Qeyri-düzgün qidalanma birbaşa ürək xəstəliklərinə, piylənməyə, mədə-bağırsaq traktının xəstəliklərinə gətirib çıxarır.
Yağlı qida çəkinin artmasına səbəb olur. Tərkibində çoxlu miqdarda qida əvəzediciləri və rəngləyicilər olan qidaların bolluğu tədricən orqanizmi zəhərləyir. Bişmiş qida doyma hissini kütləşdirir. Ona görə də gündəlik qida rasionunu elə təşkil etmək lazımdır ki, onun tərkibində bacardıqca çox miqdarda çiy meyvə və tərəvəz olsun.
Zərərli ərzaqların siyahısı:
1. Çeynənən və sorulan konfetlər, pastila. Onların tərkibində küllü miqdarda şəkər, kimyəvi əlavələr, rəngləyicilər, qida əvəzediciləri və s. vardır.
2. Kartof və qarğıdalı çipsiləri. Orqanizm üçün çox zərərlidir. Çipsilər rəngləyicilərin və dad əvəzedicilərlə yanaşı karbohidratlarla yağların qarışığından başqa bir şey deyildir.
3. Şirin qazlı ickilər şəkərin, kimyəvi maddələrin və qazların qarışığıdır. Bu isə orqanizmdə zərərli maddələrin tez yayılmasına səbəb olur. Məsələn, "Coca-cola" içkisi ərp və pası təmizləmək üçün ən yaxşı vasitədir. Qazlı şirin içkilərin tərkibindəki şəkərin miqdarının yüksək konsentrasiyası çox ziyanlıdır, belə ki, 1 stəkan suda həll olunmuş 4-5 çay qaşığı şəkər tozuna ekvivalentdir. Odur ki, siz qazlı su ilə susuzluğunuzu yatızdırdıqdan 5 dəqiqə sonra yenə də maye içmək istəyirsiniz.
4. Şokolad batonları çox miqdarda kalorinin kimyəvi əlavələr, rəngləyicilər və aromatizatorlarla birləşməsindən ibarətdir.
5. Sosiska və kolbasalar. Ətli delikateslər ən zərərli ərzaqlardan biridir. Onların tərkibində aromatizatorlar və dad əvəzediciləri ilə ört-basdır edilən gizli yağlar (donuz dərisi, piylər) vardır. Bir çox ət məhsulları istehsalçıları transgenlərdən istifadə edirlər. Belə ki, kolbasaların və sosiskaların 80%-i (!) transgen soyadan ibarətdir.
6. Yağlı ət damarlarda xolesterinin yığılmasına səbəb olur ki, bu da orqanizmin qocalmasını sürətləndirir və ürək-damar xəstəliklərinin yaranmasına gətirib çıxarır.
7. Mayonez. Mayonez çox kalorili ərzaqdır, bundan başqa onun tərkibində çoxlu miqdarda yağlar və karbohidratlar, rəngləyicilər, şirinlik verən maddələr, qida əvəzediciləri və s. var. Zərərli ərzaqlara yalnız mayonez yox, həmçinin ketçup, müxtəlif souslar və ədviyyalar da aiddir. Təəssüf ki, bunların da tərkibində rəngləyicilər və dad əvəzediciləri az deyildir.
8. Tez hazırlanan əriştə şübhəsiz ki, orqanizmə ziyanlı olan kimyəvi maddələrlə zəngindir.
9. Duz. Duz təzyiqi qaldırır, orqanizmin duz-turşu balansını pozur, toksinlərin toplanmasına imkan yaradır. Əgər ondan imtina edə bilmirsinizsə, onda çalışın ki, ondan istifadəni minimuma endirəsiniz.
10.Alkoqol hətta ən kiçik miqdarda belə vitaminlərin mənimsənilməsinə mane olur. Bundan əlavə, alkoqol çox kalorilidir.
XƏBƏR LENTİ
Erməni terroru-3 (Xocalı soyqırımı)
Şəhzadə ilə evlən Meghanın bahalı gəlinliyi
Berkay 2 milyonluq maşın aldı-FOTO
Daşkəsəndə 3000 min il bundan əvvələ aid dini ibadətgah yeri aşkar edildi - FOTO
QİÇS artıq təhlükəli deyil?
Rusiya Stalin dövrünə qayıdır
Düşmən texnikalarının məhv edilməsinin yeni görüntüləri yayıldı - VİDEO
Məşhur müğənnilər evləndi-VİDEO
Polinanın əri başqa qadına aşiq oldu
Alyaskada 8 bal gücündə zəlzələ
Oğul düşmən çəpəridir...
Məhşurların uşaqlıq şəkilləri
Günün ulduz falı
Tələbələrə müjdə!
Buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlə VİDEOMÜSAHİBƏ
Faizlər ləğv olunacaq
10 mükəmməl layner görüntüsü
Demet Özdemir efirlərə qayıdır
Körpəni ana südündən necə ayırmalı?
Günün ulduz falı
Qızılın taleyi necə olacaq?
Dünyanın ən bahalı meyvələri - 13 min dollar
Kayahanın arvadı ərə getdi
Məktəblərdə yeni dərs ilinə hazırlıq başlanıldı - VİDEO
Xəyal dünyası ilə fərqlənən rəssam
Cüdoçumuz Avropa çempionu oldu
Asiyada minlərlə müsəlman məscidlərə axışdı
Üzgüçümüz qızıl medal qazandı.
Gəlin toya atını da apardı - FOTO
AMEA-da “Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” adlı monoqrafiya nəşr olunub
Azərbaycanda daha 24 nəfər koronavirusdan öldü: 3196 yeni yoluxma
Günün ulduz falı
Azərbaycanda internet bahalaşır?
Yanukoviç beynəlxalq axtarışa verildi
Türkiyə və Azərbaycan birgə hərbi təlimlər keçiriblər
Dünyanın yeni möcüzəsi yaradılır
"Kompüter oyunlarında uduzan uşaq..."
Quru və çat dabanı necə nəmləndirməli?
Kafe və restoranların hansı tarixdə açıla biləcəyi açıqlandı - RƏSMİ + VİDEO
Gəlinlər üçün manikür
Düyülü kartof kotleti (foto resept)
Günün ulduz falı - 29.01.2014
YouTube'dakı Dislike düyməsi yığışdırıla bilər
Kökəlmək üçün sınanmış pəhriz
Azərbaycan milli uşaq oyunları-11
Türkan Şoray 2 yaşından 72 yaşına qədər - VİDEO
Azərbaycanda nə ucuzlaşdı, nə bahalaşdı?
Təhsil Nazirliyi: Uşaqların məktəbə getməmələri ancaq valideynlərin şəxsi məsuliyyəti altında mümkün olacaq
Yeni il dekorasiyası üçün məsləhətlər
Gözəlliyin mənbəyi
- ŞƏRHLƏR