Qadin.NET / Labioplastika - qadin genital orqanının estetik əməliyyatı haqqında

Labioplastika - qadin genital orqanının estetik əməliyyatı haqqında

Labioplastika - qadin genital orqanının estetik əməliyyatı haqqında

Labioplastika (cinsiyyətin daxili dodağının estetikası) nədir?

Son illərdə digər plastik əməliyyatlar ilə yanaşı cinsi orqanlarda icra olunan plastik əməliyyatlar geniş tətbiq olunur.  Amerika və Avropa ölkələrində məşhur olan əməliyyatlar bizim ölkədədə tətbiq olunmağa  başlamışdır.
Genital plastik əməliyyatlar içində ən çox icra olunan labioplastika (cinsiyyətin kiçik dodağının plastikası) və vaginaplastikadır (uşaqlıq yolunun daraldılması).

Labioplastika - normaldan böyük, geniş, qırışıq və sallanmış vəziyyətdə olan cinsiyyətin kiçik dodaqlarına estetik olaraq forma verilməsi və kiçildilməsidir.
Bəzi xəstələrdə isə yalnız istəyə bağlı olaraq labioplastika əməliyyatı  icra olunur. Bu əməliyyat kosmetika ilə yanaşı xəstələrin bəzi tibbi problemlərinin həlli üçün də icra olunur.
 

 

Nə üçün  bəzi qadınlarda daxili dodaq  normaldan böyük olur?

Daxili dodağın normaldan böyük və geniş olması əksər qadında anadangəlmə olur. Bu vəziyyət qadinin cinsi inkişaf dövründə hormonların təsiri ilə daha da ciddi vəziyyət alır. Bu vəziyyət xəstəlik deyil, sadəcə insanlar arasında fərqdir. Digər tərəfdən isə  bəzi qadınlarda bu problem davamlı olan göbələk infeksiyasından, qaşıntı və sürtünmədən sonra yaranır.

Qadında androgenlərin normadan çox olması da daxili dodağın hipertrofiyasına (anormal böyüməsinə) səbəb olur.

Həmçinin doğuşlardan sonra daxili dodaqda böyümə və genişlənmə qeyd oluna bilər. İnsan yaşlandıqca digər dəri nahiyələrində olduğu kimi daxili dodaqda da yuxariıda göstərilən problemlər artır.  Bəzi xəstələrdə isə problem cinsi travmadan sonra yaranır.

Daxili dodaqların normaldan böyük olmasının problemləri nədir?

- Daxili  dodağın normadan geniş və iri olması qadında özünəinam hissini azaldır və psixi cəhətdən qarşı cinsin yanında problemli hiss etməsinə səbəb olur. 

 - Bəzi xəstə qadınlar isə hətta evlənməkdən belə çəkinir. 

- Xəstələr dar və şalvar kimi paltarlar geyinə bilmirlər, bu, onları narahat edir. 

- Belə qadınlar digərlərinə nisbətən daha çox  cinsi yolların infeksiyasına tutulurlar.

- Cinsi yaxınlıq zamanı bu qadınlarda ağrı və rahasızlıq olur. 

- Çox nadir də olsa da, qadınlarda bəzən cinsi dodaqlar çox böyüyürək sidik kanalının ağzını tutur və xəstənin sidik aktının pozulmasına səbəb olur. 

Labioplastika - qadin genital orqanının estetik əməliyyatı haqqında

Labioplastikanın faydaları nədir?

Qadınlarda əməliyyatdan sonra ilk öncə özünəinam hissi yaranır və yuxarıda göstərilən problemlərin yaranmasının qarşısı alınır. 

Labioplastika əməliyatları cinsi əlaqədəki həzzi azaldırmı?

Xeyr.  Əksinə, belə qadınlarda artıq toxuma hissəsi götrüldükdən sonra qadında özunəinam artır və cinsi yaxınlıqdan daha çox həzz almış olur. 

Gələcəkdə uşaq dünyaya gətirməyi düşünən qadınlarda və gənc qızlarda bu əməliyyat icra oluna bilərmi?

Bəli.  Gələcəkdə uşaq dünyaya gətirməyi düşünən qadınlarda və gənc qızlarda labioplastika icra oluna bilər. Labioplastika əməliyyatı hamiləlik üçün heç bir problem yaratmır.

Labioplastika icra olunan qadınlarda gələcəkdə həm normal, həm də Keyser əməliyyatı ilə doğum ola bilir.

Bakirə qızlarda labioplastika icra oluna bilərmi?

Bəli.  Bakirə qızlarda labioplastika icra oluna bilər. Labioplastika əməliyyatı qızlıq pərdəsinə (hymen) heç bir zərər vermir. Çünki qızlıq pərdəsi labioplastika icra olunan əməliyyat bölgəsindən 3-4 sm daha dərində (proksimalda) yerləşir.

Labioplastika əməliyyatından əvvəl qadın nələri etməlidir?

Əməliyyat qərarı alan qadın xətəxanada əməliyyat gününü dəqiqləşdirməlidir. Əməliyyat günü xəstəxanaya gələrkən yuyunmalı və əməliyyat nahiyəsinin təmizliyinə fikir verməlidir. Xəstənin 8 saat ac qalması məsləhət olunur. Əməliyyat xəstənin istəyinə bağlı yerli, spinal və ümumi keyitmə ilə icra olunur. 

Labioplastika - qadin genital orqanının estetik əməliyyatı haqqında

Labioplastika əməliyyatı üçün xüsusi testlər və müayinələr vardırmı?

Xeyr.  Xəstə standart müayinələrdən keçir. Əməliyyatdan əvvəl xəstənin istəyi nəzərə alınır. Götürüləcək toxuma hissəsi markerlənir və xəstə götürüləcək nahiyə haqqında bilgiləndrilir. 

Labioplastika əməliyyatının müddəti nə qədərdir?

Labioplastika  əməliyyatı ortalama olaraq 45-50 dəqiqə  çəkirBəzi xəstələrdə  bu əməliyyatla yanaşı vaginaplastika və klitoroplastika da icra olunarsa, bu zaman əməliyyat müddəti uzanır.

Labioplastika  əməliyyatlarında hansi keyitmə (anesteziya) üsulundan istifadə olunur?

Əksər ölkələrdə bu, yerli keyitmə ilə icra olunur. Bəzi xəstələrdə isə rahatsız olduqları üçün ümumi və spinal anesteziyaya üstünlük verilir. Lakin yerli anesteziya məsləhət görülür.

Labioplastika zamanı ağrı olurmu?

Xeyr.  Bu əməliyyat zamanı və əməliyyatdan sonra xəstədə heç bir ağrı qeyd olunmur. Xəstə səhər saatlarında əməliyyat olunursa, axşam evə yazılır. Bəzi hallarda xəstə klinikada saxlanılır. Xəstənin istəyi də nəzərə alınır.  

Eyni zamanda xəstədə həm labioplastika, həmdə vaginoplastika icrası mümkündürmü?

Bəli. Bu əməliyyatla yanaşı eyni zamanda bir seansda digər cinsi əməliyyatları da icra etmək olar. Bunun heç bir problem və ağırlaşması yoxdur. 

Əməliyyat sonrası gediş necə olur?

Xəstə sonra  sarğı üçün gəlir. Xəstədə sorulan incə saplardan istifadə olunduğu üçün tikiş sökdürməyə ehtiyac yoxdur. Xəstəyə 3 həftə cinsi həyatına ara verilməsi məsləhət görülür.

26 avqust 2013
GO BACK