Sol mədəciyin əhəmiyyəti
Uzun illər ürəklə məşğul olan həkim Lyüdviq Aşoff birinci dünya müharibəsi zamanı bu qənaətə gəlmişdir ki, adam öləndən 30 dəqiqə sonra ürək daşlaşır. O, belə hesab edir ki, həmin vaxt ərzində ürəyin sol mədəciyinin sıxılması davam edir. L.Aşoffun bu fikiri Nişini ciddi məşğul etdi. Nişi bilirdi ki, ürəyin sol mədəciyi infeksiyalı xəstəliklərdən sonra zəyifləyir. Nişi L.Aşoffun müşahidəsini şərh edərkən yazırdı: orqanizmə infeksiya keçəndə hüceyrələr zəhərlənmiş qan püskürür, bütün bu vaxt ərzində qlomus (nəzarətçi) əzgin və lırt qalır, arteriyadan qanı fəal sormur, nəticədə sol mədəciyin və arteriyanın qanla dolması müxtəlif şəkildə baş verir. Ona görə də belə xəstələrin sol mədəciyi genişlənir. Nişi kapillyarların rolunu sübut etmək üçün "Andral simptomu" deyilən misala müraciət edir: plevrit xəstəliyinə tutulmuş adam ilk vaxtlar sağlam tərəf üstə yatmağa və bununla da ağrıdan qaçmağa çalışır, özü də bilmədən zədəli tərəfdəki kapilyarları və venanı gərilməyə məcbur edir, bu minvalla qan axınını qlomusdan keçirir.
Ürək xəstəliklərinə tutulmamaq mümkündür!
Nişi öyrədirdi ki, qan dövranının mexanizmi haqqında yeni mülahizəni tətbiq etməklə-ürəyi xəstəliklərdən qorumaq, xəstələndikdə isə dava-dərmansız sağaltmaq mümkündür. Halbuki, ürək xəstəlikləri bütün Yer üzündə hər gün milyonlarla adamı erkən məzara aparır. Başlıca səbəb budur ki, müasir müalicə metodu "ürək nasosdur" kimi yanlış nəzəriyyəni əsas götürür. Bunun həqiqət olmasına şəkk gətirməyən həkim hər bir xəstəyə ürək “pristupu” tutanda güclü stimulyator təyin edir. Belə hesab edir ki, dərman ürəyi stimullaşdıracaq və qan dövranını tənzimləyəcək. Dərman, həqiqətən də, ürəyi stimullaşdırır, lakin çox vaxt xəstə ölür. Kimsə ağlına gətirmək istəmir ki, buna səbəb dərman oldu.
Nişi hesab edir ki, ürəyi tonuslaşdıran dərmanın azad tətbiqi qadağan olunmalıdır-həyat üçün təhlükəlidir! Çünki güclü təsirə malik olan dərman zəifləmiş ürək üçün çox ağır yükdür: o, ürəyi zorla, amansızcasına işlədir (qamçı atı işlədən kimi). Elə bil, ürək, həqiqətən də, dəmirdən hazırlanmış nasosdur. Qəfil ölümün səbəbi də budur. Bəs onda necə olur ki, güclü dərman çox vaxt ağır xəstələri kritik vəziyyətdən çıxarır? Nişi yazırdı: "Belə hallarda xəstənin böhrandan çıxmasına yardımçı olan, tam əminəm, tonuslaşdırıcı dərman deyil, qlomusdur, ya da, haqqında bir çox həkimlərin heç nə bilmədiyi, arteriya-vena anastomozudur. Məhz belə anda kəskin şəkildə böyüdülmüş olan qlomus tonuslaşdırıcı dərmanın təsiri altında sürətlənən qan selini arteriyadan birbaşa venaya keçirir, beləliklə də, kapilyarların partlamasının qarşısını alır”.
