan qadınlar, xüsusilə yeniyetmələr TŞS-ə görə risk qrupuna daxildirlər. Pambıq və ya viskoza tamponlardan istifadə edən qadınlarda TŞS bezdən istifadə edən qadınlara nisbətən daha tez-tez baş verir.
Tamponların istifadəsi ilə bağlı məsləhətlər:
- Tamponlardan istifadə etdikdə onun təlimatı ilə tanış olun;
- Zəif hopdurucu tamponlardan istifadə edin;
- Tamponları 4-8 saatdan gec olmayaraq dəyişin;
- Tampon və bezlərdən növbə ilə istifadə edin;
- Aybaşı arası vaxtlarda tampondan istifadə etməyin.
Aybaşı zamanı tampondan istifadə etdikdə sizdə aşağıdakı simptomlar olarsa, dərhal həkimə müraciət edin:
- Qəflətən hərarətin qalxması;
- Əzələ ağrıları;
- Diareya;
- Baş gicəllənmə, ürək bulanma;
- Günəş şüaları ilə yanığa bənzər qızartı;
- Boğazda ağrılar;
- Gözlərdə qansızmalar.
XƏBƏR LENTİ
Namus haqqında deyilənlər
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
İstidən qovrulduq
Arıqlamağa kömək edən limon və istiot
Gül avatarları
3 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı
Firuşkamızın əl işləri
Səhər oyanan kimi 4 stəkan su içsəniz..
Bananlı desert (foto-resept)
Jennifer Aniston və Reese Witherspoonun gözəllik sirləri
Bakıda sürücülər ən çox hansı yollardan istifadə edirlər?
Ebru Polatdan GÖZLƏNİLMƏZ PAYLAŞIM
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
"Traktorsazi"nin yeni baş məşqçisi var
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
HAVA necə olacaq?- 30 APREL
Zövqlü üzük modelləri
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
Məşhurların əvəzedilməz estetik əməliyyatları
Zabit Səmədov Azərbaycan vətəndaşı oldu
Dost dedikdə - 3 (son)
Luici Bokkerini
Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi - VİDEO
Ağ Ev iPhone və iPad-in köhnə modellərini dəstəklədi
Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb
Dünya mətbəxi - Fransa
Göbələkli tərəvəz yeməyi (foto-resept)
Ermənilərin cəbhədə təxribatı davam edir
Uydurulmuş personajlar - uşaqların tərbiyəsi
Barış Mançonun atası vəfat etdi
Azərbaycan üçün qorxulu proqnoz
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Banan mürəbbəsi (foto resept)
İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?
Azərbaycanda zəlzələ olub
Böyürtkənli-qaymaqlı tart (foto resept)
SAG 2019: Qırmızı xalça
Məşhur aktyor gizli evləndi
Qızardılmış toyuq ciyəri (foto-resept)
Ən yeni dəniz canlıları
Gözünüzün kökü saralmasın
Satışda keyfiyyətsiz şprislər var? - Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Marsda "top" tapıldı
Günün ulduz falı
Ömür yolu
Sarkisyan bağırdı: "O olacaq ki, azərbaycanlılar Qarabağı alacaqlar"
Kişilər bu qadınlardan qaçır...
Çobanyastığı çayının faydaları
BAŞ-saytını Azərbaycan idarə edəcək
- ŞƏRHLƏR