Üzüm yarpaqları ilə vanna
Vannanı ilıq su ilə doldurun, içinə 50 q yuyulmuş yarpaqları tökərək, 10-15 dəqiqə uzanın. Bu vanna dərini elastik və yumşaq edir, dəri xəstəliklərində faydalıdır.
Yosunlarla vanna
Müasir tədqiqatlar müəyyən etmişlər ki, yüksək konsentrasiyalı yosun vannaları dərini elastik və hamar edir. Suyun temperaturu 38C-dən yuxarı olmamalıdır. Əvvəlcə vanna qəbulunu 5 dəqiqə ilə məhdudlaşdırın. Getdikcə isə prosedura müddətini tədricən 20 dəqiqəyə qədər çatdırmaq olar. Yosun ekstraktı ilə vanna qəbul etdikdə sabunlanmayın və tamamilə qurulanmayın. İsti dəsmala bürünərək istirahət edin. Bu vannalar dərinin vəziyyətini yaxşılaşdırır və toxumaları qüvvətləndirir. Müasir alimlər müəyyən ediblər ki, yosunlar dənizin yüksək konsentrasiyalı enerjisini toplayaraq müxtəlif səviyyələrdə öz təsirini göstərirlər. Yosunun tərkibində olan kalsium dərinin elastikliyini artırır, maqnezium əzələləri möhkəmlədir, kalium toxumalardakı şlakları və artıq mayeləri çıxarır. Beləliklə, bu vanna eyni zamanda həm stimullaşdırır, həm də sakitləşdirir.
Qaraqınıx vannası
Bu vannalar bir çox dəri xəstəliklərinə qarşı xeyirlidir. Onlardan dərinin səpməsi və skrofulyoza qarşı istifadə olunur.
Acıqıjı vannası
Acıqıjı həlimi ilə vanna orqanizmdən şlakları çıxardır, dərini yumşaldır, mədə-bağırsaq traktına və revmatizmə qarşı xeyirlidir.
Lavanda vannası
Lavanda sidikqovucu təsirə malikdir. Onun həlimində vanna qəbul etmək spazmları aradan götürür, nevrasteniya olduqda sinir sistemini sakitləşdirir və ürəkdöyünməni azaldır.
Mərzə vannası
Mərzə həlimi ilə vanna meteorizmə (bağırsaqda qazlara) qarşı xeyirlidir, əsəbləri sakitləşdirir və sidikqovucu təsirə malikdir.
Badrənc vannası
Badrənc həlimi ilə vanna ürək xəstəliklərinə xeyirlidir, taxikardiyanı azaldır, ürək nahiyyəsində ağrıları götürür, qan təzyiqini aşağı salır. Vannada su çox isti yox, mülayim olmalıdır.
Dəniz suyu ilə vanna
Vannaya əlavə edilən duzlar qan dövranını və orqanizmdəki maddələr mübadiləsini yaxşılaşdırır. 300 q duzu qaynar suda əridin və vannadakı suya tökün. Vanna müddəti 15 dəqiqədir. Bədəninizi silmədən xalata bürünün. Yarım saatdan sonra ilıq duş qəbul edin.
Noxud vannası
Noxud həlimində vanna bağırsaq ağrısında və uşaqlıq iltihabında xeyirlidir.
Yulaf samanı ilə vanna
100-200 q samanın üzərinə 5 litrə isti su tökərək, qaynatmaq lazımdır. 36-37 C-yə qədər soyumuş həlimin içərisində ayaq və ya əlləri 20-30 dəqiqə saxlayırlar. Proseduranı bir gündən sonra revmatoidli artritdə və podaqrada qəbul etmək lazımdır. Müalicə kursu 5-6 vanna təşkil edir.
Kəvər vannası
İbn Sina (980-1037 illər) qeyd edir ki, xəstələri kəvər həlimi ilə vannaya oturdurlar və bu, uşaqlığın yığılmasında və oradakı şişdə kömək edir.
Şamağacı vannaları
Məhəmməd Mömin (vəfatı 1697) yazır ki, şam ağacı iynələrinin həlimində vanna qəbul etmək uşaqlıq və bağırsaq xəstəliklərinə qarşı xeyirlidir. İynələrin həlimi çirki, təri çıxarır, bədənə xoş ətir verir. Şam ağacının budaq və yarpaqlarından vanna üçün məşhur ekstrakt hazırlayırlar. O, sinir sist4mini möhkəmləndirir. Bu ekstrakt şam ağacının qaynadılıb qatılaşdırılmış cövhərinqdən hazırlanır və qatı maye, yaxud tablet şəklində satılır.