Yəni, ”ötürücü şlyüz” rolunu oynayır. Müəyyən səbəbdən, tutalım, venanın dartılması, trombla tutulması nəticəsində kapilyarlar öz funksiyasını yerinə yetirə bilmir. Beləliklə də, qanın hərəkəti müəyyən müddət dayanır. Bu vaxt vena ilə ürəyə axan qan seli kəskin şəkildə azalır-ürəyin fəaliyyəti zəyifləyir. Lakin buna ürək xəstəliyi kimi baxmaq lazım deyil. Bu, sadəcə, ürək fəaliyətinin zəifləməsidir, qan axını həcminin azalmasına verilən cavabdır. Bu-fizioloji prosesdir. Zədələnən və yaxud infeksiyaya məruz qalan ürək də zəyifləyir. Ürək xəstəliyinin bu cür orqanik tipi qan dövranının pozulması xəstəliyidir. Nə qədər ki, qan bədəndə sərbəst axır xəstəlik törəyə bilməz! Heç vaxt xəstəliyə tutulmamaq üçün sağlam qan yaratmaqla bərabər, qan arxının yolunu müntəzəm olaraq təmizləmək və qan dövranını daimi etmək vacibdir. Ürəyin atasını yandıran, onu pis günə qoyan dərmandan qaçın! Kapilyarları fəallaşdırmağa çalışın! Ürəyin müalicəsi kapilyarları mümkün qədər tez-tez və dolğun şəkildə gərilməyə, sıxılıb-açılmağa vadar etməkdir. Ürəyin bir nömrəli dərmanı-çiy meyvə-tərəvəz və faydalı hərəkətdir. Hərəkətlərin ən faydalısını isə Nişi öz təliminə daxil edib. Gəlin, dünyada analoqu və alternativi olmayan bu ecazkar sistemlə yaxından tanış olaq.
Katsudzo Nişinin 6 qaydası
Bir daha yadınıza salıram: cansağlığı ilə bağlı 70.000 ədəbiyyat (qədim Misir, qədim Yunan, qədim Çin, Filippin, Tibet, Hindistan, Yaponya, Almaniya, Amerika, Rusiya) oxuyan görkəmli yapon alimi Katsudzo Nişi bunlardan yalnız 362-sini məqbul sayaraq, 6 qaydadan ibarət olan öz dahiyanə Sağlamlıq Sistemini yaratmışdır.
Özündə qaçışı (qaçmadan), masajı (masaj etmədən), həm də Yoq sistemini birləşdirən bu qaydalara gündə iki dəfə (səhər-axşam) əməl edən və düzgün qidalanan hər kəs bütün xəstəliklərdən, həmçinin, “əsrin bəlası” kimi çox bədheybət ad qazanmış xərçəngdən ömürünün sonunadək ehtiyat etmiyə bilər.
Birinci qayda-Düz və bərk yataq
Sağlam olmaq və uzun ömür sürmək istəyən hər kəsin çarpayısı o dərəcədə düz və bərk olmalıdır ki, onu incitməsin. Üstünüzə saldığınız örtük o dərəcədə nazik olmahdır ki, üşüməyəsiniz. Yataqda arxası üstə və düz uzanmağa nail olun. Təbiidir ki, uzun illərin pis vərdişindən yaxa qurtarmaq asan olmayacaq. Bir müddət əzab çəkəcəksiniz: yuxunuz qaçacaq, dərhal yan üstə çönməyə cəhd göstərəcəksiniz. Amma, mənə inanın, əzab çəkməyinə dəyər. Bunun mükafatı şirin yuxu, sağlam bədən və sağlam ruh olacaq.
İlk vaxtlar arada hərdənbir yan üstə çevrilə bilərsiniz. Amma bunu edəndə qəddinizi bükməyin, büzüşməyin, ən başlıcası isə özünüzü yenidən arxası üstə uzanmağa məcbur edin. Gec-tez vəziyyətə alışacaqsınız.
Soruşa bilərsiniz: bunun sağlamlığa nə dəxli var? Əvvəla, düz uzanarkən bədənin bütün hissələri yükü bərabər şəkildə bölüşdürür, bir əzaya çox, digərinə az ağırlıq düşmür, qan bədənə rahat yayılır. İkincisi, əzələlər yumşalır. Üçüncüsü, ayaq üstə qalarkən, yaxud iş masası arxasında əyləşərkən əyilən, yerindən oynayan fəqərələr imkan tapıb düzələcək. Bundan əlavə, bərk yataq dərinin öz funksiyasını düzgün yerinə yetirməsinə şərait yaradır, qara ciyəri süzülüb lırt vəziyyətə düşməyə qoymur. Bədənin üst qatlarında yerləşən venalar qanı geri, ürəyə tərəf rahat qovur.Bu da, öz növbəsində, qara ciyərin fəal işləməsini tə'min edir.
