Hər bir qadın yaşlaşdıqca orqanizmi də dəyişir. Qırx yaşında olan qadınlarda menstruasiya 20 və 30 yaşlarında olduğu kimi olmur. Bu yaşda əsasən yumurtaliqların funksiyası tədricən sönməyə başlayır. Cinsi hormonlar artıq əvvəlki keyfiyyəti ilə işləmir. Bu da aybaşı zamanı özünü göstərir. Əgər əvvəllər onlar "qrafikə uyğun" gəlirdisə, indi isə onlar qeyri-müəyyən zamanlarda gələ bilir. Və bu yaşlarda aybaşı günləri uzana və ya qısala bilər, güclü və ya zəif ola bilər. Menstruasiyaya 45-55 yaşında artıq xitam verilir. Lakin, bu rəqəmlər bir sıra amillərin təsirindən asılıdır. Son vaxtlar isə həkimlər ümumiyyətlə vurğulayırlar ki, klimaks dövrü müasir qadınlarda daha gec yaşda başlayır. Menstruasiya dərhal sona yetmir. Gücünü illərlə, yavaş-yavaş itrə bilir. Menstruasiyanın sona yetməsi 2-8 il çəkə bilər. Əvvəlcə yumurtalıqda folekulların kamillik dövrü pozulur. Aybaşının ardıcıllığı dəyişir. Uşaqlıqda selikli səthin dövrü dəyişiklikləri pozulur. Belə ki, hiperplaziya endometriya yaranır.
40 yaşından sonra güclü qanaxma ilə lan aybaşı normal deyil. Buna səbəb endometrioz ola bilər. Bu xəstəlik yumurtalıqda və ya digər orqanlarda endometriyanın inkişafı ilə əlaqədar ola bilər. Bu həm də bir qayda olaraq abort yaşamış qadınlarda, potoloji doğuş zamanı (yəni çətin doğuş keçirən qadınlarda) və digər müdaxilələrlə də əlaqədar ola bilər. Bu zaman qanaxma qarının aşağı hissəsində güclü ağrı və qanın laxtalanması ilə müşayiət olunur.
Nə vaxt həyəcan təbili çalmaq lazımdır?
Əgər aybaşı zamanı qarnınızın aşağı hissəsində güclü ağrılar hiss edirsinizsə, bazal temperaturunuz aybaşı günü belə düşmürsə, güclü qanaxma ilə 6 gün davam edirsə bax bu zaman artıq həkimə müraciət etmək lazımdır. Əgər aybaşı günlərində ləngimə varsa bu heç də hamiləlik demək deyildir. Xüsusilə də əgər sizin yaşınız 40-dan çoxdursa. Ancaq bu da o anlama gəlmir ki, siz çox yaşlısınız və hamilə ola bilməsiniz. Unutmayın ki, yumurtalıqlarınızın mayalanma xüsusiyyəti menstruasiya dövrünün son gününə qədər mümkündür. Ona görə də ehtiyatı hər zaman əldə saxlamaq lazımdır. Aybaşı dövrünün ləngiməsini yaşayan qadınlar sonra bu dövrü 7-8 gün də yaşa bilirlər. Əgər menstruasiya belə ləngimələr və güclü qanaxma ilə müşayiət olunursa diqqətli olmalı və həkimə müraciət etməlisiniz. Lazımi analizlər sonra həkim hormonal müalicə təyin edəcək, o zaman düzgün müalicə yaxşı nəticələr verəcək.
Gündəlik rasionunuzda yağların miqdarı 80 qr olmalıdır. Onlrarın yarısı isə bitgi mənşəli yağ olmalıdır. Duz 6 qramdan artıq olmamalıdır. Gün ərzində 0,5 litr su içməyiniz məsləhət edilir.