Quruca ilə vanna
150 quruca 3 litr suda dəmləyirlər və 30 dəqiqə zəif odda və ya sobada saxlayırlar. Soyudub ayaq üçün vanna hazırlayırlar. Proseduranın müddəti 30 dəqiqədir.
Boymadərən vannası
50 q boymadərən (ot), 50 q (quru ot 2 dəfə az işlənir) şirpəncəsi (gülü və yarpaqları) qarışığını parçadan tikilmiş torbaya tökürlər və torbanı krandan vannaya tökülən suyun altına elə bağlayırlar ki, su ondan keçib vannaya dolsun. Proseduranın müddəti 15-20 dəqiqədir. 30 C-də vanna əsəbi gərginliyi aradan qaldırır, 35 C-də isə bədənin qüvvəsini bərpa edir.
Adaçayı ilə vanna
200 q adaçayını 5 litr qaynar suda 2 saat dəmləyirlər. Sonra suyun temperaturu 35 C olur. Bu vanna iltihaba qarşı və ağrıkəsici təsir göstərir. Buna görə də bu prosedura kürək və əzələ ağrıları zamanı faydalıdır.
Şüyüd vannası
Şüyüd ilə vanna bağırsaqdakı sancılara kömək edir.
Tut vannası
Revmatizmə qarşı ağ tut meyvələri ilə vanna qəbul edirlər.
Qatırquyruğu vannası
Qatırquyruğu otunun üzərinə su tökərək, 30 dəqiqə qaynadırlar və alınmış həlimi vannaya əlavə edirlər. Bir vannaya 800 q quru xammal lazımdır. Bu proseduranı böyrək və sidik kisəsinin xəstəliklərinə qarşı sidikqovucu və antiseptik vasitə kimi istifadə edirlər.
Dazıotu vannası
Məhəmməd Möminə görə, dazıotu vannası uşaqlıqdakı şişi yumşaldır. Dazıotu dəmində vanna qəbul etmək, həmçinin babasilə qarşı da xeyirlidir. İbn Sina dazıotu vannasını düz bağırsağın iltihabında da məsləhət bilir.
Xardal vannası
250-400 q xardal tozunun üzərinə ilıq su tökərək, firni şəklinə düşənə qədər qarışdırmaq və mayedən kəskin xardal iyi gələnə qədər əzmək lazımdır. Bu mayeni vannaya (tutumu 180-200 l) tökərək, yaxşıca qarışdırırlar. Vannanı 35-36 C temperaturunda qəbul edirlər. Vannadan çıxdıqdan sonra ilıq duş altında yaxalanaraq yorğana bürünmək lazımdır. Bu vannanı xroniki radikulitdə qəbul etmək lazımdır.
Söyüd ağacı vannası
Məhəmməd Möminə görə, söyüd yarpaqları və budaqlarından hazırlanan həlim, bədəndə olan yaralar və xoralara qarşı effektli təsir edir.
Nişastalı vanna
Nişastalı vanna qaşınmaya qarşı (böyüklərdə qaşınma ilə müşayiət olunan neyrodermitdə, uşaqlarda eksudativ diatezdə) yumşaldıcı təsir göstərir. Buğda və ya kartof nişastası (0,5-0,6 kq) və buğda kəpəyi (1-1,5 kq) suya tökməklə nişasta vannası hazırlayırlar. Suyun temperaturu 36-37 C. Proseduranın müddəti böyüklər üçün 1 saat, uşaqlar üçün isə 15 dəqiqədir. Bir müalicə kursu 10-20 proseduradan ibarətdir.
Badam vannası
Badamın kəpəyində yuyunmaq və vanna qəbul etmək dərini yumşaldr.
Süd vannası
Hesab olunur, ki Misir məlikəsi Kleopatranın qeyri-adi ecazkarlığı onun süd vannaları qəbul etməsi ilə əlaqədardır. Süd qırışları sığallayır, üzün rəngini təravətləndirir və dəriyə bir incəlik, saçlara isə parıltı verir. Südün tərkibində olan 2 mindən çox maddə dərinin gözəlləşməsinə xidmət edir. Süddə olan turşular dərini rütubətləndirir və dəridəki qatları hamarlandırır. Süddə olan vitaminlər dərini azad radikalların təsirindən, yağı isə dəri qıcıqlanmalarından qoruyur.