Nəticədə, gün ərzində bədənə yığılan gərəksiz maddələr buradan kənar edilir. Lakin iş bununla bitmir: hərəkətverici sinirlər müxtəlif təzyiqlərə və gərilmələrə məruz qalmır, bütün gecəni dincəlir. Yoğun bağırsaq isə qəbizlik kimi böyük bir bəladan azad olur.
Hər fəqərənin ortasında 2 yan çıxıntısı olur ki, bunlar fəqərəni zərbədən qorumaq funksiyasını daşıyır. Fəqərənin hər tərəfində kiçik yarıqlar, yaxud fəqərəarası kanal yerləşir. Buradan sinirlər və qan damarları çıxır. Onlar hər hansı bir dəyişikliyə qarşı çox həssasdır. Bu cür həssas əsəb və qan damarları bədənin hər tərəfınə yayılır. Hər bir fəqərə çox asanlıqla ümumi sütundan aralana, yaxud sıradan çıxa, sürüşüb yana əyilə bilər. Bütün bunların hamısına burxulma deyilir. Fəqərə burxularkən sinir hüceyrələrini və qan damarlarını sıxır. Bu vaxt sinir hüceyrələrinin ucları öz funksiyasını düzgün yerinə yetirə bilmir. Nəticədə müxtəlif xəstəliklər baş qaldırır. Məni 30 il ərzində zəlil edən “Bexteryev xəstəliyi” də məhz zədələnmiş boyun fəqərəsinin siniri və qan damarını mütəmadi sıxması ilə bağlıdır. Müxtəlif fəqərələrin zədələnməsi (burxulması) müxtəlif xəstəliklər törədir.
Nişi yazırdı: "Burxulma 4-cü fəqərədə baş veribsə, çox ehtimal ki, gözünüz, üzünüz, boynunuz, ağ ciyəriniz, diafraqma, qara ciyəriniz, ürəyiniz, dalağınız, dişləriniz, boğazınız, burnunuz, qulaqlarınız zədələnəcək". Fikir verin: bir fəqərənin zədələnməsi neçə növ xəstəlik törədir! Buna görə də fəqərələrinizə hər gün qulluq edin.
Ağ ciyəriniz və plevranız sizi incidirsə, yəqin bilin, 2-ci döş fəqərəsi burxulub. Nişinin çoxşaxəli tədqiqatları belə bir faktı da üzə çıxartdı: burxulmaya ən çox meylli olan 1-ci və 4-cü boyun, 2, 5 və 10-cu döş fəqərələri, 2-ci və 5-ci qurşaq fəqərələridir. Lakin fəqərələrin hər biri burxula və zədələnə bilər. Bunları yazmaqda məqsədim odur ki, hər kəs bilsin: bizim sağlamlığımız həm qidadan, həm də fəqərə sütununun vəziyyətindən asılıdır. Məhz buna görə də düz və bərk çarpayı lazımdır ki, fəqərə sütunu üfüqi vəziyyətdə qalsın və əziyyət çəkməsin. Gündüzlər isə başı dik tutub gəzmək, oturmaq və iş görmək lazımdır. İnsan yatanda da, yol gedəndə də, masa arxasında iş görəndə də, çörək yeyəndə də, televizora baxanda da, bir sözlə, hər vaxt fəqərə sütununun qeydinə qalmalıdır.
Nişi xəbərdarlıq edirdi: "Əgər yumşaq yataqda xumarlanmağı xoşlayan adam öz əsəblərinin atrofiya olmasına və iflic vəziyyətə düşməsinə imkan verirsə, xəstəliklər dəvət gözləmədən onun qapısını döyəcəklər". Çünki əsəb telləri sıxılarkən qaraciyərin sekresiyası pozulur, bu da qantəmizləmə işinin pis aparılmasına səbəb olur, qan çirklənir və çirklənmiş qan bütün bədəndə dövran edir. Bunun nəticəsində hüceyrələr kütləvi şəkildə qırılır, ayrı-ayrı orqanlar sıradan çıxır. Bərk və düz yataq həm də dərinin öz funksiyasını düzgün yerinə yetirməsi üçün şərait yaradır. Dəri isə orqanizmə oksigen və azot buraxan, şlakları və sidik materialını orqanizmdən kənarlaşdıran milyonlarla borulardan ibarətdir. Orqanizmin 25 faizini təşkil edən dəri pis işləyəndə, hər şeydən öncə, qaraciyər sıradan çıxır. Düz yataq yoğun bağırsağın yaxşı işləməsi deməkdir. Nişi sisteminin birinci qaydası bizə azar-bezardan yaxa qurtarmaqla bərabərheç vaxt xəstələnməmək şansı da verir. Ona əməl edən həm də qamətli və yaraşıqlı olur, tez qocalmır. Aqillər çox gözəl buyurub: Qanı qoruyan canı qoruyur.