Əgər aybaşı pozğunluğu ilə rastlaşsanız 40 yaşına yenicə keçsəniz belə həkimə müraciət edin. Heç olmasa profilaktik müayinə üçün vacibdir. Gəncliyin şöləsi sayılan menstruasiya sonlandıqda hormonal pozğunluqlara səbəb olur, və ola bilsin ki, həkiminiz sizə müəyyən preparatların qəbulunu tövsiyyə edəcək. Çünki aybaşıdan kəsilən qadınlarda pis əhval-ruhiyyə, cinsi istəksizlik müşahidə olunur. Əgər 40 yaşından sonra qeyri müntəzəm menstruasiya yaşayırsınızsa və ya artıq aybaşınız sonlanıbsa sizdə başqa qadın xəstəlikləri də öz simptomlarını biruzə verə bilər. Lakin heç bir probleminiz olmaya da bilər. Bunu bilmək üçün isə mütləq mütəxəssisə müraciət edin. Ən azıından bilin ki. sağlamsınız. Unutmayın bütün xəstəliklərin müalicəsi var. Bu şərtlə ki, vaxtında aşkar olunsun. Bunun üçün isə bizdən bir az diqqət və məsuliyyət tələb olunur.
Sonda isə hər kəsə uzun və sağlam həyat arzu edirəm.
XƏBƏR LENTİ
Fatih Terim mətbuat konfransı keçirir - CANLI YAYIM
Günün qorodskopu:Əhvalınızı yüksək tutun!
Ən çox səyahət edilən yerlər
Azərbaycanda hərbi liseylərə sənəd qəbulu başladı
“Mövcud vəziyyət davam etsə, iki həftə sonra tədris prosesi yenidən dayandırılacaq” - ŞƏRH
Turşu qoxusunu yox etmək üçün...
Murat Boz Survivorda
NASA kosmosa sualtı qayıq göndərmək istəyir
"Rusiyada müəyyən qüvvələr Azərbaycanın maraqlarını tanımaq istəmir"
Azərbaycanın ən zəif məktəbləri buradadır
Azərbaycanda internetə qoyulan məhdudiyyət nə zaman aradan qaldırılacaq? -RƏSMİ
Tort bəzəyi olan şəkər xəmiri (foto resept)
Koronavirusun gec sağalmasına təsir edən amil
DİN-dən Yeni il bayramı ilə bağlı XƏBƏRDARLIQ
Dell-də yenə ixtisarlar olacaq
2018-də hər şey düzələcək
Ölümün bir addımlığında: Beyin travması
Ərdoğan Putinə: “Dedim ki, Qafqazda bu işə son qoyaq”
Sabah hava necə olacaq?
Qurban Qurbanov koronavirusa yoluxub
Məktəbli ailələrinə mütəxəssis məsləhəti
Metroda tabut aparan gənclər tənqid edildilər-VİDEO
Yaş maya maskası və faydaları
Buse Varolun xına gecəsindən FOTO
Leyla Əliyevadan yeni şeir
Azərbaycanda vərəmə yoluxma ilə coğrafi amillər arasında olan bağlılıq araşdırılacaq
Estoniya Prezidenti İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib
Cim Kerri bu dəfə tam fərqli obrazda - VİDEO
Ancelina Coli ərə gedir
Kıvanç Tatlıtuğ xanımına xəyanət edib?
Çərəzli konfetlər (foto resept)
Aydan Şener hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Boyat çörəkdə pizza (foto-resept)
Daşların şəfalı gücü
Gavalılı piroq (foto resept)
Ayrılıq xəbəri yalan çıxdı
Uşağın xasiyyəti yataqdan başlayır
Kəskin soyuqlara cəld reaksiya
Onda nəyi bəyənmirsiniz?
Bu ölkədə qadın çimərlik geyimləri qadağan edildi
Zövqümüzü oxşayan üzüklər
Amerikada görüşən Ancelina Coli ilə Tuba Büyüküstünü nə birləşdirir? - FOTO
Sabah şaxta olacaq
"Facebook" və "İnstagram"ın işində problemlər yaranıb
Fəlakət robotu ən güclü oldu
Naxçıvandan Batumiyə marşrut fəaliyyətə başlayacaq
İnsanlığın necə məhv olacağı bilindi
Alman futbolçular Braziliyada soyuqladılar
TƏBİB sədri özəl xəstəxanalara səsləndi
Madonna karantin günlərindən danışdı
- ŞƏRHLƏR