1. 1 litr südü hərarəti insan bədəninin temperaturuna bərabər suya tökürlər və vannaya uzanırlar. Bu prosedura yorğunluğu aradan qaldırır, bədənin vəziyyətini yaxşılaşdırır. 2 proseduranı 1 həftəyə bəs edər.
2. 2 litr üzlü süd və 1 qaşıq buğda cücərtisi yağını vannaya əlavə edib, suyun içinə uzanırlar. Süddə olan şəkər və minerallar dərini quruluqdan qoruyar.
Yulaf vannası
Vannada isladılmış yulaf samanı əlavə edirlər. Bu, revmatizm və podaqra xəstəliklərində yüngülləşdirici bir vasitədir.
Rozmarin vannası
Qan təzyiqi aşağı olan adamlara məsləhət görülür. Rozmarin qan dövranını stimullaşdırır və sağlam əhval ruhiyyə yaradır. 50 q otun üzərinə 1 litr qaynar su tökün, üstünü örtərək 30 dəqiqə saxlayın, sonra süzərək, vanadakı ilıq suya tökün. Prosedura üçün optimal müddət 30 dəqiqədir.
Qızılgül vannası
Məlikə Kleopatra qızılgül ləçəkləri ilə vanna qəbul edərdi. Belə hesab edirdilər ki, belə vanna nəinki yorğunluğu götürür, o həmçinin cinsi fəaliyyəti gücləndirir. 2 ovuc ləçəklərdən götürüb, üzərinə 1,5 litr qaynar su tökün, 40 dəqiqə saxladıqdan sonra süzüb vanna suyuna əlavə edin. Proseduranın optimal müddəti 25-40 dəqiqədir. Ləçəklər əvəzinə qızılgül yağından istifadə etmək olar. Vannaya 10 damcı qızılgül yağı tökmək məsləhətdir. Vannadakı suyun temperaturu bədən temperaturu ilə bərabər olmalıdır.
Çobanyastığı çiçəyi ilə vanna
Saysız-hesabsız faydalı xüsusiyyətlərə malik olan bu universal bitki iltihaba qarşı, sakitləşdirici, tərqovucu, ağrıkəsici effektlərə malikdir. Qıcıqlanmış və natəmiz dəri üçün çobanyastığı çiçəyi ilə hazırlanmış vanna xeyirlidir. Bir ovuc quru çobanyastığı çiçəyinin üzərinə 1 litr qaynar su töküb, 15 dəqiqə saxlayın. Dəmi tənzifdən və ya ələkdən keçirib vanna suyuna əlavə edin. Suyun optimal temperaturu 38 dərəcə olmalıdır.
Talassoterapiya
Yunan dilindən tərcümədə "thalassa" dəniz deməkdir. Talassoterapiyanın xüsusiyyəti ondan ibarətdir ki, belə müalicənin bütün növləri üçün dəniz suyu sahildən bir qədər məsafədə 6 metr dərinliyindən götürülür. 33 C temperaturuna qədər isidilmiş bu su müalicə klinikalarında vannalara və müalicə hovuzlarına əlavə edilir. Dəniz suyu sağlamlıq üçün tamamilə faydalıdır, belə ki o, mineral maddələr, mikroelementlər və maddələr mübadiləsini yaxşılaşdıran mikroorqanizmlərlə zəngindir. Tərkibində müxtəlif duzlar, zülal, vitamin və mineral maddələri (yod, silisium, maqnezium, mis, dəmir) olan dəniz yosunları isə ən gözəl kosmetik vasitə kimi təqdim olunurlar. Onlar şlakları çıxardır, dərini təmizləyir və ona elastiklik verir. Dənizin bioloji aktiv maddələrini özündə cəm edən talassoterapiya allergik reaksiyaların müalicəsində, dəri xəstəliklərində, revmatizmdə, qan dövranının və yuxunun pozulmasında özünü yaxşı tanıtmışdır. Süni dəniz suyu hazırlamaq üçün 500 q dəniz duzunu 37 C temperaturunda isidilmiş suya töküb 20 dəqiqə vanna qəbul etmək lazımdır.
Pambıq kolu yarpağı ilə vanna
Hacı Süleyman İrəvaniyə (XVII əsr) görə, pambıq yarpağının həlimindən hazırlanan vanna əsəb sistemini sakitləşdirir.
