Hər kəsə məlumdur ki, süni mayalanmadan adətən təbii yolla valideyn ola bilməyən cütlüklərin müalicəsində istifadə edilir. Adətən deyirəm, çünki son zamanlar bu yolla valideyn olmağa sadəcə cinsiyyət və say seçimi üçün də "varlığa nə darlıq" deyərək üz tutulur. Kimisi əkiz, üçüz, kimisi qız və ya oğlan "sifariş edir".
Bu xəbərdə süni mayalanmaya dini tərəfdən nəzər salmağımızı istəyirəm. Cəmiyyətimizdəki fikirlər təbliğat nəticəsində müəyyən qədər dəyişsə də, hələ də süni mayalanmaya "xor" baxanlar var. Sanki süni mayalanma demək, dünyaya qeyri-qanuni uşaq gətirmək deməkdir. Bir tərəfdən doğruluq payı da var...
Gəlin görək, süni mayalanmada hansı proseslər baş verir.
1. Qadında və ya kişidə olan səbəbdən normal yolla hamiləlik baş verə bilməyəndə, ər və arvadın cinsi hüceyrələri ekstrakorparal-yəni bədəndən xaricdə laboratoriya şəraitində mayalandırılaraq qadının rəhminə (uşaqlığına) yerləşdirilir. Burada haram heç nə yoxdur. Bir şərtlə ki, qadınla və ya kişi ilə yaxın ünsiyyətdə olan tibbi personal eyni cinsdən olacaq.
2. Qadında mayalanmağa yararlı yumurta hüceyrəsi olmayanda donor qadının yumurta hüceyrəsi ilə ərin sperma hüceyrəsi mayalandırılaraq ana olmaq istəyən qadının rəhminə yerləşdirilir. Bu bir halda halal ola bilər ki, donor qadın kişi ilə kəbinlidir. Bir şərtlə ki, qadınla və ya kişi ilə yaxın ünsiyyətdə olan tibbi personal eyni cinsdən olacaq.
3. Qadının rəhmi uşaq böyütmək üçün yararsızdırsa, ərlə arvadın cinsi hüceyrələri mayalandırılaraq başqa qadının-surroqat ananın rəhminə köçürülür. Yəni surroqat anadan inkubator kimi istifadə edilir. Bu halda da surroqat ana kişi ilə kəbinlidirsə halaldır. Bir şərtlə ki, qadınla və ya kişi ilə yaxın ünsiyyətdə olan tibbi personal eyni cinsdən olacaq.
4. Kişinin sperma hüceyrəsi yumurta hüceyrəni mayalandırmağa qadir deyil. Bu zaman donor kişinin cinsi hüceyrəsindən istifadə edilir. Burada isə qətiyyən halallıq yoxdur.
Yuxarıda sadaladığım halların halal olması bir çox din alimlərinin fikirləridir. Lakin gəlin bir də insanlığın, mənəviyyatın pəncərəsindən baxaq. İllər sonra baş verəcəklərə nəzər salaq...
2-ci və 3-cü bəndlərdə halal deyilən hallara nəzər salaq. Heç kimə gizli deyil ki, müasir zamanda heç də hər qadın yoldaşı üçün ikinci, üçüncü arvad almağa hazır deyil. Ana olmaq üçünsə qadın, qadınlıq prinsipindən keçməli olur. Ərinə kəbinli arvad almağa razı olur və o qadını öz analığına "şərik" edir. Bəli, bunlar doğulacaq körpənin şərikli anaları olur. İllərlə bu ailədə baş verənləri təsəvvür edin... Qadınlığı ilə analığının seçimi arasında qalmaq elə özü dərin psixoloji travmadır. Daha sonra uşağın gələcəkdə nə üçün iki analı olduğunun açıqlamaq çətinliyi. Və ya bu hal gizlədiləcəksə, ikinci ananın gözü qarşısındakı övladından "ana" kəlməsini duymamağın iztirabı və bunların ailəyə əks olunmaları... Zəncirvari davam edən proseslər bir körpə üçün verilən qurbanların sayını artırmayacaqmı?
Süni mayalanma ilə bağlı yenilikləri araşdırarkən bir həqiqət də mənə aydın oldu. Abort, yəni süni uşaqsalmanın günah olduğu hər kəsə bəllidir. Düzdür, bəzi din alimləri bunu 3 aya qədər etməyin mümkün olduğunu desələr də, çoxluq, ümumiyyətlə döllənmə baş verdikdən sonra abortun günah sayılmasının tərəfdarıdır. Süni mayalanma nəticəsində çox vaxt əkizlər və üçüzlər dünyaya gəlir. Buna səbəb isə odur ki, süni mayalanma üçün götürülən yumurta hüceyrələrin ən azı 7-8 ədəd olmasına çalışılır. Çünki bu hüceyrələri əldə etmək həm ağrılıdır, həm də əlavə zaman və maddiyat tələb edir. Bunun üçün xüsusi dərman terapiyasından istifadə edilir. Harama rast gəldiyim ilk məqam bu etapdadır. Belə ki, bu dərmanlar çox vaxt heyvan mənşəli olur və haramdır.
