Labioplastika (cinsiyyətin daxili dodağının estetikası) nədir?
Son illərdə digər plastik əməliyyatlar ilə yanaşı cinsi orqanlarda icra olunan plastik əməliyyatlar geniş tətbiq olunur. Amerika və Avropa ölkələrində məşhur olan əməliyyatlar bizim ölkədədə tətbiq olunmağa başlamışdır.
Genital plastik əməliyyatlar içində ən çox icra olunan labioplastika (cinsiyyətin kiçik dodağının plastikası) və vaginaplastikadır (uşaqlıq yolunun daraldılması).
Labioplastika - normaldan böyük, geniş, qırışıq və sallanmış vəziyyətdə olan cinsiyyətin kiçik dodaqlarına estetik olaraq forma verilməsi və kiçildilməsidir.
Bəzi xəstələrdə isə yalnız istəyə bağlı olaraq labioplastika əməliyyatı icra olunur. Bu əməliyyat kosmetika ilə yanaşı xəstələrin bəzi tibbi problemlərinin həlli üçün də icra olunur.
Nə üçün bəzi qadınlarda daxili dodaq normaldan böyük olur?
Daxili dodağın normaldan böyük və geniş olması əksər qadında anadangəlmə olur. Bu vəziyyət qadinin cinsi inkişaf dövründə hormonların təsiri ilə daha da ciddi vəziyyət alır. Bu vəziyyət xəstəlik deyil, sadəcə insanlar arasında fərqdir. Digər tərəfdən isə bəzi qadınlarda bu problem davamlı olan göbələk infeksiyasından, qaşıntı və sürtünmədən sonra yaranır.
Qadında androgenlərin normadan çox olması da daxili dodağın hipertrofiyasına (anormal böyüməsinə) səbəb olur.
Həmçinin doğuşlardan sonra daxili dodaqda böyümə və genişlənmə qeyd oluna bilər. İnsan yaşlandıqca digər dəri nahiyələrində olduğu kimi daxili dodaqda da yuxariıda göstərilən problemlər artır. Bəzi xəstələrdə isə problem cinsi travmadan sonra yaranır.
Daxili dodaqların normaldan böyük olmasının problemləri nədir?
- Daxili dodağın normadan geniş və iri olması qadında özünəinam hissini azaldır və psixi cəhətdən qarşı cinsin yanında problemli hiss etməsinə səbəb olur.
- Bəzi xəstə qadınlar isə hətta evlənməkdən belə çəkinir.
- Xəstələr dar və şalvar kimi paltarlar geyinə bilmirlər, bu, onları narahat edir.
- Belə qadınlar digərlərinə nisbətən daha çox cinsi yolların infeksiyasına tutulurlar.
- Cinsi yaxınlıq zamanı bu qadınlarda ağrı və rahasızlıq olur.
- Çox nadir də olsa da, qadınlarda bəzən cinsi dodaqlar çox böyüyürək sidik kanalının ağzını tutur və xəstənin sidik aktının pozulmasına səbəb olur.
Labioplastikanın faydaları nədir?
Qadınlarda əməliyyatdan sonra ilk öncə özünəinam hissi yaranır və yuxarıda göstərilən problemlərin yaranmasının qarşısı alınır.
Labioplastika əməliyatları cinsi əlaqədəki həzzi azaldırmı?
Xeyr. Əksinə, belə qadınlarda artıq toxuma hissəsi götrüldükdən sonra qadında özunəinam artır və cinsi yaxınlıqdan daha çox həzz almış olur.
Gələcəkdə uşaq dünyaya gətirməyi düşünən qadınlarda və gənc qızlarda bu əməliyyat icra oluna bilərmi?
Bəli. Gələcəkdə uşaq dünyaya gətirməyi düşünən qadınlarda və gənc qızlarda labioplastika icra oluna bilər. Labioplastika əməliyyatı hamiləlik üçün heç bir problem yaratmır.
Labioplastika icra olunan qadınlarda gələcəkdə həm normal, həm də Keyser əməliyyatı ilə doğum ola bilir.
Bakirə qızlarda labioplastika icra oluna bilərmi?
Bəli. Bakirə qızlarda labioplastika icra oluna bilər. Labioplastika əməliyyatı qızlıq pərdəsinə (hymen) heç bir zərər vermir. Çünki qızlıq pərdəsi labioplastika icra olunan əməliyyat bölgəsindən 3-4 sm daha dərində (proksimalda) yerləşir.
Labioplastika əməliyyatından əvvəl qadın nələri etməlidir?
Əməliyyat qərarı alan qadın xətəxanada əməliyyat gününü dəqiqləşdirməlidir. Əməliyyat günü xəstəxanaya gələrkən yuyunmalı və əməliyyat nahiyəsinin təmizliyinə fikir verməlidir. Xəstənin 8 saat ac qalması məsləhət olunur. Əməliyyat xəstənin istəyinə bağlı yerli, spinal və ümumi keyitmə ilə icra olunur.