Sarımsaq vannası
İbn Sinaya (980-1037 illər) görə, sarımsaq həlimində vanna sidikqovucudur, aybaşıya kömək edir, bağırsaqdan qurdları çıxardır.
Efir yağları
İsti vannadan və ya duşdan sonra üzün dərisinə və bədənə asta-asta efir yağlarının qarışığını sürtün. Qarışığın tərkibi: hər hansı bir ərzaq iyi olmayan bitki yağına (ən yaxşısı badam yağıdır) bir neçə damcı müxtəlif efir yağlarından tökün. Bu qarışıq dərini incə və ipək kimi edir.
Arpa vannası
Vannanı hazırlamaqdan ötrü 1,5 kq arpa səmənisi götürərək, 3 litr qaynar su olan vedrəyə tökürlər, yarım və ya bir saat saxladıqdan sonra əmələ gəlmiş şirəni vannaya əlavə edirlər. Belə vannalar dərinin vəziyyətini yaxşılaşdırır, ümumi möhkəmlədici və tonuslaşdırıcı təsir göstərir (xüsusilə xəstəliklərdən sonra). Soyuqdəymə, mədə bağırsaq və bir sıra dəri xəstəliklərinin müalicəsində bu vannalardan istifadə olunur.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Şeron Stoun bu dəfə siyasətə qarışdı-FOTO
Adriana və Metin AYRILMADIqlarını sübut etdilər-FOTO
Zəncəfilli krab (foto resept)
Fındıq istehsalı və ixracı ilə bağlı YENİ TƏKLİFLƏR verildi
Murat yeni albom yazdırır-FOTO
Azərbaycanda məktəbli oğlandan BÖYÜK QƏHRƏMANLIQ
Oktyabr ayının qalibləri!
Əli Əsədovdan TAPŞIRIQ: İki ay müddətində...
Həkimdən küçədə satılan peraşkilərlə bağlı AÇIQLAMA
Ankarada məzar dəhşəti: Yaxınlarını ziyarətə gələnlər heyrətə düşdülər - VİDEO
Teylor Svift "kişi" oldu - VİDEO
Ərazilərimiz minalardan təmizlənir
İŞİD Paris qətliamının səbəbini açıqladı
Bel ağrısı ilə həkimə getdi aldığı cavabdan ŞOK oldu-FOTO
Gözəl jaketlər
Fikirlərimizi necə gözəl ifadə edə bilərik?
Bengü 40 günlük qızı ilə - FOTO
Bu ilin qış qarderobu
Günün ulduz falı
Təbiətin gücü
Kivi maskası ilə gözəlləşin
Fahriye Evcen yenidən kökəldi-FOTO
Azərbaycanın 45 saniyəlik reklamı (VİDEO)
İsrail atəşkəsi pozdu
Koronavirusdan ilan vasitəsilə qorunan şəxs marağa səbəb oldu
Van Dammın Bodrum tətili-FOTO
Günəş sistemində yeni planet kəşf olundu
DİN-dən məlumat bazasına kiber-hüçum barədə AÇIQLAMA
Emosional zəka nədir?
Şəhid Xudayar “Azərbaycan Bayrağı” ordeninə layiq görüldü
Qənaətcil olmaq üçün 5 təklif
"Atiye"nin aktrisası diqqət çəkdi-FOTO
Ütü alarkən bunlara diqqət edin
Şimşək çaxacaq, yağış yağacaq!
Maykl Ceksonun qızı XƏSTƏXANALIQ oldu-SƏBƏB
Yeni doğulan qoca uşaq dünyanı heyrətləndirir
Bakıda yolların biri açılır, digəri isə bağlanır
MN: Düşmən qüvvələrindən əsir götürülənlər var
Tərəzi bürcünün 4 əsas xüsusiyyəti
İlham Əliyev ali hərbi rütbələr verdi - SİYAHI
Bakıda 2 ay pulsuz Wi-Fi olacaq
Həyat yoldaşınızla izləyə biləcəyiniz 5 film
İt internet ulduzuna çevrildi - FOTO
Körpələrdə göbək yırtığı
Məşhur cütlük AYRILDI
Trampla şam yeməyinə bilet satılır – Şok qiymət
Kim Çen Inın sevimli böyük oyuncağı
İnstagram fenomeni akula qurbanı oldu-ŞOK FOTO
Orta məktəblərdə mobil telefonların qadağan ediləcək?
Mavi gözlü şəxsiyyət testi
- ŞƏRHLƏR