Ərşad Əzimzadə
Ardını növbəti xəbərimizdə izləyin.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bu gün final olacaq...
Günün qoroskopu: ləyaqətsiz insanlarla əlaqə qurmayın
Müəllimlərin işə qəbulu üzrə imtahanlara start verilir
Bu ticarət köşklərində SATICILAR YOXDUR - FOTO
Dünyanın ən çox arzulanan qadınlarının yeni siyahısı
Ukraynaya sarsıdıcı zərbə
Nurgül Yeşilçay paylaşımı ilə hər kəsi güldürdü-FOTO
Alçanı apreldə 320 manat, yayda 50 qəpik edən səbəblər
Mart ayında gözlənilən hava açıqlandı
Millət vəkillərimiz Berlində etiraz etdilər
Payızın trend ayaqqabıları
Menstruasiya sancısının qarşısı necə alınmalıdır?
Tənqidi necə edək ki, heç kim inciməsin
Vaxtı olmayan analara bəsit gözəllik tövsiyələri
Bibərli kələm salatı (foto resept)
Hava haqqında
Almaniyada ilk peyvənd 101 yaşlı qadına vuruldu
Bu insanlar səmada gəzirlər?
Paşinyanın selfi çəkdirdiyi hərbi texnikalar bir-bir məhv edilir
Yeni orfoqrafiya qaydaları ilə bağlı işlər nə vaxt yekunlaşacaq?
Hülya Avşar gözəlliyi ilə TƏƏCCÜBLƏNDRİDİ-FOTO
Şahzadə Çarlzın Diana haqqında dedikləri ilə hər kəsi heyrətləndirdi-FOTO
Polenlərə qarşı allergiyanızla mübarizə aparın
Benilüks Azərbaycanlıları Konqresi Avropa Parlamentinə müraciət ünvanlayıb
Piylənməyə səbəb olan 3 hal
II Yelizavetanın işçisi oğru imiş
"Nəyə görə hakim təmiz qolu qeydə almadı?!"
İspan dili 24-cü dərs
Dövlət başçısı: “Dünən erməni yaraqlıları tərəfindən bəzi terror aktları törədilib”
Azərbaycanda zəlzələ olub
Qısqanmaq və tərk etmək
Putin sülhməramlıları Qarabağda məişət zəminində münaqişələrə imkan verməməyə çağırdı - VİDEO
İslamı qəbul edən dünya ulduzu -FOTO
Alen Delon xəstəxanalıq oldu-SƏBƏB
Dadlı ət şorbası (foto resept)
"WhatsApp"-ın təhlükəli nöqtəsi aşkarlanıb
İspaniyadan Azərbaycana Qarabağ dəstəyi
Günün ulduz falı - 11.08.2013
Hər xalqın qadını müəyyənləşdi
AQTA sahibkarlara müraciət etdi: Quşçuluq məhsullarının...
Azərbaycan Rusiyadan qaz alacaq
Pensiya və maaşlar nə qədər arta bilər?
Albano Bakıya gəlir
Ramzan Kadırovun oğlu türk serialına çəkilir
Bu gün buraxılış imtahanları keçirilir
Ermənilərin yüksək rütbəli zabitləri məhv edildi: Düşmən mövqelərini qoyub qaçır - RƏSMİ
Pendirli peçenye (foto resept)
Yaqut Qarayeva: “Virus ailə-ailə yayılır”
"Facebook" yüzlərlə səhifəni silib
Tənbəlliyi aradan qaldıraq (3-cü hissə)
- ŞƏRHLƏR