Labioplastika əməliyyatı üçün xüsusi testlər və müayinələr vardırmı?
Xeyr. Xəstə standart müayinələrdən keçir. Əməliyyatdan əvvəl xəstənin istəyi nəzərə alınır. Götürüləcək toxuma hissəsi markerlənir və xəstə götürüləcək nahiyə haqqında bilgiləndrilir.
Labioplastika əməliyyatının müddəti nə qədərdir?
Labioplastika əməliyyatı ortalama olaraq 45-50 dəqiqə çəkir. Bəzi xəstələrdə bu əməliyyatla yanaşı vaginaplastika və klitoroplastika da icra olunarsa, bu zaman əməliyyat müddəti uzanır.
Labioplastika əməliyyatlarında hansi keyitmə (anesteziya) üsulundan istifadə olunur?
Əksər ölkələrdə bu, yerli keyitmə ilə icra olunur. Bəzi xəstələrdə isə rahatsız olduqları üçün ümumi və spinal anesteziyaya üstünlük verilir. Lakin yerli anesteziya məsləhət görülür.
Labioplastika zamanı ağrı olurmu?
Xeyr. Bu əməliyyat zamanı və əməliyyatdan sonra xəstədə heç bir ağrı qeyd olunmur. Xəstə səhər saatlarında əməliyyat olunursa, axşam evə yazılır. Bəzi hallarda xəstə klinikada saxlanılır. Xəstənin istəyi də nəzərə alınır.
Eyni zamanda xəstədə həm labioplastika, həmdə vaginoplastika icrası mümkündürmü?
Bəli. Bu əməliyyatla yanaşı eyni zamanda bir seansda digər cinsi əməliyyatları da icra etmək olar. Bunun heç bir problem və ağırlaşması yoxdur.
Əməliyyat sonrası gediş necə olur?
Xəstə sonra sarğı üçün gəlir. Xəstədə sorulan incə saplardan istifadə olunduğu üçün tikiş sökdürməyə ehtiyac yoxdur. Xəstəyə 3 həftə cinsi həyatına ara verilməsi məsləhət görülür.
XƏBƏR LENTİ
"Eurovision 2016" Türkiyəsiz keçəcək
Son model ayaqqabı modelləri
Kartof salatı(foto resept)
Sağlam və ağ dişlər üçün tövsiyələr
Zərərli vərdişlər
"Avropa derbisi"nə 1 gün qaldı
Ebru Şahinə yeni TƏKLİF
700 bal yığan Firuz: "Bütün günü dərs oxumamışam"
DİM imtahan keçirdi: Dörd nəfərin hərarəti yüksək olduğu üçün buraxılmadı - VİDEO
Karantinə alınmış gəminin on sərnişinində Yeni Tip Coronavirus tapıldı- FOTO
Bakının "avtoş" avtobus sürücüsünə cəza verdilər
Sobada qat-qat xəmirli balıq (foto resept)
Türkiyənin birinci xanımının kitabı çap olunacaq
Bakı buxtasının ən böyük Gülü sökülür?
Gözləmək iztirabı
Bekhemdən qəribə istək-FOTO
Sosial şəbəkədən qorxan ölkələr.
Rəngarəng çantalar
Şvartseneqqerin özündən geri qalmayan oğlu - FOTO
Stəkanlar üçün hörmələr
Xoşbəxt edən 5 qida
Bu da çox qənaətli Passat
HAVA necə olacaq?
Yeni heyvan növü yaradıldı-FOTO
Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür!
Hava haqqında - 27.09.2013
Spirtli içkilərlərdən zəhərlənməyə səbəb nədir?
Düzgün duruş üçün dartınma hərəkətləri
Qırılan dırnaqlardan xilas ol
Sabahın HAVAsı
Ceyhun Bayramov Qarabağ danışıqları ilə bağlı Moskvaya gedir - RƏSMİ
Timati yenidən ata oldu-FOTO
Sellüloz - cavanlığın cövhəri
Ancelina Joli Geyimi ilə Diqqət Çəkdi
Yazın 10 super qidası
Kartof dolması (foto resept)
Qara pişik uğursuzdurmu?
Günün qoroskopu: uğur özü qarşınıza gəlir
Saç tökülməsinin qarşısını alan qidalar
Həbs edilən İŞİD-çilər danışdı
"Ağıllı" pəncərələr də yaradıldı
Boşanma xəbərlərinə qayınanası son qoydu
Həddən artıq sarımsaq yeməyin zərərləri
TƏBİB sədri özəl xəstəxanalara səsləndi
Gözəl göz makiyajları
Zoğalın bilmədiyimiz faydaları
Tək qalmağa ehtiyacınız olduğunu göstərən hallar
BMT ekspertləri Suriyanı sabah tərk edəcəklər
Kimi aldadırsan?
“Miss Yer Kürəsi” o oldu- FOTO
- ŞƏRHLƏR