Falçılar insanın əllərinin içinə baxıb onun keçmişini və gələcəyini «görə bilirlər».
Təbii ki, bu cəfəngiyatdır və buna yalnız çox sadəlövh insan inana bilər.
Lakin insanın səhhətində olan bəzi pozulmaları və xəstəlikləri məhz onun əllərinə baxıb təyin etmək mümkündür.
Belə ki, əgər insanın əlləri hətta isti havada soyuq olur, soyuq havada isə ağarır və keyiyirsə, bu insanda olan periferik qan dövranı pozulmasından xəbər verə bilər.
İnsanın əlləri daim nəm olduqda, bu ürək xəstəlikləri və qalxanvari vəzidə olan pozulmalardan (qalxanvari vəzi hiperfunksiyası) xəbər verə bilər.
Daim nəm və isti əllər qalxanvari vəzi funksiyasının artması (hormonlar lazım olandan artıq miqdarda ifraz olunur), daim quru və soyuq əllər isə qalxanvari vəzi funksiyasının azalmasının (hormonlar lazım olandan az miqdarda ifraz olunur) əlaməti ola bilər.
Əgər insan səhər yuxudan oyandıqdan və ya uzun müddət ərzində oturaq vəziyyətdə (məsələn, kitab oxuduqda və s.) olduqdan sonra barmaqlarında keyimə hiss edirsə, bu boyun osteoxondrozun əlaməti ola bilər.
Bilək nahiyəsində olan ağrılar və keyimə tez-tez kompüterdə işləyən insanlarda müşahidə olunur.
İnsanın ovucları qeyri-təbii qırmızı rəngdə olduqda, bu qara ciyərin toksiki zədələnməsinin (hepatit, hepatoz) əlaməti ola bilər.
Ovucların dərisi sarımtıl olduqda, bu öd kisəsi və qara ciyərdə olan pozulmaların (hepatit, öd daşı xəstəliyi, xolesistit və s.) əlaməti ola bilər.
İnsanın çeçələ barmağı tez-tez keyidikdə, bu ürəkdə olan problemlərin əlaməti ola bilər.
Əgər əl barmaqları ödemləşir və şişirsə, bu poliartrit xəstəliyin əlaməti ola bilər. Revmatoloqa müraciət edin.
Əllərin dərisi çox ağ olduqda, bu anemiya (qanazlığı), hipotoniya (arterizl təzyiqin aşağı olması), sinir sistemi pozulmalarının əlaməti ola bilər. Əllərin dərisi qabıq verirsə, bu vitaminlərin (xüsusilə A və D vitaminlərin) çatışmazlığından xəbər verə bilər. Bəzən isə bu göbələk infeksiyasının əlamətidir. Əllərin tez-tez əsməsi hipertireoz (qalxanvari vəzi funksiyasının artması) və ya şəkərli diabet (şəkərin səviyyəsi normadan aşağı olduqda) zamanı müşahidə oluna bilər. Bundan əlavə bu sinir sistemi pozulmaların (nevroz və s.) əlaməti ola bilər.
Aynur Alimuradbəyli
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Sabiq prezident həyəcan təbili çaldı
Metro stansiyasının gözəl dizaynı
Dekabrın 3-də hər şey məlum olacaq
Rayonlara gediş-gəliş bərpa edilir? - RƏSMİ AÇIQLAMA
TƏBİB ölkədəki son vəziyyəti açıqladı
Qocalıqda yorğalıq: futboldan doymayanlar
Ziyafət üçün ecazkar donlar
Azərbaycanda prezident seçkilərində 87 ölkədən müşahidəçilər iştirak edəcək
Yeni ildə neçə gün iş olmayacaq?
Qar yağacaq!
Azərbaycanda bu məhsullar bahalaşdı
Zeyn Malik artıq müsəlman deyil
Damla şokoladlı bisküvit (foto resept)
Dekor əmziklər nə qədər təhlükəlidir?
Günün qoroskopu: məntiqli davransanız, sədləri dəf edə bilərsiniz
Günün qoroskopu: Bədxərclik etməyin!
Bakı metrosunda törədilən terrordan 21 il ötdü
Baş həkim beynəlxalq axtarışa veriləcək
Güclü saçlar üçün 3 üsul
WhatsApp-da yenilik
Canlı Atatürk portreti rekord vurdu
Hava haqqında
Qurban bayramında neçə gün iş olmayacaq? - VİDEO
Vilnüsdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitabın litva dilində tərcüməsinin təqdimatı olub
Cemli piroq(foto resept)
Dünya gəlinləri
Serenay Sarıkayanın 13 minlik donu-FOTO
Qar yağacaq
Dünya böyük müharibənin astanasında
Vətən həsrətinin simvolu Xarı bülbül: İndi hər kəs onu sinəsində gəzdirmək istəyir - VİDEO
Bermud üçbucağında yeni ada peyda oldu - Alimlər heyrət içindədir
Gənc görünmək üçün düyü maskası
Maraqlı məlumatlar
Krab salatı (foto-resept)
"Qızıl Qlobus" 2012
Metronun fəaliyyəti bərpa edilə bilər: SMS icazə ləğv ediləcək? - AÇIQLAMA
Hava necə olacaq?!
Teleaparıcı efirdə pərt oldu
Son nöqtəni "Qarabağ" qoyacaq (CƏDVƏL)
Yer üzünün ən gözəl qızları - FOTO
Heydər Əliyev Mərkəzində ümummilli liderin xatirəsinə həsr olunmuş musiqi gecəsi keçirilib
Burak Özçivit yeni imicdə-FOTO
"Çiyələkli ilan" deserti (foto resept)
Həkimdən şok etiraf: “Xəstələrin ölmələrinə qərar verirdik...”
Putinin bitməyən erməni sevgisi
Şirin yuxu üçün ortopedik yastıqlar
Qeyri-adi köynək düymələri
Korona De Virus adına görə ələ salınan uşağa dəstək oldu - VİDEO
ABŞ yeni nəsil GPS naviqasiya peyki buraxıb
Subay qadınlara "ər tapmaq məzuniyyəti" verilir















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]