Götürülən yumurta hüceyrələrin içindən adətən 1-2 dənəsi (bəzən isə hamısı yararlı olur) qeyri-funksional sayılaraq atılır. Qalan 5-6 dənəsi isə süni yolla mayalandırılır. Çox vaxt usta əllərdə hamısı da döllənərək "probirkada hamiləlik" yaranır. Lakin uşaqlığa bunlardan yalnız iki və ya üçü köçürülür. Qalan "bəbələrin" taleyi necə olur? Avropa ölkələrində donorların rəsmi icazəsi ilə bu bir neçə günlük " bəbələr" dondurularaq gələcəkdə başqa pasientlərə donor olaraq köçürülür. Təsəvvür edirsiniz-belə davam edərsə, öz bacı və ya qardaşı ilə evlənmək ehtimalı artacaq... Digər ölkələrdə isə "gərəksiz artıq bəbələr" sadəcə atılır, yəni ekstrakorparal abort baş verir. Bu da ikinci haram.
Başda qeyd etdiyim cinsiyyət seçiminin özü də xoşagələn hal deyil.
Bəzən günah əməllər bizə o qədər məsum şəkildə təqdim edilir ki, özümüz də hiss etmədən nəfsimizin qurbanına çevrilirik.
Valideyn olmaq arzusunda olan, amma ola bilməyənlərə isə səbr diləyirəm. Mümkün qədər Allahın əmrləri çərçivəsində müalicələrinizə davam edin və ümidlərinizi itirməyin. Olmayacaqsa da, deməli sizin boynunuza valideyn olmaq görəvi verilməyib. Siz axirətdə valideyn olaraq sorğulanmayacaqsınız. Övladından cavabdehlik isə ağır yükdür. Demək Yaradan sizə başqa bir vəzifə vermişdir. Çalışın "özünüzü" tapasınız, yoxluq içində itməyin, var olanı görməyə çalışın... Ən önəmli vəzifəmiz isə Allaha qul olmaqdır. Əgər hansısa dünyəvi istək bizi bu vəzifədən uzaqlaşdırırsa, bir düşünək - dəyərmi?! Allaha qəlbən təslim olmağı diləyənlərə bütün çətinliklər daha asan gəlir.
Şura 49/ Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir.
Şura 50/ Yaxud hər ikisindən -həm oğlan, həm də qız verir, istədiyini də sonsuz (övladsız) edir. O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!
XƏBƏR LENTİ
Düşmənin talan etdiyi Şərq çinarlarını Zəngilana qaytarırıq
Gülben Ergenin keçmiş yoldaşı AÇIQLAMA verdi
Cem Yılmazdan 700 manat açıqlaması
Niyə hirslənərik və hirsimizi necə idarə edə bilərik?
Demet Akalın təhqir olundu-FOTO
Bakı metrosundan Yeni il sürprizi
Günün ulduz falı
Bu şəhərdə spirtli içki satışına qadağa qoyulacaq
Microsoft daha onları yeniləməyəcək
Azərbaycan tarixindən yüz şəxsiyyət-74
Jerard Depardye Afrikaya köçür
Elçin saçlarını kəsdirməsinin səbəbini açıqladı
Bu günün tarixi (28.06.2014)
Böyük bahalaşmaya hazır olaq
Mustafa Sandalın keçmiş xanımının hər kəsdən gizlədiyi yeni sevgilisi - FOTO
Bir abituriyent iki qrup üzrə qəbul imtahanı verə biləcək - YENİLİK
Bakıya qar yağır!
Keşiş: Qarabağı verməliyik
Bədənimizi möhkəmləndirək
Uşaqlar neçə saat yatmalıdır?
Müəllim olmaq istəyənlərə daha bir şans
Bəy və gəlin səsvermədə iştirak etdilər
Qar yağacaq
Sabah hava necə olacaq?
Ermənilərin qərargah rəisi və tabor komandirinin müavini məhv edildi: Düşmən mövqelərini qoyub qaçır - RƏSMİ
Hava haqqında
Bədəndən öncə ruha toxun
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda "İnturist" otelinin açılışında iştirak ediblər
Sarkisyan Vyana görüşündə öhdəlik götürüb?
Azərbaycan turistləri bu ölkəyə vizasız gedəcəklər
Riki Martin ilk dəfə oğlunu göstərdi - FOTO
Azərbaycanda ən çox maaş bu sektorda verilir
Məşhur aktrisa tənqid olundu-FOTO
Prezidentdən sərt qərarlar
Manikur
NASA: Beş asteroid planetimizə yaxınlaşır
BÜRCLƏR bizə nə vəd edir?-4 Sentyabr
Nyu-Yorkda kilsə məscidə çevriləcək
Budlardakı yağları əritmək üçün üsullar
Günün qoroskopu - 04.11.2013
Yeni "Terminator"o olacaq-FOTO
Həcc ziyarətinin başlanma tarixi açıqlandı
Bunlar əsl sənət əsərləridir
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Zakir Həsənov Ermənistana onqat cavab verilməsinə dair tapşırıq verdi
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Ukraynada qanlı döyüş gedir
Gülüş saatı
Azərbaycanın üzləşəcəyi təhlükə
Limon yağının faydaları
- ŞƏRHLƏR